Sunən ən-NəsəiNamaz kitabı

Kitab 5

Namaz kitabı

كِتَابُ الصَّلاَةِ

46

hədis

Fəsil 1

Namazın fərz olunması, Ənəs ibn Malikin ﵁ hədisini rəvayət edənlərin isnadında olan ixtilaf və ləfzlərin müxtəlifliyi

فَرْضُ الصَّلاَةِ , وَذِكْرُ اخْتِلاَفِ النَّاقِلِينَ فِي إِسْنَادِ حَدِيثِ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ , وَاخْتِلاَفِ أَلْفَاظِهِمْ فِيهِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، حَدَّثَنَا هِشَامٌ الدَّسْتُوَائِيُّ ، حَدَّثَنَا قَتَادَةُ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، عَنْ مَالِكِ بْنِ صَعْصَعَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : بَيْنَا أَنَا عِنْدَ الْبَيْتِ بَيْنَ النَّائِمِ وَالْيَقْظَانِ إِذْ أَقْبَلَ أَحَدُ الثَّلاَثَةِ بَيْنَ الرَّجُلَيْنِ ، فَأُتِيتُ بِطَسْتٍ مِنْ ذَهَبٍ مَلآنَ حِكْمَةً وَإِيمَانًا ، فَشَقَّ مِنِ النَّحْرِ إِلَى مَرَاقِّ الْبَطْنِ ، فَغَسَلَ الْقَلْبَ بِمَاءِ زَمْزَمَ ، ثُمَّ مُلِئَ حِكْمَةً وَإِيمَانًا ، ثُمَّ أُتِيتُ بِدَابَّةٍ دُونَ الْبَغْلِ وَفَوْقَ الْحِمَارِ ، ثُمَّ انْطَلَقْتُ مَعَ جِبْرِيلَ عَلَيْهِ السَّلاَمُ فَأَتَيْنَا السَّمَاءَ الدُّنْيَا فَقِيلَ : مَنْ هَذَا ؟ قَالَ : جِبْرِيلُ قِيلَ : وَمَنْ مَعَكَ ؟ قَالَ : مُحَمَّدٌ . قِيلَ : وَقَدْ أُرْسِلَ إِلَيْهِ ؟ مَرْحَبًا بِهِ وَنِعْمَ الْمَجِيءُ جَاءَ ، فَأَتَيْتُ عَلَى آدَمَ عَلَيْهِ السَّلاَمُ فَسَلَّمْتُ عَلَيْهِ قَالَ : مَرْحَبًا بِكَ مِنَ ابْنٍ وَنَبِيٍّ . ثُمَّ أَتَيْنَا السَّمَاءَ الثَّانِيَةَ قِيلَ : مَنْ هَذَا ؟ قَالَ : جِبْرِيلُ . قِيلَ : وَمَنْ مَعَكَ ؟ قَالَ : مُحَمَّدٌ - فَمِثْلُ ذَلَكَ – فَأَتَيْتُ عَلَى يَحْيَى وَعِيسَى فَسَلَّمْتُ عَلَيْهِمَا فَقَالاَ : مَرْحَبًا بِكَ مِنْ أَخٍ وَنَبِيٍّ . ثُمَّ أَتَيْنَا السَّمَاءَ الثَّالِثَةَ , قِيلَ : مَنْ هَذَا ؟ قَالَ : جِبْرِيلُ . قِيلَ : وَمَنْ مَعَكَ ؟ قَالَ : مُحَمَّدٌ فَمِثْلُ ذَلِكَ ، فَأَتَيْتُ عَلَى يُوسُفَ عَلَيْهِ السَّلاَمُ , فَسَلَّمْتُ عَلَيْهِ , قَالَ : مَرْحَبًا بِكَ مِنْ أَخٍ وَنَبِيٍّ . ثُمَّ أَتَيْنَا السَّمَاءَ الرَّابِعَةَ - فَمِثْلُ ذَلِكَ - فَأَتَيْتُ عَلَى إِدْرِيسَ عَلَيْهِ السَّلاَمُ , فَسَلَّمْتُ عَلَيْهِ , فَقَالَ : مَرْحَبًا بِكَ مِنْ أَخٍ وَنَبِيٍّ . ثُمَّ أَتَيْنَا السَّمَاءَ الْخَامِسَةَ - فَمِثْلُ ذَلِكَ - فَأَتَيْتُ عَلَى هَارُونَ عَلَيْهِ السَّلاَمُ , فَسَلَّمْتُ عَلَيْهِ. قَالَ : مَرْحَبًا بِكَ مِنْ أَخٍ وَنَبِيٍّ . ثُمَّ أَتَيْنَا السَّمَاءَ السَّادِسَةَ - فَمِثْلُ ذَلِكَ - ثُمَّ أَتَيْتُ عَلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ , فَسَلَّمْتُ عَلَيْهِ , فَقَالَ : مَرْحَبًا بِكَ مِنْ أَخٍ وَنَبِيٍّ , فَلَمَّا جَاوَزْتُهُ بَكَى , قِيلَ : مَا يُبْكِيكَ ؟ قَالَ : يَا رَبِّ , هَذَا الْغُلاَمُ الَّذِي بَعَثْتَهُ بَعْدِي , يَدْخُلُ مِنْ أُمَّتِهِ الْجَنَّةَ أَكْثَرُ وَأَفْضَلُ مِمَّا يَدْخُلُ مِنْ أُمَّتِي ثُمَّ أَتَيْنَا السَّمَاءَ السَّابِعَةَ - فَمِثْلُ ذَلِكَ - فَأَتَيْتُ عَلَى إِبْرَاهِيمَ عَلَيْهِ السَّلاَمُ , فَسَلَّمْتُ عَلَيْهِ , فَقَالَ : مَرْحَبًا بِكَ مِنِ ابْنٍ وَنَبِيٍّ , ثُمَّ رُفِعَ لِيَ الْبَيْتُ الْمَعْمُورُ , فَسَأَلْتُ جِبْرِيلَ فَقَالَ : هَذَا الْبَيْتُ الْمَعْمُورُ , يُصَلِّي فِيهِ كُلَّ يَوْمٍ سَبْعُونَ أَلْفَ مَلَكٍ ، فَإِذَا خَرَجُوا مِنْهُ لَمْ يَعُودُوا فِيهِ آخِرَ مَا عَلَيْهِمْ ، ثُمَّ رُفِعَتْ لِي سِدْرَةُ الْمُنْتَهَى فَإِذَا نَبْقُهَا مِثْلُ قِلاَلِ هَجَرَ ، وَإِذَا وَرَقُهَا مِثْلُ آذَانِ الْفِيَلَةِ ، وَإِذَا فِي أَصْلِهَا أَرْبَعَةُ أَنْهَارٍ : نَهْرَانِ بَاطِنَانِ ، وَنَهْرَانِ ظَاهِرَانِ ، فَسَأَلْتُ جِبْرِيلَ فَقَالَ : أَمَّا الْبَاطِنَانِ فَفِي الْجَنَّةِ ، وَأَمَّا الظَّاهِرَانِ فَالْفُرَاتُ وَالنِّيلُ . ثُمَّ فُرِضَتْ عَلَيَّ خَمْسُونَ صَلاَةً , فَأَتَيْتُ عَلَى مُوسَى فَقَالَ : مَا صَنَعْتَ ؟ قُلْتُ : فُرِضَتْ عَلَيَّ خَمْسُونَ صَلاَةً . قَالَ : إِنِّي أَعْلَمُ بِالنَّاسِ مِنْكَ ؛ إِنِّي عَالَجْتُ بَنِي إِسْرَائِيلَ أَشَدَّ الْمُعَالَجَةِ ، وَإِنَّ أُمَّتَكَ لَنْ يُطِيقُوا ذَلِكَ ، فَارْجِعْ إِلَى رَبِّكَ , فَاسْأَلْهُ أَنْ يُخَفِّفَ عَنْكَ ، فَرَجَعْتُ إِلَى رَبِّي , فَسَأَلْتُهُ أَنْ يُخَفِّفَ عَنِّي , فَجَعَلَهَا أَرْبَعِينَ ، ثُمَّ رَجَعْتُ إِلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ , فَقَالَ : مَا صَنَعْتَ ؟ قُلْتُ : جَعَلَهَا أَرْبَعِينَ , فَقَالَ لِي مِثْلَ مَقَالَتِهِ الأُولَى : فَرَجَعْتُ إِلَى رَبِّي عَزَّ وَجَلَّ فَجَعَلَهَا ثَلاَثِينَ ، فَأَتَيْتُ عَلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ , فَأَخْبَرْتُهُ , فَقَالَ لِي مِثْلَ مَقَالَتِهِ الأُولَى ، فَرَجَعْتُ إِلَى رَبِّي , فَجَعَلَهَا عِشْرِينَ , ثُمَّ عَشَرَةً , ثُمَّ خَمْسَةً ، فَأَتَيْتُ عَلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ , فَقَالَ لِي مِثْلَ مَقَالَتِهِ الأُولَى , فقلتُ : إِنِّي أَسْتَحِي مِنْ رَبِّي عَزَّ وَجَلَّ أَنْ أَرْجِعَ إِلَيْهِ ، فَنُودِيَ : أَنْ قَدْ أَمْضَيْتُ فَرِيضَتِي , وَخَفَّفْتُ عَنْ عِبَادِي , وَأَجْزِي بِالْحَسَنَةِ عَشْرَ أَمْثَالِهَا.

“Malik ibn Sasaə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Mən Kəbənin yanında yuxu ilə oyaqlıq arasında olarkən üç nəfərdən biri mənə yaxınlaşdı, içi hikmət və imanla dolu olan qızıl tas gətirildi. Həmin adam bədənimi - köksümdən qarnıma kimi olan hissəni yardı və qəlbimi Zəm-zəm suyu ilə yudu. Sonra onu hikmət və imanla doldurdu. Sonra mənim yanıma qatırdan alçaq və uzunqulaqdan hündür olan bir heyvan gətirdilər. Sonra Cəbrail ﵇ ilə birlikdə yola düşdük. Nəhayət, dünya səmasına gəlib çatdıqda, (gözətçilər): “Kimdir o?”– deyə soruşdular. O: “Cəbraildir!”– dedi. Onlar: “Yanındakı kimdir?”– deyə soruşdular. O: “Muhəmməddir!”– dedi. Onlar soruşdular: “Onu çağırıblarmı? Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!” Sonra Adəmin ﵇ yanına gəlib salam verdim. O, (mənim salamımı aldı və) dedi: “Xoş gəlmisən, ey oğul və peyğəmbər!” Sonra biz ikinci səmaya getdik. (Gözətçilər): “Kimdir o?”– deyə soruşdular. O: “Cəbraildir!”– dedi. Onlar: “Yanındakı kimdir?”– deyə soruşdular. O: “Muhəmməddir!”– dedi. Yuxarıda qeyd edilənlər olduğu kimi deyildi. Sonra Yəhya və İsanın yanına gəldim və onlara salam verdim. Onlar (salamımı alıb) dedilər: “Xoş gəlmisən, ey qardaş və peyğəmbər!” Sonra biz üçüncü səmaya getdik. (Gözətçilər): “Kimdir o?”– deyə soruşdular. O: “Cəbraildir!”– dedi. Onlar: “Yanındakı kimdir?”– deyə soruşdular. O: “Muhəmməddir!”– dedi. Yuxarıda qeyd edilənlər olduğu kimi deyildi. Sonra mən Yusufun ﵇ yanına gəldim və ona salam verdim. O da (salamımı alıb) dedi: “Xoş gəlmisən, ey qardaş və peyğəmbər!” Sonra biz dördüncü səmaya getdik. Yuxarıdakılar olduğu kimi deyildi. Mən İdrisin ﵇ yanına gəldim və ona salam verdim. O (salamımı alıb) dedi: “Xoş gəlmisən, ey qardaş və peyğəmbər!” Sonra biz beşinci səmaya getdik. Yuxarıda qeyd edilənlər olduğu kimi deyildi. Sonra mən Harunun ﵇ yanına gəldim və ona salam verdim. O (salamımı alıb) dedi: “Xoş gəlmisən, ey qardaş və peyğəmbər!” Sonra biz altıncı səmaya getdik. Yuxarıda qeyd edilənlər olduğu kimi deyildi. Sonra mən Musanın ﵇ yanına gəldim və ona salam verdim. O (salamımı alıb) dedi: “Xoş gəlmisən, ey qardaş və peyğəmbər!” Mən onun yanından keçib getdikdə o ağladı. Ondan: “Nə üçün ağlayırsan?”– deyə soruşdular. Musa dedi: “Ya Rəbb! Məndən sonra göndərilmiş bu cavan oğlanın ümməti mənim ümmətimdən daha üstün olacaq və daha çoxu Cənnətə daxil olacaq”. Sonra biz yeddinci səmaya getdik. Yuxarıda qeyd edilənlər olduğu kimi deyildi. Sonra mən İbrahimin ﵇ yanına gəldim və ona salam verdim. O (salamımı alıb) dedi: “Xoş gəlmisən, ey oğul və peyğəmbər!” Sonra mən Beytul-Məmur deyilən yerə qaldırıldım. Bu haqda Cəbraildən soruşduqda o dedi: “Bu, Beytul-Məmurdur. Burada hər gün yetmiş min mələk namaz qılar və buradan çıxdıqdan sonra bir daha bura qayıtmazlar”. Sonra mən Sidratul-Muntəhə deyilən yerə qaldırıldım. Onun meyvələri Həcər (məmləkətində) düzəldilən saxsı səhənglərə bənzəyirdi, yarpaqları da fil qulaqları boyda idi. Bu ağacın dibindən dörd çay axırdı. Bu çaylardan ikisi içəridən, ikisi də çöldən axırdı. Mən Cəbraildən soruşdum, o da dedi: “Altdakı çaylar Cənnətdən axır. Üstdəki çaylar isə Furat (Fərat) və Nil çaylarıdır”. Sonra mənə əlli (vaxt) namaz qılmaq vacib buyuruldu. Mən Musanın yanına gəldikdə o dedi: “Sənə nə əmr olundu?” Mən dedim: “Mənə əlli (vaxt) namaz vacib edildi”. O dedi: “Mən insanları səndən daha yaxşı tanıyıram. Həqiqətən, mən İsrail oğullarını haqq yola çəkmək istədim, (lakin heç nə alınmadı). Sənin ümmətin buna tab gətirə bilməyəcək. Rəbbinin yanına qayıt və Ondan ümmətin üçün (bu hökmü) yüngülləşdirməyi xahiş et!” Mən də Rəbbimin yanına qayıdıb Ondan (namazları) yüngülləşdirməsini istədim. O da (vacib namazların sayını) qırxa endirdi. Sonra mən Musanın ﵇ yanına qayıtdım və o: “Sənə nə əmr olundu?” deyə soruşdu. Mən dedim: “O, (vacib namazların sayını) qırxa endirdi”. Musa mənə əvvəldə deyilənləri təkrar etdi. Mən Rəbbimin yanına qayıtdım və Allah (vacib namazların sayını) otuza endirdi. Mən Musanın ﵇ yanına gəldim və olanları ona xəbər verdim. Musa mənə əvvəldə deyilənləri təkrar etdi. Mən Rəbbimin ﷿ yanına qayıtdım və Allah (vacib namazların sayını) iyirmiyə, sonra ona, sonra da beşə endirdi. Mən Musanın ﵇ yanına gəldikdə Musa mənə əvvəldə deyilənləri təkrar etdi. Mən dedim: “Mən Rəbbimdən ﷿ artıq (nə isə istəməyə) həya edirəm”. (Bu vaxt) belə bir səda gəldi: “Artıq Mən əzəldən yazdığım hökmü vacib buyurdum, (sonra da) qullarımın yükünü yüngülləşdirdim. Odur ki, yaxşı əməlin əvəzini on qat verəcəyəm”.”

Malik ibn Sasaə
SəhihNəsəi, 448 (Namaz, 1)

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنِ ابْنِ شِهَابٍ ، قَالَ أَنَسُ بْنُ مَالِكٍ وَابْنُ حَزْمٍ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَرَضَ اللَّهُ عَزَّ وَجَلَّ عَلَى أُمَّتِي خَمْسِينَ صَلاَةً فَرَجَعْتُ بِذَلِكَ حَتَّى أَمُرَّ بِمُوسَى عَلَيْهِ السَّلاَمُ فَقَالَ : مَا فَرَضَ رَبُّكَ عَلَى أُمَّتِكَ ؟ قُلْتُ : فَرَضَ عَلَيْهِمْ خَمْسِينَ صَلاَةً . قَالَ لِي مُوسَى : فَرَاجِعْ رَبَّكَ عَزَّ وَجَلَّ ؛ فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ذَلِكَ . فَرَاجَعْتُ رَبِّي عَزَّ وَجَلَّ فَوَضَعَ شَطْرَهَا ، فَرَجَعْتُ إِلَى مُوسَى فَأَخْبَرْتُهُ فَقَالَ : رَاجِعْ رَبَّكَ ؛ فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ذَلِكَ . فَرَاجَعْتُ رَبِّي عَزَّ وَجَلَّ فَقَالَ : هِيَ خَمْسٌ وَهِيَ خَمْسُونَ لاَ يُبَدَّلُ الْقَوْلُ لَدَيَّ . فَرَجَعْتُ إِلَى مُوسَى فَقَالَ : رَاجِعْ رَبَّكَ . فَقُلْتُ : قَدِ اسْتَحْيَيْتُ مِنْ رَبِّي عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik və İbn Həzm ﵄ demişlər: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ mənim ümmətimə əlli namaz fərz etdi. Mən qayıdanda Musanın ﵇ yanından keçdim. Musa dedi: “Rəbbin ümmətinə nəyi fərz etdi?” Mən dedim: “Əlli namazı fərz etdi”. Musa dedi: “Qayıt Rəbbinə ﷿, həqiqətən, sənin ümmətinin buna gücü çatmayacaq”. Mən qayıtdım və Rəbbim ﷿ bunun yarısını götürdü. Musanın yanına qayıtdım və bunu ona xəbər verdim. O dedi: “Qayıt Rəbbinə, həqiqətən, sənin ümmətinin buna gücü çatmayacaq”. Mən Rəbbimin ﷿ yanına qayıtdım. Allah dedi: “O, beş namazdır, lakin əlli namazın savabını alacaqsan. Mənim qatımda söz dəyişməz”. Musanın yanına qayıtdım. Musa dedi: “Rəbbinə qayıt”. Mən dedim: “Artıq mən Rəbbimdən ﷿ həya edirəm”.”

Ənəs ibn Malik və İbn Həzm
SəhihNəsəi, 449 (Namaz, 2)

أَخْبَرَنَا عَمْرُو بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنَا مَخْلَدٌ ، عَنْ سَعِيدِ بْنِ عَبْدِ الْعَزِيزِ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ أَبِي مَالِكٍ ، قَالَ : حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أُتِيتُ بِدَابَّةٍ فَوْقَ الْحِمَارِ وَدُونَ الْبَغْلِ خَطْوُهَا عِنْدَ مُنْتَهَى طَرْفِهَا ، فَرَكِبْتُ وَمَعِي جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ فَسِرْتُ فَقَالَ : انْزِلْ فَصَلِّ فَفَعَلْتُ . فَقَالَ : أَتَدْرِي أَيْنَ صَلَّيْتَ ؟ صَلَّيْتَ بِطَيْبَةَ وَإِلَيْهَا الْمُهَاجَرُ ، ثُمَّ قَالَ : انْزِلْ فَصَلِّ فَصَلَّيْتُ ، فَقَالَ : أَتَدْرِي أَيْنَ صَلَّيْتَ ؟ صَلَّيْتَ بِطُورِ سَيْنَاءَ حَيْثُ كَلَّمَ اللَّهُ عَزَّ وَجَلَّ مُوسَى عَلَيْهِ السَّلاَمُ ، ثُمَّ قَالَ : انْزِلْ فَصَلِّ فَنَزَلْتُ فَصَلَّيْتُ . فَقَالَ : أَتَدْرِي أَيْنَ صَلَّيْتَ ؟ صَلَّيْتَ بِبَيْتِ لَحْمٍ حَيْثُ وُلِدَ عِيسَى عَلَيْهِ السَّلاَمُ . ثُمَّ دَخَلْتُ بَيْتَ الْمَقْدِسِ فَجُمِعَ لِيَ الأَنْبِيَاءُ عَلَيْهِمُ السَّلاَمُ , فَقَدَّمَنِي جِبْرِيلُ حَتَّى أَمَمْتُهُمْ ، ثُمَّ صُعِدَ بِي إِلَى السَّمَاءِ الدُّنْيَا , فَإِذَا فِيهَا آدَمُ عَلَيْهِ السَّلاَمُ ، ثُمَّ صُعِدَ بِي إِلَى السَّمَاءِ الثَّانِيَةِ , فَإِذَا فِيهَا ابْنَا الْخَالَةِ عِيسَى وَيَحْيَى عَلَيْهِمَا السَّلاَمُ ، ثُمَّ صُعِدَ بِي إِلَى السَّمَاءِ الثَّالِثَةِ فَإِذَا فِيهَا يُوسُفُ عَلَيْهِ السَّلاَمُ ، ثُمَّ صُعِدَ بِي إِلَى السَّمَاءِ الرَّابِعَةِ , فَإِذَا فِيهَا هَارُونُ عَلَيْهِ السَّلاَمُ ، ثُمَّ صُعِدَ بِي إِلَى السَّمَاءِ الْخَامِسَةِ فَإِذَا فِيهَا إِدْرِيسُ عَلَيْهِ السَّلاَمُ ، ثُمَّ صُعِدَ بِي إِلَى السَّمَاءِ السَّادِسَةِ فَإِذَا فِيهَا مُوسَى عَلَيْهِ السَّلاَمُ ، ثُمَّ صُعِدَ بِي إِلَى السَّمَاءِ السَّابِعَةِ , فَإِذَا فِيهَا إِبْرَاهِيمُ عَلَيْهِ السَّلاَمُ . ثُمَّ صُعِدَ بِي فَوْقَ سَبْعِ سَمَاوَاتٍ فَأَتَيْنَا سِدْرَةَ الْمُنْتَهَى ، فَغَشِيَتْنِي ضبَابُةٌ , فَخَرَرْتُ سَاجِدًا , فَقِيلَ لِي : إِنِّي يَوْمَ خَلَقْتُ السَّمَاوَاتِ وَالأَرْضَ فَرَضْتُ عَلَيْكَ وَعَلَى أُمَّتِكَ خَمْسِينَ صَلاَةً ، فَقُمْ بِهَا أَنْتَ وَأُمَّتُكَ ، فَرَجَعْتُ إِلَى إِبْرَاهِيمَ فَلَمْ يَسْأَلْنِي عَنْ شَيْءٍ ، ثُمَّ أَتَيْتُ عَلَى مُوسَى فَقَالَ : كَمْ فَرَضَ اللَّهُ عَلَيْكَ وَعَلَى أُمَّتِكَ ؟ قُلْتُ : خَمْسِينَ صَلاَةً , قَالَ : فَإِنَّكَ لاَ تَسْتَطِيعُ أَنْ تَقُومَ بِهَا أَنْتَ وَلاَ أُمَّتُكَ , فَارْجِعْ إِلَى رَبِّكَ فَاسْأَلْهُ التَّخْفِيفَ ، فَرَجَعْتُ إِلَى رَبِّي فَخَفَّفَ عَنِّي عَشْرًا ، ثُمَّ أَتَيْتُ مُوسَى فَأَمَرَنِي بِالرُّجُوعِ فَرَجَعْتُ فَخَفَّفَ عَنِّي عَشْرًا ، ثُمَّ رُدَّتْ إِلَى خَمْسِ صَلَوَاتٍ . قَالَ : فَارْجِعْ إِلَى رَبِّكَ , فَاسْأَلْهُ التَّخْفِيفَ ؛ فَإِنَّهُ فَرَضَ عَلَى بَنِي إِسْرَائِيلَ صَلاَتَيْنِ , فَمَا قَامُوا بِهِمَا . فَرَجَعْتُ إِلَى رَبِّي عَزَّ وَجَلَّ , فَسَأَلْتُهُ التَّخْفِيفَ , فَقَالَ : إِنِّي يَوْمَ خَلَقْتُ السَّمَاوَاتِ وَالأَرْضَ فَرَضْتُ عَلَيْكَ وَعَلَى أُمَّتِكَ خَمْسِينَ صَلاَةً فَخَمْسٌ بِخَمْسِينَ ، فَقُمْ بِهَا أَنْتَ وَأُمَّتُكَ . فَعَرَفْتُ أَنَّهَا مِنَ اللهِ تَبَارَكَ وَتَعَالَى صِرَّى ، فَرَجَعْتُ إِلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ فَقَالَ : ارْجِعْ فَعَرَفْتُ أَنَّهَا مِنَ اللهِ صِرَّى - أَيْ : حَتْمٌ - فَلَمْ أَرْجِعْ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mənə addımı gözün gördüyü son məsafə qədər olan, uzunqulaqdan böyük, qatırdan isə kiçik bir heyvan gətirildi. Mən və Cəbrail ﵇ ona mindik və bir qədər yol getdik. O dedi: “Düş və namaz qıl!” Mən də bunu etdim. O dedi: “Sən harada namaz qıldığını bildinmi?! Sən “Teybə” deyilən yerdə namaz qıldın, ora hicrət ediləcək”. O yenə dedi: “Düş və namaz qıl!” Mən də namaz qıldım. O dedi: “Sən harada namaz qıldığını bildinmi?! Sən Allahın ﷿ Musa ﵇ ilə danışdığı Tur dağında namaz qıldın”. Sonra dedi: “Düş və namaz qıl!” Mən də namaz qıldım. O dedi: “Sən harada namaz qıldığını bildinmi?! Sən İsanın ﵇ doğulduğu Beytul-Ləhmdə (Bətləəm, Vifliyem) namaz qıldın”. Sonra mən Beytul-Məqdisə daxil oldum. Mənim üçün bütün peyğəmbərlər ﵇ orada toplanmışdılar. Cəbrail onlara namazda imam durmaq üçün məni qabağa çəkdi. Sonra dünya səmasına qaldırıldım. Mən orada Adəmi ﵇ gördüm. Sonra ikinci səmaya qaldırıldım. Orada xalauşaqlarını – İsanı və Yəhyanı ﵇ gördüm. Sonra üçüncü səmaya qaldırıldım. Orada Yusufu ﵇ gördüm. Sonra dördüncü səmaya qaldırıldım. Orada Harunu ﵇ gördüm. Sonra beşinci səmaya qaldırıldım. Orada İdrisi ﵇ gördüm. Sonra altıncı səmaya qaldırıldım. Orada Musanı ﵇ gördüm. Sonra yeddinci səmaya qaldırıldım. Orada İbrahimi ﵇ gördüm. Sonra yeddi səmanın üstünə qaldırıldım. Orada Sidratul-Muntəhə deyilən yerə çatdıq. Məni duman bürüdü. Mən səcdəyə qapandım və mənə belə deyildi: “Səmaları və yerləri yaratdığım gün sənə və ümmətinə əlli (vaxt) namazı fərz etdim. Sən və ümmətin bu namazları qılın!” İbrahimin yanına qayıtdım, o, məndən heç bir şey soruşmadı. Sonra Musanın yanına gəldikdə mənə dedi: “Allah sənə və ümmətinə nə qədər (namaz) fərz etdi?” Mən dedim: “Əlli (vaxt) namaz”. O dedi: “Həqiqətən, sən və ümmətin bunu bacarmazsınız, qayıt, Rəbbindən yüngülləşdirməsini istə!” Mən qayıtdım və Rəbbim on (namaz) asanlaşdırdı. Sonra Musanın yanına gəldim və mənə qayıtmağımı əmr etdi. Mən qayıtdım və (Rəbbim) on (namaz) yüngülləşdirdi. Beləcə, beş namaza (endirilənə) qədər gedib-gəldim. Musa dedi: “Qayıt Rəbbinə və yüngülləşdirməsini istə! Həqiqətən, İsrail övladlarına iki namaz fərz edilmişdi, lakin onlar bunu haqqı ilə qılmadılar”. Mən Rəbbimin ﷿ yanına qayıtdım və yüngülləşdirməsini istədim. O buyurdu: “Həqiqətən, bu gün səmaları və yerləri yaratdım, sənə və ümmətinə əlli namazı fərz etdim. Beş əlli kimidir. Sən və ümmətin bu (namazları) qılın!” Mən bildim ki, bu, bərəkəti bol və uca olan Allahdan bir sirdir. Mən Musanın ﵇ yanına qayıtdıqda o dedi: “Qayıt!” Lakin, mən bunun Allahdan olan bir sirr – yəni xətm (vurulmuş möhür) olduğunu anladım və qayıtmadım”.”

Ənəs ibn Malik
ZəifNəsəi, 450 (Namaz, 3)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا مَالِكُ بْنُ مِغْوَلٍ ، عَنِ الزُّبَيْرِ بْنِ عَدِيٍّ ، عَنْ طَلْحَةَ بْنِ مُصَرِّفٍ ، عَنْ مُرَّةَ ، عَنْ عَبْدِ اللهِ قَالَ : لَمَّا أُسْرِيَ بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ انْتُهِيَ بِهِ إِلَى سِدْرَةِ الْمُنْتَهَى وَهِيَ فِي السَّمَاءِ السَّادِسَةِ ، وَإِلَيْهَا يَنْتَهِي مَا عُرِجَ بِهِ مِنْ تَحْتِهَا وَإِلَيْهَا يَنْتَهِي مَا أُهْبِطَ بِهِ مِنْ فَوْقِهَا حَتَّى يُقْبَضَ مِنْهَا قَالَ : {إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَى} قَالَ : فَرَاشٌ مِنْ ذَهَبٍ ، فَأُعْطِيَ ثَلاَثًا : الصَّلَوَاتُ الْخَمْسُ ، وَخَوَاتِيمُ سُورَةِ الْبَقَرَةِ ، وَيُغْفَرُ لِمَنْ مَاتَ مِنْ أُمَّتِهِ لاَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا الْمُقْحِمَاتُ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “İsrada (Meracda) yüksələn hər bir şey altıncı səmada olan Sidratul-Muntəhəyə qalxır. Götürülən ruhlar da ona tərəf qalxır. (O, bu ayəni) oxudu: “O zaman Sidr ağacını bürüyən bürümüşdü” (ən-Nəcm, 16). Ənəs dedi: “Qızıl pərvanələr. (Allah Elçisinə ﷺ) üç şey verildi: beş namaz, “əl-Bəqərə” surəsinin axırı, ümmətindən Allaha şərik qoşmayanların böyük günahlarının bağışlanması”.”

Abdullah
SəhihNəsəi, 451 (Namaz, 4)

Fəsil 2

Namaz harada fərz edildi?

بَابُ أَيْنَ فُرِضَتِ الصَّلاَةُ

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، عَنِ ابْنِ وَهْبٍ قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ الْحَارِثِ ، أَنَّ عَبْدَ رَبِّهِ بْنَ سَعِيدٍ حَدَّثَهُ ، أَنَّ الْبُنَانِيَّ حَدَّثَهُ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ الصَّلَوَاتِ فُرِضَتْ بِمَكَّةَ. وَأَنَّ مَلَكَيْنِ أَتَيَا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ , فَذَهَبَا بِهِ إِلَى زَمْزَمَ ، فَشَقَّا بَطْنَهُ , وَأَخْرَجَا حَشْوهُ فِي طَسْتٍ مِنْ ذَهَبٍ ، فَغَسَّلاَهُ بِمَاءِ زَمْزَمَ ، ثُمَّ كَبَسَا جَوْفَهُ حِكْمَةً وَعِلْمًا.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, namazlar Məkkədə fərz edildi. İki mələk Allah Elçisinin ﷺ yanına gəldilər. Onunla birlikdə Zəm-zəm quyusunun yanına getdilər və Peyğəmbərin ﷺ qarnını yardılar. İçalatını çıxarıb qızıl tasa qoydular. Zəm-zəm suyu ilə yuduqdan sonra içini hikmət və elmlə doldurdular.”

Ənəs ibn Malik
SəhihNəsəi, 452 (Namaz, 5)

Fəsil 3

Namaz necə fərz olundu?

بَابُ كَيْفَ فُرِضَتِ الصَّلاَةُ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : أَوَّلَ مَا فُرِضَتِ الصَّلاَةُ رَكْعَتَيْنِ فَأُقِرَّتْ صَلاَةُ السَّفَرِ وَأُتِمَّتْ صَلاَةُ الْحَضَرِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “İlk dəfə namaz fərz ediləndə iki rükət fərz edilmişdi. Sonra səfərdə olan namaz iki rükət qaldı, daimi yaşayış yerində qalan üçün namazların sayı tamamlandı”.”

Aişə
SəhihNəsəi, 453 (Namaz, 6)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ هَاشِمٍ الْبَعْلَبَكِّيُّ قَالَ : أَنْبَأَنَا الْوَلِيدُ قَالَ : أَخْبَرَنِي أَبُو عَمْرٍو يَعْنِي الأَوْزَاعِيَّ ، أَنَّهُ سَأَلَ الزُّهْرِيَّ عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَكَّةَ قَبْلَ الْهِجْرَةِ إِلَى الْمَدِينَةِ . قَالَ : أَخْبَرَنِي عُرْوَةُ ، عَنْ عَائِشَةَ قَالَتْ : فَرَضَ اللَّهُ عَزَّ وَجَلَّ الصَّلاَةَ عَلَى رَسُولِهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَوَّلَ مَا فَرَضَهَا رَكْعَتَيْنِ رَكْعَتَيْنِ ، ثُمَّ أُتِمَّتْ فِي الْحَضَرِ أَرْبَعًا ، وَأُقِرَّتْ صَلاَةُ السَّفَرِ عَلَى الْفَرِيضَةِ الأُولَى.

“Əbu Amr, yəni əl-Əuzai Zuhridən ﵀ Allah Elçisinin ﷺ Mədinəyə hicrət etməzdən qabaq Məkkədə qıldığı namaz haqda soruşdu. O dedi: “Urva Aişənin belə dediyini rəvayət etmişdir: “İlk dəfə Allah ﷿ Öz Elçisinə ﷺ namazları iki rükət-iki rükət fərz etmişdi. Sonra daimi yaşayış yerində qalan üçün dörd rükətə tamamladı, səfərdə olan üçün isə əvvəllər olduğu kimi qaldı”.”

əl-Əuzai
SəhihNəsəi, 454 (Namaz, 7)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ صَالِحِ بْنِ كَيْسَانَ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : فُرِضَتِ الصَّلاَةُ رَكْعَتَيْنِ رَكْعَتَيْنِ ، فَأُقِرَّتْ صَلاَةُ السَّفَرِ وَزِيدَ فِي صَلاَةِ الْحَضَرِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Namaz iki rükət-iki rükət fərz edildi. Səfərdəki namaz iki rükət olaraq qaldı, daimi yaşayış yerində yaşayan adam üçün isə artırıldı”.”

Aişə
SəhihNəsəi, 455 (Namaz, 8)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى وَعَبْدُ الرَّحْمَنِ قَالاَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ بُكَيْرِ بْنِ الأَخْنَسِ ، عَنْ مُجَاهِدٍ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : فُرِضَتِ الصَّلاَةُ عَلَى لِسَانِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْحَضَرِ أَرْبَعًا ، وَفِي السَّفَرِ رَكْعَتَيْنِ ، وَفِي الْخَوْفِ رَكْعَةً.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Namaz Peyğəmbərin ﷺ dili ilə insanlara daimi yaşadığı yerdə olan üçün dörd rükət, səfərdə olan üçün iki rükət, qorxu halında olan üçün bir rükət fərz edildi”.”

İbn Abbas
SəhihNəsəi, 456 (Namaz, 9)

أَخْبَرَنَا يُوسُفُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ الشُّعَيْثِيُّ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ ، عَنْ أُمَيَّةَ بْنِ عَبْدِ اللهِ بْنِ خَالِدِ بْنِ أَسِيدٍ : أَنَّهُ قَالَ لاِبْنِ عُمَرَ كَيْفَ تَقْصُرُ الصَّلاَةَ ؟ وَإِنَّمَا قَالَ اللَّهُ عَزَّ وَجَلَّ : {لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَقْصُرُوا مِنَ الصَّلاَةِ إِنْ خِفْتُمْ} ، فَقَالَ ابْنُ عُمَرَ : يَا ابْنَ أَخِي ، إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَتَانَا وَنَحْنُ ضُلاَّلٌ فَعَلَّمَنَا ، فَكَانَ فِيمَا عَلَّمَنَا أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ أَمَرَنَا أَنْ نُصَلِّيَ رَكْعَتَيْنِ فِي السَّفَرِ قَالَ الشُّعَيْثِيُّ : وَكَانَ الزُّهْرِيُّ يُحَدِّثُ بِهَذَا الْحَدِيثِ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرٍ.

“Rəvayət edilir ki, Umeyyə ibn Abdullah ibn Xalid ibn Useyd ﵀ İbn Ömərə ﵄ dedi: “Namaz necə qısaldılır? Həqiqətən, Allah ﷿ buyurur: “...qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz” (ən-Nisa, 101). İbn Ömər dedi: “Həqiqətən, Allah Elçisi ﷺ bizim yanımıza gəldikdə biz azmış bir qövm idik. O, bizi öyrətdi. Həqiqətən, Allah ﷿ bizə səfərdə olduqda namazları iki rükət qılmağı əmr etdi”.”

Umeyyə ibn Abdullah ibn Xalid ibn Useyd
SəhihNəsəi, 457 (Namaz, 10)

Fəsil 4

Gecə və gündüz neçə namaz fərz olunub?

بَابُ كَمْ فُرِضَتْ فِي الْيَوْمِ وَاللَّيْلةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي سُهَيْلٍ ، عَنْ أَبِيهِ ، أَنَّهُ سَمِعَ طَلْحَةَ بْنَ عُبَيْدِ اللهِ يَقُولُ : جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ أَهْلِ نَجْدٍ ثَائِرَ الرَّأْسِ نَسْمَعُ دَوِيَّ صَوْتِهِ وَلاَ نَفْهَمُ مَا يَقُولُ حَتَّى دَنَا ، فَإِذَا هُوَ يَسْأَلُ عَنِ الإِسْلاَمِ فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَمْسُ صَلَوَاتٍ فِي الْيَوْمِ وَاللَّيْلَةِ . قَالَ : هَلْ عَلَيَّ غَيْرُهُنَّ ؟ قَالَ : لاَ . إِلاَّ أَنْ تَطَّوَّعَ . قَالَ : وَصِيَامُ شَهْرِ رَمَضَانَ . قَالَ : هَلْ عَلَيَّ غَيْرُهُ ؟ قَالَ : لاَ . إِلاَّ أَنْ تَطَّوَّعَ . وَذَكَرَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الزَّكَاةَ . قَالَ : هَلْ عَلَيَّ غَيْرُهَا ؟ قَالَ : لاَ . إِلاَّ أَنْ تَطَّوَّعَ . فَأَدْبَرَ الرَّجُلُ وَهُوَ يَقُولُ : وَاللَّهِ لاَ أَزِيدُ عَلَى هَذَا وَلاَ أَنْقُصُ مِنْهُ . قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَفْلَحَ إِنْ صَدَقَ.

“Rəvayət edilir ki, Talha ibn Ubeydullah ﵁ demişdir: “Allah Elçisinin ﷺ yanına Nəcd əhlindən olan bir kişi gəldi. Onun saçı dağınıq idi. Onun səsi çox xırıltılı olduğuna görə biz onu başa düşmürdük. O, İslam haqqında soruşurdu. Allah Elçisi ﷺ ona dedi: “Gündüz və gecə beş namaz (fərz edilmişdir)”. O dedi: “Mənim üzərimə bundan başqa bir şey buyurulubmu?” Peyğəmbər ﷺ dedi: “Xeyr, nafilə namaz qılmağın istisnadır”. Sonra dedi: “Ramazan ayını oruc tutmaq”. Kişi dedi: “Mənim üzərimə bundan başqa bir şey buyurulubmu?” Peyğəmbər ﷺ dedi: “Xeyr, könüllü olaraq oruc tutmağın istisnadır”. Sonra Allah Elçisi ﷺ ona zəkat haqda dedi. Kişi dedi: “Mənim üzərimə bundan başqa bir şey buyurulubmu?” Peyğəmbər ﷺ dedi: “Xeyr, könüllü olaraq sədəqə verməyin istisnadır”. Kişi dönüb dedi: “Allaha and olsun ki, buna heç nə əlavə etməyəcəm və bundan heç nə əskiltməyəcəm”. Allah Elçisi ﷺ dedi: “Sözünə sadiq olsa, xilas olacaq”.”

Talha ibn Ubeydullah
SəhihNəsəi, 458 (Namaz, 11)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا نُوحُ بْنُ قَيْسٍ ، عَنْ خَالِدِ بْنِ قَيْسٍ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ قَالَ : سَأَلَ رَجُلٌ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، كَمِ افْتَرَضَ اللَّهُ عَزَّ وَجَلَّ عَلَى عِبَادِهِ مِنِ الصَّلَوَاتِ ؟ قَالَ : افْتَرَضَ اللَّهُ عَلَى عِبَادِهِ صَلَوَاتٍ خَمْسًا . قَالَ : يَا رَسُولَ اللهِ ، هَلْ قَبْلَهُنَّ أَوْ بَعْدَهُنَّ شَيْئًا ؟ قَالَ : افْتَرَضَ اللَّهُ عَلَى عِبَادِهِ صَلَوَاتٍ خَمْسًا . فَحَلَفَ الرَّجُلُ لاَ يَزِيدُ عَلَيْهِ شَيْئًا وَلاَ يَنْقُصُ مِنْهُ شَيْئًا . قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنْ صَدَقَ لَيَدْخُلَنَّ الْجَنَّةَ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir kişi Allah Elçisindən ﷺ soruşdu: “Ey Allahın Elçisi, Allah ﷿ qullarına neçə namazı fərz edib?” O dedi: “Allah qullarına beş namazı fərz edib”. Kişi dedi: “Ey Allahın Elçisi, onlardan qabaq və sonra bir şey varmı?” O dedi: “Allah qullarının üzərinə beş namazı fərz edib”. Həmin kişi bunun üzərinə heç bir şey artırmayacağına və bundan heç bir şey əskiltməyəcəyinə and içdi. Peyğəmbər ﷺ dedi: “Əgər sözünə sadiq qalarsa, Cənnətə girəcək”.”

Ənəs
SəhihNəsəi, 459 (Namaz, 12)

Fəsil 5

Beş namazı qılmaq üçün beyət etmək

بَابُ الْبَيْعَةِ عَلَى الصَّلَوَاتِ الْخَمْسِ

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، حَدَّثَنَا أَبُو مُسْهِرٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ عَبْدِ الْعَزِيزِ ، عَنْ رَبِيعَةَ بْنِ يَزِيدَ ، عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ ، عَنْ أَبِي مُسْلِمٍ الْخَوْلاَنِيِّ قَالَ : أَخْبَرَنِي الْحَبِيبُ الأَمِينُ عَوْفُ بْنُ مَالِكٍ الأَشْجَعِيُّ ، قَالَ : كُنَّا عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : أَلاَ تُبَايِعُونَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ - فَرَدَّدَهَا ثَلاَثَ مَرَّاتٍ - فَقَدَّمْنَا أَيْدِيَنَا فَبَايَعْنَاهُ فَقُلْنَا : يَا رَسُولَ اللهِ ، قَدْ بَايَعْنَاكَ فَعَلاَمَ ؟ قَالَ : عَلَى أَنْ تَعْبُدُوا اللَّهَ وَلاَ تُشْرِكُوا بِهِ شَيْئًا ، وَالصَّلَوَاتِ الْخَمْسِ ، وَأَسَرَّ كَلِمَةً خَفِيَّةً أَنْ لاَ تَسْأَلُوا النَّاسَ شَيْئًا.

“Rəvayət edilir ki, sevimli və əmin adam olan Auf ibn Malik əl-Əşcəi ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ yanında idik. O dedi: “Siz Allah Elçisinə ﷺ beyət etmirsinizmi?”- bunu üç dəfə təkrar etdi. Biz əllərimizi ona yaxınlaşdırdıq və ona beyət etdik, sonra isə dedik: “Ey Allahın Elçisi, biz nəyin üzərinə sənə beyət etdik?” O dedi: “Siz Allaha ibadət edib Ona heç bir şeyi şərik qoşmayacağınıza və beş vaxt namaz qılacağınıza beyət etdiniz”. Həmçinin gizli bir kəlam da dedi: “İnsanlardan heç bir şey istəməyəcəksiniz”.”

Auf ibn Malik əl-Əşcəi
SəhihNəsəi, 460 (Namaz, 13)

Fəsil 6

Beş namazı qorumaq (namazlarda davamiyyətli olmaq)

بَابُ الْمُحَافَظَةِ عَلَى الصَّلَوَاتِ الْخَمْسِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنِ ابْنِ مُحَيْرِيزٍ ، أَنَّ رَجُلاً مِنْ بَنِي كِنَانَةَ يُدْعَى الْمُخْدَجِيَّ : سَمِعَ رَجُلاً بِالشَّامِ يُكْنَى أَبَا مُحَمَّدٍ يَقُولُ الْوِتْرُ وَاجِبٌ . قَالَ الْمُخْدَجِيُّ : فَرُحْتُ إِلَى عُبَادَةَ بْنِ الصَّامِتِ فَاعْتَرَضْتُ لَهُ وَهُوَ رَائِحٌ إِلَى الْمَسْجِدِ فَأَخْبَرْتُهُ بِالَّذِي قَالَ أَبُو مُحَمَّدٍ : فَقَالَ عُبَادَةُ : كَذَبَ أَبُو مُحَمَّدٍ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : خَمْسُ صَلَوَاتٍ كَتَبَهُنَّ اللَّهُ عَلَى الْعِبَادِ مَنْ جَاءَ بِهِنَّ لَمْ يُضَيِّعْ مِنْهُنَّ شَيْئًا اسْتِخْفَافًا بِحَقِّهِنَّ كَانَ لَهُ عِنْدَ اللهِ عَهْدٌ أَنْ يُدْخِلَهُ الْجَنَّةَ ، وَمَنْ لَمْ يَأْتِ بِهِنَّ فَلَيْسَ لَهُ عِنْدَ اللهِ عَهْدٌ إِنْ شَاءَ عَذَّبَهُ ، وَإِنْ شَاءَ أَدْخَلَهُ الْجَنَّةَ.

“İbn Muheyriz ﵀ Bəni Kinanə tayfasından olan əl-Muxdəci adı ilə çağırılan bir kişidən rəvayət edir ki, Şamdan olan Əbu Muhəmməd kunyəli bir kişinin: “Vitr namazı vacibdir”- dediyini eşitdi. əl-Muxdəci dedi: “Mən Ubadə ibn əs-Samitin yanına getdim. O da məscidə gedirdi. Əbu Muhəmmədin dediyini ona xəbər verdim. Ubadə dedi: “Əbu Muhəmməd yalan söyləyir. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allah qullarına beş namazı fərz etmişdir. Kim onları qılsa, onları zay etməsə və onların haqlarını əskiltməsə, onun üçün Allah qatında Cənnətə daxil olması üçün bir əhd olar. Kim də onlarsız gələrsə, Allah qatında onun üçün heç bir əhd yoxdur. İstəsə, əzab verər, istəsə, Cənnətə daxil edər”.”

İbn Muheyriz
SəhihNəsəi, 461 (Namaz, 14)

Fəsil 7

Beş namazın fəziləti

فَضْلُ الصَّلَوَاتِ الْخَمْسِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنِ ابْنِ الْهَادِ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَرَأَيْتُمْ لَوْ أَنَّ نَهَرًا بِبَابِ أَحَدِكُمْ يَغْتَسِلُ مِنْهُ كُلَّ يَوْمٍ خَمْسَ مَرَّاتٍ هَلْ يَبْقَى مِنْ دَرَنِهِ شَيْءٌ ؟ قَالُوا : لاَ يَبْقَى مِنْ دَرَنِهِ شَيْءٌ . قَالَ : فَكَذَلِكَ مَثَلُ الصَّلَوَاتِ الْخَمْسِ يَمْحُو اللَّهُ بِهِنَّ الْخَطَايَا. لاَ يُبْقِى مِنْ دَرَنِهِ شَيْئًا، قَالَ: فَذَلِكَ مِثْلُ الصَّلَوَاتِ الْخَمْسِ، يَمْحُو اللَّهُ بِهَا الْخَطَايَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir deyin görüm, əgər sizdən birinizin qapısının önündən çay axsaydı, o da hər gün bu çayda beş dəfə yuyunsaydı, onun (bədənində olan) çirkabından bir şey qalardımı?” Səhabələr: “Onun (bədənindəki) çirkabından heç nə qalmazdı”- deyə cavab verdikdə Allah Elçisi ﷺ buyurdu: “Beş vaxt qılınan namazların məsəli də buna bənzəyir. Belə ki, Allah bununla günahları silir!””

Əbu Hureyra
SəhihNəsəi, 462 (Namaz, 15)

Fəsil 8

Namazı tərk etməyin hökmü

بَابُ الْحُكْمِ فِي تَارِكِ الصَّلاَةِ

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ قَالَ : أَخْبَرَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنِ الْحُسَيْنِ بْنُ وَاقِدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ الْعَهْدَ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمِ الصَّلاَةُ ، فَمَنْ تَرَكَهَا فَقَدْ كَفَرَ

“Abdullah ibn Bureydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ buyurdu: “Bizimlə onlar arasında əhd namazdır. Kim onu tərk etsə, artıq küfr etmiş olur”.”

Abdullah ibn Bureydə atasından
SəhihNəsəi, 463 (Namaz, 16)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَرْبٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَبِيعَةَ ، عَنِ ابْنِ جُرَيْجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَيْسَ بَيْنَ الْعَبْدِ وَبَيْنَ الْكُفْرِ إِلاَّ تَرْكُ الصَّلاَةِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bəndə ilə küfr arasında yalnız namazı tərk etmək durur”.”

Cabir
SəhihNəsəi, 464 (Namaz, 17)

Fəsil 9

Namaz haqda hesaba çəkilmək

بَابُ الْمُحَاسَبَةِ عَلَى الصَّلاَةِ

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا هَارُونُ هُوَ ابْنُ إِسْمَاعِيلَ الْخَزَّازُ ، قَالَ : حَدَّثَنَا هَمَّامٌ ، عَنْ قَتَادَةَ ، عَنِ الْحَسَنِ ، عَنْ حُرَيْثِ بْنِ قَبِيصَةَ قَالَ : قَدِمْتُ الْمَدِينَةَ قَالَ : قُلْتُ : اللَّهُمَّ يَسِّرْ لِي جَلِيسًا صَالِحًا ، فَجَلَسْتُ إِلَى أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : فَقُلْتُ إِنِّي دَعَوْتُ اللَّهَ عَزَّ وَجَلَّ أَنْ يُيَسِّرَ لِي جَلِيسًا صَالِحًا ، فَحَدِّثْنِي بِحَدِيثٍ سَمِعْتَهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَعَلَّ اللَّهَ أَنْ يَنْفَعَنِي بِهِ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِنَّ أَوَّلَ مَا يُحَاسَبُ بِهِ الْعَبْدُ بِصَلاَتِهِ ، فَإِنْ صَلَحَتْ فَقَدْ أَفْلَحَ وَأَنْجَحَ ، وَإِنْ فَسَدَتْ فَقَدْ خَابَ وَخَسِرَ قَالَ هَمَّامٌ : لاَ أَدْرِي هَذَا مِنْ كَلاَمِ قَتَادَةَ أَوْ مِنَ الرِّوَايَةِ : فَإِنِ انْتَقَصَ مِنْ فَرِيضَتِهِ شَيْءٌ قَالَ : انْظُرُوا , هَلْ لِعَبْدِي مِنْ تَطَوُّعٍ , فَيُكَمَّلُ بِهِ مَا نَقَصَ مِنَ الْفَرِيضَةِ ، ثُمَّ يَكُونُ سَائِرُ عَمَلِهِ عَلَى نَحْوِ ذَلِكَ .. خَالَفَهُ أَبُو الْعَوَّامِ

“Rəvayət edilir ki, Hureys ibn Qabisa ﵀ demişdir: “Mədinəyə gəlib Allaha dua etdim ki, mənə əməlisaleh bir yoldaş yetirsin. Sonra Əbu Hureyra ﵁ ilə rastlaşıb onun yanında oturdum və dedim: “Mən Allahdan özümə əməlisaleh yoldaş yetirməsini dilədim. Mənə Allah Elçisindən ﷺ eşitdiyin bir hədis danış. Ola bilsin ki, Allah bu hədislə məni faydalandırsın”. Əbu Hureyra dedi: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Bəndənin ilk hesaba çəkiləcəyi şey namazıdır. Əgər namazları qaydasında olsa, uğur qazanar və nicat tapar. Əgər namazları qaydasında olmasa, ziyana uğrayar”. Həmməm dedi: “Mən bu sözün Qatədənin və ya rəvayətdən olan söz olduğunu bilmirəm: “Əgər fərz namazlarından bir şey əskik olsa, deyər: “Baxın, qulumun nafilə namazları varmı?” Beləliklə, nafilələrlə fərzlərindən əskik olanı tamamlanacaq. Sonra digər əməlləri də bu cür hesaba çəkiləcək”.”

Hureys ibn Qabisa
SəhihNəsəi, 465 (Namaz, 18)

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا شُعَيْبٌ ، يَعْنِي ابْنَ بَيَانِ بْنِ زِيَادِ بْنِ مَيْمُونٍ قَالَ : كَتَبَ عَلِيُّ بْنُ الْمَدِينِيِّ عَنْهُ قَالَ : أَخْبَرَنَا أَبُو الْعَوَّامِ ، عَنْ قَتَادَةَ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي رَافِعٍ ، عَنْ أَبِي هُرَيْرَةَ : أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ أَوَّلَ مَا يُحَاسَبُ بِهِ الْعَبْدُ يَوْمَ الْقِيَامَةِ صَلاَتُهُ ، فَإِنْ وُجِدَتْ تَامَّةً كُتِبَتْ تَامَّةً ، وَإِنْ كَانَ انْتُقِصَ مِنْهَا شَيْءٌ . قَالَ : انْظُرُوا هَلْ تَجِدُونَ لَهُ مِنْ تَطَوُّعٍ يُكَمِّلُ لَهُ مَا ضَيَّعَ مِنْ فَرِيضَةٍ مِنْ تَطَوُّعِهِ ، ثُمَّ سَائِرُ الأَعْمَالِ تَجْرِي عَلَى حَسَبِ ذَلِكَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qiyamət günü bəndənin ilk hesaba çəkiləcəyi şey namazıdır. Əgər namazları tam olsa, tam olaraq yazılar. Əgər bir şey əskik olsa, deyər: “Baxın, qulumun nafilə namazları varmı?” Beləliklə, nafilələrlə fərzlərindən əskik olanı tamamlanacaq. Sonra digər əməlləri də bu cür hesaba çəkiləcək”.”

Əbu Hureyra
SəhihNəsəi, 466 (Namaz, 19)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، حَدَّثَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ ، حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنِ الأَزْرَقِ بْنِ قَيْسٍ ، عَنْ يَحْيَى بْنِ يَعْمَُرَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَوَّلُ مَا يُحَاسَبُ بِهِ الْعَبْدُ صَلاَتُهُ ، فَإِنْ كَانَ أَكْمَلَهَا وَإِلاَّ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ : انْظُرُوا لِعَبْدِي مِنْ تَطَوُّعٍ ، فَإِنْ وُجِدَ لَهُ تَطَوُّعٌ . قَالَ : أَكْمِلُوا بِهِ الْفَرِيضَةَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bəndənin ilk hesaba çəkiləcəyi şey namazıdır. Namazları tam olsa tamdır, əks təqdirdə Allah ﷿ buyurar: “Baxın, qulumun nafilə namazları varmı?” Əgər nafilələri varsa, fərzlərindən əskik olanı tamamlanar. Fərzləri kamil edin!””

Əbu Hureyra
SəhihNəsəi, 467 (Namaz, 20)

Fəsil 10

Namaz qılanın qazanacağı savab

بَابُ ثَوَابِ مَنْ أَقَامَ الصَّلاَةَ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عُثْمَانَ بْنِ أَبِي صَفْوَانَ الثَّقَفِيُّ ، حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ ، حَدَّثَنَا شُعْبَةُ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُثْمَانَ بْنِ عَبْدِ اللهِ ، وَأَبُوهُ عُثْمَانُ بْنُ عَبْدِ اللهِ أَنَّهُمَا سَمِعَا مُوسَى بْنَ طَلْحَةَ يُحَدِّثُ ، عَنْ أَبِي أَيُّوبَ ، أَنَّ رَجُلاً قَالَ : يَا رَسُولَ اللهِ ، أَخْبِرْنِي بِعَمَلٍ يُدْخِلُنِي الْجَنَّةَ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : تَعْبُدَ اللَّهَ وَلاَ تُشْرِكَ بِهِ شَيْئًا ، وَتُقِيمَ الصَّلاَةَ ، وَتُؤْتِيَ الزَّكَاةَ ، وَتَصِلَ الرَّحِمَ ذَرْهَا كَأَنَّهُ كَانَ عَلَى رَاحِلَتِهِ.

“Əbu Əyyub ﵁ rəvayət edir ki, bir kişi belə dedi: “Ey Allahın Elçisi, mənə məni Cənnətə salacaq əməl haqda xəbər ver”. Allah Elçisi ﷺ buyurdu: “Allaha ibadət et, Ona heç nəyi şərik qoşma, namaz qıl, zəkat ver və qohumluq əlaqələrini saxla!””

Əbu Əyyub
SəhihNəsəi, 468 (Namaz, 21)

Fəsil 11

Bir yerdə daimi yaşayan adamın yaşadığı yerdə Zöhr namazının rükətlərinin sayı

بَابُ عَدَدِ صَلاَةِ الظُّهْرِ فِي الحَضَرِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنِ ابْنِ الْمُنْكَدِرِ ، وَإِبْرَاهِيمَ بْنِ مَيْسَرَةَ ، سَمِعَا أَنَسًا قَالَ : صَلَّيْتُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ بِالْمَدِينَةِ أَرْبَعًا وَبِذِي الْحُلَيْفَةِ الْعَصْرَ رَكْعَتَيْنِ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbərlə ﷺ birlikdə Zöhr namazını Mədinədə dörd rükət, Əsr namazını isə Zul-Huleyfədə iki rükət olaraq qıldım”.”

Ənəs
SəhihNəsəi, 469 (Namaz, 22)

Fəsil 12

Səfərdə Zöhr namazı

بَابُ صَلاَةِ الظُّهْرِ فِي السَّفَرِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَمُحَمَّدُ بْنُ بَشَّارٍ قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ بْنِ عُتَيْبَةَ قَالَ : سَمِعْتُ أَبَا جُحَيْفَةَ قَالَ : خَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْهَاجِرَةِ - قَالَ ابْنُ الْمُثَنَّى إِلَى الْبَطْحَاءِ - فَتَوَضَّأَ وَصَلَّى الظُّهْرَ رَكْعَتَيْنِ وَالْعَصْرَ رَكْعَتَيْنِ وَبَيْنَ يَدَيْهِ عَنَزَةٌ.

“Rəvayət edilir ki, Əbu Cuheyfə ﵁ demişdir: “Allah Elçisi ﷺ günorta vaxtı çıxdı. İbn Musənnə dedi ki, Bəthə adlı yerə gələn kimi dəstəmaz alıb Zöhr və Əsr namazlarını iki rükət qıldı. Bu əsnada öz əsasını qarşısına sütrə kimi qoymuşdu”.”

Əbu Cuheyfə
SəhihNəsəi, 470 (Namaz, 23)

Fəsil 13

Əsr namazının fəziləti

بَابُ فَضْلِ صَلاَةِ الْعَصْرِ

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا مِسْعَرٌ وَابْنُ أَبِي خَالِدٍ وَالْبَخْتَرِيُّ بْنُ أَبِي الْبَخْتَرِيِّ كُلُّهُمْ سَمِعُوهُ مِنْ أَبِي بَكْرِ بْنِ عُمَارَةَ بْنِ رُوَيْبَةَ الثَّقَفِيِّ ، عَنْ أَبِيهِ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لَنْ يَلِجَ النَّارَ مَنْ صَلَّى قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا.

“Əbu Bəkr ibn Umara ibn Ruveybə əs-Səqafi atasının ﵁ belə dediyini rəvayət edir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Günəş doğmazdan və batmazdan əvvəl namaz qılan kimsə Cəhənnəm oduna girməz!””

Əbu Bəkr ibn Umara ibn Ruveybə əs-Səqafi atasından
SəhihNəsəi, 471 (Namaz, 24)

Fəsil 14

Əsr namazını qorumaq (vaxtında qılmaq)

بَابُ الْمُحَافَظَةِ عَلَى صَلاَةِ الْعَصْرِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنِ الْقَعْقَاعِ بْنِ حَكِيمٍ ، عَنْ أَبِي يُونُسَ مَوْلَى عَائِشَةَ زَوْجِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَمَرَتْنِي عَائِشَةُ أَنْ أَكْتُبَ لَهَا مُصْحَفًا فَقَالَتْ : إِذَا بَلَغْتَ هَذِهِ الآيَةَ فَآذِنِّي {حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلاَةِ الْوُسْطَى} فَلَمَّا بَلَغْتُهَا آذَنْتُهَا فَأَمْلَتْ عَلَيَّ حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلاَةِ الْوُسْطَى وَصَلاَةِ الْعَصْرِ وَقُومُوا لِلَّهِ قَانِتِينَ ثُمَّ قَالَتْ : سَمِعْتُهَا مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişənin ﵂ azad etdiyi kölə Əbu Yunus demişdir: “Aişə mənə Quranı köçürtməyi əmr etdi və dedi: “Namazları və (günortadan sonrakı) orta namazı qoruyun“ (əl-Bəqərə, 238) bu ayəyə çatdıqda məni çağırarsan”. Mən də bu ayəyə çatıb onu çağırdıqda o, mənə dedi: “Namazları və (günortadan sonrakı) orta namazı – Əsr namazını qoruyun və Allah qarşısında mütiliklə durun”. Sonra dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm”.”

Aişə
SəhihNəsəi, 472 (Namaz, 25)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ قَالَ : أَخْبَرَنِي قَتَادَةُ ، عَنْ أَبِي حَسَّانَ ، عَنْ عَبِيدَةَ ، عَنْ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : شَغَلُونَا عَنِ الصَّلاَةِ الْوُسْطَى حَتَّى غَرَبَتِ الشَّمْسُ.

“Əli ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “(Düşmən ordusu) bizi günəş batana qədər orta namazdan yayındırdı”.”

Əli
SəhihNəsəi, 473 (Namaz, 26)

Fəsil 15

Əsr namazını tərk edən

بَابُ مَنْ تَرَكَ صَلاَةَ الْعَصْرِ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، حَدَّثَنِي يَحْيَى ، عَنْ هِشَامٍ قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي قِلاَبَةَ قَالَ : حَدَّثَنِي أَبُو الْمَلِيحِ قَالَ : كُنَّا مَعَ بُرَيْدَةَ فِي يَوْمٍ ذِي غَيْمٍ فَقَالَ : بَكِّرُوا بِالصَّلاَةِ ؛ فَإِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ تَرَكَ صَلاَةَ الْعَصْرِ فَقَدْ حَبِطَ عَمَلُهُ.

“Rəvayət edilir ki, Əbu Məlih ﵀ demişdir: “Bir dəfə buludlu bir gündə Bureydə ilə birlikdə idik. O dedi: “Namazı tezləşdirin, çünki Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim Əsr namazını tərk edərsə, artıq, əməli puç olar”.”

Əbu Məlih
SəhihNəsəi, 474 (Namaz, 27)

Fəsil 16

Daimi yaşayış yerində yaşayanın qıldığı Əsr namazının rükətlərinin sayı

بَابُ عَدَدِ صَلاَةِ الْعَصْرِ فِي الْحَضَرِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، أَخْبَرَنَا مَنْصُورُ بْنُ زَاذَانَ ، عَنِ الْوَلِيدِ بْنِ مُسْلِمٍ ، عَنْ أَبِي الصِّدِّيقِ النَّاجِيِّ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ : كُنَّا نَحْزُرُ قِيَامَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الظُّهْرِ وَالْعَصْرِ ، فَحَزَرْنَا قِيَامَهُ فِي الظُّهْرِ قَدْرَ ثَلاَثِينَ آيَةً قَدْرَ سُورَةِ السَّجْدَةِ فِي الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ ، وَفِي الأُخْرَيَيْنِ عَلَى النِّصْفِ مِنْ ذَلِكَ ، وَحَزَرْنَا قِيَامَهُ فِي الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ مِنَ الْعَصْرِ عَلَى قَدْرِ الأُخْرَيَيْنِ مِنَ الظُّهْرِ ، وَحَزَرْنَا قِيَامَهُ فِي الرَّكْعَتَيْنِ الأُخْرَيَيْنِ مِنَ الْعَصْرِ عَلَى النِّصْفِ مِنْ ذَلِكَ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ Zöhr və Əsr namazlarında qiyamda nə qədər ayə oxuduğunu təxmin edirdik. Zöhr namazının qiyamının ilk iki rükətində otuz ayə - əs-Səcdə surəsi qədər, axırıncı iki rükətində isə bunun yarısı qədər ayə oxuduğunu təxmin edirdik. Əsr namazının ilk iki rükətinin qiyamında Zöhr namazının axır iki rükətindəki qədər, Əsr namazının axırıncı iki rükətində isə bunun yarısı qədər ayə oxuduğunu təxmin edirdik”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 475 (Namaz, 28)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ أَبِي عَوَانَةَ ، عَنْ مَنْصُورِ بْنِ زَاذَانَ ، عَنِ الْوَلِيدِ أَبِي بِشْرٍ ، عَنْ أَبِي الْمُتَوَكِّلِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُومُ فِي الظُّهْرِ فَيَقْرَأُ قَدْرَ ثَلاَثِينَ آيَةً فِي كُلِّ رَكْعَةٍ ، ثُمَّ يَقُومُ فِي الْعَصْرِ فِي الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ قَدْرَ خَمْسَ عَشْرَةَ آيَةً.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ Zöhr namazının hər rükətində otuza qədər ayə oxuyardı. Sonra Əsr namazının ilk iki rükətində on beşə qədər ayə oxuyardı”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 476 (Namaz, 29)

Fəsil 17

Səfərdə Əsr namazı

بَابُ صَلاَةِ الْعَصْرِ فِي السَّفَرِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ أَيُّوبَ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى الظُّهْرَ بِالْمَدِينَةِ أَرْبَعًا ، وَصَلَّى الْعَصْرَ بِذِي الْحُلَيْفَةِ رَكْعَتَيْنِ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Mədinədə olarkən Zöhr namazını dörd, Zul-Huleyfədə isə Əsr namazını iki rükət qıldı.”

Ənəs ibn Malik
SəhihNəsəi, 477 (Namaz, 30)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ حَيْوَةَ بْنِ شُرَيْحٍ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ رَبِيعَةَ ، أَنَّ عِرَاكَ بْنَ مَالِكٍ حَدَّثَهُ ، أَنَّ نَوْفَلَ بْنَ مُعَاوِيَةَ حَدَّثَهُ أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ فَاتَتْهُ صَلاَةُ الْعَصْرِ فَكَأَنَّمَا وُتِرَ أَهْلَهُ وَمَالَهُ قَالَ عِرَاكٌ : وَأَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ عُمَرَ أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ فَاتَتْهُ صَلاَةُ الْعَصْرِ فَكَأَنَّمَا وُتِرَ أَهْلَهُ وَمَالَهُ. ..خَالَفَهُ يَزِيدُ بْنُ أَبِي حَبِيبٍ.

“Rəvayət edilir ki, Nəufəl ibn Muaviyə ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Kim Əsr namazını qılmazsa, sanki ailəsini və malını itirmiş kimidir”. Hədisin ravilərindən biri olan İrak dedi: “Abdullah ibn Ömər mənə xəbər verdi ki, o, Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Kim Əsr namazını qılmazsa, sanki ailəsini və malını itirmiş kimidir”.”

Nəufəl ibn Muaviyə
SəhihNəsəi, 478 (Namaz, 31)

أَخْبَرَنَا عِيسَى بْنُ حَمَّادٍ زُغْبَةُ ، حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ عِرَاكِ بْنِ مَالِكٍ أَنَّهُ بَلَغَهُ ، أَنَّ نَوْفَلَ بْنَ مُعَاوِيَةَ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مِنَ الصَّلاَةِ صَلاَةٌ مَنْ فَاتَتْهُ فَكَأَنَّمَا وُتِرَ أَهْلَهُ وَمَالَهُ . قَالَ ابْنُ عُمَرَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : هِيَ صَلاَةُ الْعَصْرِ. خَالَفَهُ مُحَمَّدُ بْنُ إِسْحَاقَ

“Rəvayət edilir ki, Nəufəl ibn Muaviyə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Namazların içində elə namaz var ki, bu namazı ötürən sanki ailəsini və malını itirmiş olur”. İbn Ömər dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Bu, Əsr namazıdır”.”

Nəufəl ibn Muaviyə
SəhihNəsəi, 479 (Namaz, 32)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعْدِ بْنِ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ قَالَ حَدَّثَنِي عَمِّي ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ قَالَ : حَدَّثَنِي يَزِيدُ بْنُ أَبِي حَبِيبٍ ، عَنْ عِرَاكِ بْنِ مَالِكٍ قَالَ : سَمِعْتُ نَوْفَلَ بْنَ مُعَاوِيَةَ يَقُولُ : صَلاَةٌ مَنْ فَاتَتْهُ فَكَأَنَّمَا وُتِرَ أَهْلَهُ وَمَالَهُ قَالَ ابْنُ عُمَرَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ هِيَ صَلاَةُ الْعَصْرِ.

“Rəvayət edilir ki, İrak ibn Malik ﵀ demişdir: “Mən Nəufəl ibn Muaviyənin belə dediyini eşitdim: “Bir namaz var ki, onu ötürən ailəsini və malını itirən kimidir”. İbn Ömər dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Bu, Əsr namazıdır”.”

İrak ibn Malik
SəhihNəsəi, 480 (Namaz, 33)

Fəsil 18

Məğrib namazı

بَابُ صَلاَةِ الْمَغْرِبِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَلَمَةَ بْنِ كُهَيْلٍ قَالَ : رَأَيْتُ سَعِيدَ بْنَ جُبَيْرٍ بِجَمْعٍ أَقَامَ فَصَلَّى الْمَغْرِبَ ثَلاَثَ رَكَعَاتٍ ، ثُمَّ أَقَامَ فَصَلَّى يَعْنِي الْعِشَاءَ رَكْعَتَيْنِ ، ثُمَّ ذَكَرَ أَنَّ ابْنَ عُمَرَ صَنَعَ بِهِمْ مِثْلَ ذَلِكَ فِي ذَلِكَ الْمَكَانِ ، وَذَكَرَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَنَعَ مِثْلَ ذَلِكَ فِي ذَلِكَ الْمَكَانِ.

“Rəvayət edilir ki, Sələmə ibn Kuheyl ﵀ demişdir: “Səid ibn Cubeyrin namazları birləşdirərək Məğrib namazını üç rükət, ardı ilə də İşa namazını iki rükət qıldığını gördüm. Sonra dedi: “Həmin bu yerdə İbn Ömər namazı sizinlə qıldığım kimi bizə namaz qıldırmışdı. İbn Ömər bəyan etdi ki, həmin bu məkanda Allah Elçisi ﷺ də mən etdiyim kimi etmişdi”.”

Sələmə ibn Kuheyl
SəhihNəsəi, 481 (Namaz, 34)

Fəsil 19

İşa namazının fəziləti

بَابُ فَضْلِ صَلاَةِ الْعِشَاءِ

أَخْبَرَنَا نَصْرُ بْنُ عَلِيِّ بْنِ نَصْرٍ ، عَنْ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : أَعْتَمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْعِشَاءِ حَتَّى نَادَاهُ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ : نَامَ النِّسَاءُ وَالصِّبْيَانُ ، فَخَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : إِنَّهُ لَيْسَ أَحَدٌ يُصَلِّي هَذِهِ الصَّلاَةَ غَيْرَكُمْ وَلَمْ يَكُنْ يَوْمَئِذٍ أَحَدٌ يُصَلِّي غَيْرَ أَهْلِ الْمَدِينَةِ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ İşa namazını gecikdirdi. Ömər ﵁ onu çağırıb dedi: “Artıq, qadınlar və uşaqlar yatdı”. Allah Elçisi ﷺ camaatın qarşısına çıxıb dedi: “Həqiqətən, bu namazı sizdən başqa heç kim qılmır”. Həqiqətən də, bu namazı Mədinə əhlindən başqa heç kim qılmırdı”.”

Aişə
SəhihNəsəi, 482 (Namaz, 35)

Fəsil 20

Səfərdə İşa namazı

بَابُ صَلاَةِ الْعِشَاءِ فِي السَّفَرِ

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ قَالَ : أَخْبَرَنِي الْحَكَمُ قَالَ : صَلَّى بِنَا سَعِيدُ بْنُ جُبَيْرٍ بِجَمْعٍ الْمَغْرِبَ ثَلاَثًا بِإِقَامَةٍ ، ثُمَّ سَلَّمَ ، ثُمَّ صَلَّى الْعِشَاءَ رَكْعَتَيْنِ ، ثُمَّ ذَكَرَ أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ فَعَلَ ذَلِكَ ، وَذَكَرَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَعَلَ ذَلِكَ.

“Rəvayət edilir ki, əl-Həkəm ﵀ demişdir: “Səid ibn Cubeyr iqamə verərək Məğrib namazını bizə üç rükət qıldırdı, sonra salam verdi. Sonra İşa namazını iki rükət qıldı. Sonra İbn Ömərin belə etdiyini xatırlatdı. Həmçinin Allah Elçisinin ﷺ də belə etdiyini xatırlatdı”.”

əl-Həkəm
SəhihNəsəi, 483 (Namaz, 36)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ ، حَدَّثَنَا شُعْبَةُ ، حَدَّثَنَا سَلَمَةُ بْنُ كُهَيْلٍ قَالَ : سَمِعْتُ سَعِيدَ بْنَ جُبَيْرٍ قَالَ : رَأَيْتُ عَبْدَ اللهِ بْنَ عُمَرَ صَلَّى بِجَمْعٍ فَأَقَامَ فَصَلَّى الْمَغْرِبَ ثَلاَثًا ، ثُمَّ صَلَّى الْعِشَاءَ رَكْعَتَيْنِ ، ثُمَّ قَالَ : هَكَذَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ فِي هَذَا الْمَكَانِ.

“Rəvayət edilir ki, Səid ibn Cubeyr ﵀ demişdir: “Abdullah ibn Öməri namazları birləşdirərək Məğrib namazını üç rükət, sonra da İşa namazını iki rükət qılan gördüm. Sonra o dedi: “Mən bu məkanda Allah Elçisinin ﷺ belə etdiyini görmüşəm”.”

Səid ibn Cubeyr
SəhihNəsəi, 484 (Namaz, 37)

Fəsil 21

Camaat namazının fəziləti

بَابُ فَضْلِ صَلاَةِ الْجَمَاعَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : يَتَعَاقَبُونَ فِيكُمْ مَلاَئِكَةٌ بِاللَّيْلِ وَمَلاَئِكَةٌ بِالنَّهَارِ ، وَيَجْتَمِعُونَ فِي صَلاَةِ الْفَجْرِ وَصَلاَةِ الْعَصْرِ ، ثُمَّ يَعْرُجُ الَّذِينَ بَاتُوا فِيكُمْ فَيَسْأَلُهُمْ وَهُوَ أَعْلَمُ بِهِمْ كَيْفَ تَرَكْتُمْ عِبَادِي ؟ فَيَقُولُونَ : تَرَكْنَاهُمْ وَهُمْ يُصَلُّونَ وَأَتَيْنَاهُمْ وَهُمْ يُصَلُّونَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir dəstə mələk gecələr, bir dəstə mələk də gündüzlər növbə ilə sizin yanınıza gəlir. Onlar Sübh və Əsr namazlarında bir yerə toplanırlar. Bundan sonra gecəni sizin aranızda keçirən mələklər (səmaya) qalxır və Allah onlardan: “Siz Mənim qullarımı nə vəziyyətdə tərk etmisiniz?”- deyə soruşur. Halbuki O, qullarının (nə etdiklərini) daha yaxşı bilir. Bununla belə, onlar deyirlər: “Biz onları namaz qıldıqları halda tərk etdik, yanlarına gəldikdə də onlar namaz qılırdılar”.”

Əbu Hureyra
SəhihNəsəi, 485 (Namaz, 38)

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : تَفْضُلُ صَلاَةُ الْجَمْعِ عَلَى صَلاَةِ أَحَدِكُمْ وَحْدَهُ بِخَمْسَةٍ وَعِشْرِينَ جُزْءًا ، وَيَجْتَمِعُ مَلاَئِكَةُ اللَّيْلِ وَالنَّهَارِ فِي صَلاَةِ الْفَجْرِ وَاقْرَؤُوا إِنْ شِئْتُمْ {وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا}.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Birinizin camaatla qıldığı namaz tək qıldığı namazdan iyirmi beş dəfə üstündür. Gecə və gündüz mələkləri Sübh namazında toplanırlar. İstəsəniz, bu ayəni oxuyun: “Sübh çağı Quran oxu (Sübh namazını da qıl)! Çünki sübh çağı oxunan Quranın şahidləri olur” (əl-İsra, 78)”.”

Əbu Hureyra
SəhihNəsəi, 486 (Namaz, 39)

أََخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ وَيَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالاَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ إِسْمَاعِيلَ قَالَ : حَدَّثَنِي أَبُو بَكْرِ بْنُ عُمَارَةَ بْنِ رُوَيْبَةَ ، عَنْ أَبِيهِ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لاَ يَلِجُ النَّارَ أَحَدٌ صَلَّى قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ أَنْ تَغْرُبَ.

“Əbu Bəkr ibn Umara ibn Ruveybə əs-Səqafi atasının ﵁ belə dediyini rəvayət edir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Günəş doğmazdan və batmazdan əvvəl namaz qılan kimsə Cəhənnəm oduna girməz!””

Əbu Bəkr ibn Umara ibn Ruveybə atasından
SəhihNəsəi, 487 (Namaz, 40)

Fəsil 22

Qiblənin fərz olması

بَابُ فَرْضِ الْقِبْلَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا أَبُو إِسْحَاقَ ، عَنِ الْبَرَاءِ قَالَ : صَلَّيْنَا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَحْوَ بَيْتِ الْمَقْدِسِ سِتَّةَ عَشَرَ شَهْرًا ، أَوْ سَبْعَةَ عَشَرَ شَهْرًا - شَكَّ سُفْيَانُ - وَصُرِفَ إِلَى الْقِبْلَةِ.

“Rəvayət edilir ki, əl-Bəra ﵁ demişdir: “Peyğəmbərlə ﷺ birlikdə Beytul-Məqdisə doğru on altı və ya on yeddi ay – bu, hədisin ravisi Sufyanın şəkkidir - namaz qıldıq, sonra qibləyə doğru döndərildik”.”

əl-Bəra
SəhihNəsəi, 488 (Namaz, 41)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ يُوسُفَ الأَزْرَقُ ، عَنْ زَكَرِيَّا بْنِ أَبِي زَائِدَةَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ : قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمَدِينَةَ ، فَصَلَّى نَحْوَ بَيْتِ الْمَقْدِسِ سِتَّةَ عَشَرَ شَهْرًا ، ثُمَّ إِنَّهُ وُجِّهَ إِلَى الْكَعْبَةِ فَمَرَّ رَجُلٌ قَدْ كَانَ صَلَّى مَعَ النَّبيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى قَوْمٍ مِنَ الأَنْصَارِ فَقَالَ : أَشْهَدُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ وُجِّهَ إِلَى الْكَعْبَةِ فَانْحَرِفُوا إِلَى الْكَعْبَةِ

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Allah Elçisi ﷺ Mədinəyə gəldikdə Beytul-Məqdisə doğru on altı ay namaz qıldı. Sonra üzünü Kəbəyə doğru çevirməklə əmr edildi. Peyğəmbərlə ﷺ birlikdə namaz qılan bir kişi ənsardan olan bir toplumun yanından keçdikdə dedi: “Şahidlik edirəm ki, artıq, Allah Elçisi ﷺ (namazda) Kəbəyə doğru yönəlib, siz də (namazda) Kəbəyə doğru yönəlin”.”

əl-Bəra ibn Azib
SəhihNəsəi, 489 (Namaz, 42)

Fəsil 23

Qiblədən başqa tərəfə yönəlməyin icazəli olması halı

بَابُ الْحَالِ الَّتِي يَجُوزُ فِيهَا اسْتِقْبَالُ غَيْرِ الْقِبْلَةِ

أَخْبَرَنَا عِيسَى بْنُ حَمَّادٍ زُغْبَةُ وَأَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنِ ابْنِ وَهْبٍ ، عَنْ يُونُسَ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُسَبِّحُ عَلَى الرَّاحِلَةِ قِبَلَ أَيِّ وَجْهٍ تَتَوَجَّهُ ، وَيُوتِرُ عَلَيْهَا غَيْرَ أَنَّهُ لاَ يُصَلِّي عَلَيْهَا الْمَكْتُوبَةَ.

“Səlim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ miniyinin üzərində miniyi getdiyi istiqamətdə nafilə və vitr namazlarını qılar, fərz namazlarını isə miniyi üzərində qılmazdı”.”

Səlim atasından
SəhihNəsəi, 490 (Namaz, 43)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ يَحْيَى ، عَنْ عَبْدِ الْمَلِكِ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ جُبَيْرٍ ، عَنِ ابْنِ عُمَرَ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي عَلَى دَابَّتِهِ وَهُوَ مُقْبِلٌ مِنْ مَكَّةَ إِلَى الْمَدِينَةِ ، وَفِيهِ أُنْزِلَتْ {فَأَيْنَمَا تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ}.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ miniyinin üzərində üzü Məkkədən Mədinəyə yönəldiyi halda namaz qılardı. Buna görə bu ayə: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar” (əl-Bəqərə, 115) nazil oldu”.”

İbn Ömər
SəhihNəsəi, 491 (Namaz, 44)

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنِ ابْنِ عُمَرَ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي عَلَى رَاحِلَتِهِ فِي السَّفَرِ حَيْثُمَا تَوَجَّهَتْ بِهِ قَالَ مَالِكٌ : قَالَ عَبْدُ اللهِ بْنُ دِينَارٍ : وَكَانَ ابْنُ عُمَرَ يَفْعَلُ ذَلِكَ

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ səfərdə miniyinin üzərində olduqda üzünü miniyin getdiyi istiqamətə tutub namaz qılardı”. Hədisin ravilərindən biri Malik dedi: “Abdullah ibn Dinar dedi: “İbn Ömər də belə edərdi”.”

İbn Ömər
SəhihNəsəi, 492 (Namaz, 45)

Fəsil 24

(Qiblənin dəyişməsi məsələsində) ictihaddan sonra xətanın bəlli olması

بَابُ اسْتِبَانَةِ الْخَطَأِ بَعْدَ الاِجْتِهَادِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنِ ابْنِ عُمَرَ قَالَ : بَيْنَمَا النَّاسُ بِقُبَاءَ فِي صَلاَةِ الصُّبْحِ جَاءَهُمْ آتٍ فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ أُنْزِلَ عَلَيْهِ اللَّيْلَةَ ، وَقَدْ أُمِرَ أَنْ يَسْتَقْبِلَ الْكَعْبَةَ فَاسْتَقْبِلُوهَا ، وَكَانَتْ وُجُوهُهُمْ إِلَى الشَّامِ فَاسْتَدَارُوا إِلَى الْكَعْبَةِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “İnsanlar Qubə məscidində Sübh namazında olarkən, bir nəfər gəlib onlara dedi: “Artıq, gecə Allah Elçisinə ﷺ Kəbəyə tərəf yönəlmək əmri nazil olmuşdur, siz də ona tərəf yönəlin!” Onların üzləri Şama tərəf olduqları halda, Kəbəyə tərəf çevrildilər”.”

İbn Ömər
SəhihNəsəi, 493 (Namaz, 46)