Qiblənin fərz olması
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ يُوسُفَ الأَزْرَقُ ، عَنْ زَكَرِيَّا بْنِ أَبِي زَائِدَةَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ : قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمَدِينَةَ ، فَصَلَّى نَحْوَ بَيْتِ الْمَقْدِسِ سِتَّةَ عَشَرَ شَهْرًا ، ثُمَّ إِنَّهُ وُجِّهَ إِلَى الْكَعْبَةِ فَمَرَّ رَجُلٌ قَدْ كَانَ صَلَّى مَعَ النَّبيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى قَوْمٍ مِنَ الأَنْصَارِ فَقَالَ : أَشْهَدُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ وُجِّهَ إِلَى الْكَعْبَةِ فَانْحَرِفُوا إِلَى الْكَعْبَةِ
“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Allah Elçisi ﷺ Mədinəyə gəldikdə Beytul-Məqdisə doğru on altı ay namaz qıldı. Sonra üzünü Kəbəyə doğru çevirməklə əmr edildi. Peyğəmbərlə ﷺ birlikdə namaz qılan bir kişi ənsardan olan bir toplumun yanından keçdikdə dedi: “Şahidlik edirəm ki, artıq, Allah Elçisi ﷺ (namazda) Kəbəyə doğru yönəlib, siz də (namazda) Kəbəyə doğru yönəlin”.”
İstinad
Nəsəi, 489 (Namaz, 42)
Sunən ən-Nəsəi — Namaz kitabı