Namaz kitabı

Namaz harada fərz edildi?

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، عَنِ ابْنِ وَهْبٍ قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ الْحَارِثِ ، أَنَّ عَبْدَ رَبِّهِ بْنَ سَعِيدٍ حَدَّثَهُ ، أَنَّ الْبُنَانِيَّ حَدَّثَهُ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ الصَّلَوَاتِ فُرِضَتْ بِمَكَّةَ. وَأَنَّ مَلَكَيْنِ أَتَيَا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ , فَذَهَبَا بِهِ إِلَى زَمْزَمَ ، فَشَقَّا بَطْنَهُ , وَأَخْرَجَا حَشْوهُ فِي طَسْتٍ مِنْ ذَهَبٍ ، فَغَسَّلاَهُ بِمَاءِ زَمْزَمَ ، ثُمَّ كَبَسَا جَوْفَهُ حِكْمَةً وَعِلْمًا.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, namazlar Məkkədə fərz edildi. İki mələk Allah Elçisinin ﷺ yanına gəldilər. Onunla birlikdə Zəm-zəm quyusunun yanına getdilər və Peyğəmbərin ﷺ qarnını yardılar. İçalatını çıxarıb qızıl tasa qoydular. Zəm-zəm suyu ilə yuduqdan sonra içini hikmət və elmlə doldurdular.”

Ənəs ibn Malik
Səhih

İstinad

Nəsəi, 452 (Namaz, 5)

Sunən ən-Nəsəi — Namaz kitabı