Namaz kitabı

Namaz necə fərz olundu?

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ هَاشِمٍ الْبَعْلَبَكِّيُّ قَالَ : أَنْبَأَنَا الْوَلِيدُ قَالَ : أَخْبَرَنِي أَبُو عَمْرٍو يَعْنِي الأَوْزَاعِيَّ ، أَنَّهُ سَأَلَ الزُّهْرِيَّ عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَكَّةَ قَبْلَ الْهِجْرَةِ إِلَى الْمَدِينَةِ . قَالَ : أَخْبَرَنِي عُرْوَةُ ، عَنْ عَائِشَةَ قَالَتْ : فَرَضَ اللَّهُ عَزَّ وَجَلَّ الصَّلاَةَ عَلَى رَسُولِهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَوَّلَ مَا فَرَضَهَا رَكْعَتَيْنِ رَكْعَتَيْنِ ، ثُمَّ أُتِمَّتْ فِي الْحَضَرِ أَرْبَعًا ، وَأُقِرَّتْ صَلاَةُ السَّفَرِ عَلَى الْفَرِيضَةِ الأُولَى.

“Əbu Amr, yəni əl-Əuzai Zuhridən ﵀ Allah Elçisinin ﷺ Mədinəyə hicrət etməzdən qabaq Məkkədə qıldığı namaz haqda soruşdu. O dedi: “Urva Aişənin belə dediyini rəvayət etmişdir: “İlk dəfə Allah ﷿ Öz Elçisinə ﷺ namazları iki rükət-iki rükət fərz etmişdi. Sonra daimi yaşayış yerində qalan üçün dörd rükətə tamamladı, səfərdə olan üçün isə əvvəllər olduğu kimi qaldı”.”

əl-Əuzai
Səhih

İstinad

Nəsəi, 454 (Namaz, 7)

Sunən ən-Nəsəi — Namaz kitabı