Namazın fərz olunması, Ənəs ibn Malikin ﵁ hədisini rəvayət edənlərin isnadında olan ixtilaf və ləfzlərin müxtəlifliyi
أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنِ ابْنِ شِهَابٍ ، قَالَ أَنَسُ بْنُ مَالِكٍ وَابْنُ حَزْمٍ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَرَضَ اللَّهُ عَزَّ وَجَلَّ عَلَى أُمَّتِي خَمْسِينَ صَلاَةً فَرَجَعْتُ بِذَلِكَ حَتَّى أَمُرَّ بِمُوسَى عَلَيْهِ السَّلاَمُ فَقَالَ : مَا فَرَضَ رَبُّكَ عَلَى أُمَّتِكَ ؟ قُلْتُ : فَرَضَ عَلَيْهِمْ خَمْسِينَ صَلاَةً . قَالَ لِي مُوسَى : فَرَاجِعْ رَبَّكَ عَزَّ وَجَلَّ ؛ فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ذَلِكَ . فَرَاجَعْتُ رَبِّي عَزَّ وَجَلَّ فَوَضَعَ شَطْرَهَا ، فَرَجَعْتُ إِلَى مُوسَى فَأَخْبَرْتُهُ فَقَالَ : رَاجِعْ رَبَّكَ ؛ فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ذَلِكَ . فَرَاجَعْتُ رَبِّي عَزَّ وَجَلَّ فَقَالَ : هِيَ خَمْسٌ وَهِيَ خَمْسُونَ لاَ يُبَدَّلُ الْقَوْلُ لَدَيَّ . فَرَجَعْتُ إِلَى مُوسَى فَقَالَ : رَاجِعْ رَبَّكَ . فَقُلْتُ : قَدِ اسْتَحْيَيْتُ مِنْ رَبِّي عَزَّ وَجَلَّ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik və İbn Həzm ﵄ demişlər: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ mənim ümmətimə əlli namaz fərz etdi. Mən qayıdanda Musanın ﵇ yanından keçdim. Musa dedi: “Rəbbin ümmətinə nəyi fərz etdi?” Mən dedim: “Əlli namazı fərz etdi”. Musa dedi: “Qayıt Rəbbinə ﷿, həqiqətən, sənin ümmətinin buna gücü çatmayacaq”. Mən qayıtdım və Rəbbim ﷿ bunun yarısını götürdü. Musanın yanına qayıtdım və bunu ona xəbər verdim. O dedi: “Qayıt Rəbbinə, həqiqətən, sənin ümmətinin buna gücü çatmayacaq”. Mən Rəbbimin ﷿ yanına qayıtdım. Allah dedi: “O, beş namazdır, lakin əlli namazın savabını alacaqsan. Mənim qatımda söz dəyişməz”. Musanın yanına qayıtdım. Musa dedi: “Rəbbinə qayıt”. Mən dedim: “Artıq mən Rəbbimdən ﷿ həya edirəm”.”
İstinad
Nəsəi, 449 (Namaz, 2)
Sunən ən-Nəsəi — Namaz kitabı