Namaz kitabı

Səfərdə Əsr namazı

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ حَيْوَةَ بْنِ شُرَيْحٍ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ رَبِيعَةَ ، أَنَّ عِرَاكَ بْنَ مَالِكٍ حَدَّثَهُ ، أَنَّ نَوْفَلَ بْنَ مُعَاوِيَةَ حَدَّثَهُ أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ فَاتَتْهُ صَلاَةُ الْعَصْرِ فَكَأَنَّمَا وُتِرَ أَهْلَهُ وَمَالَهُ قَالَ عِرَاكٌ : وَأَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ عُمَرَ أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ فَاتَتْهُ صَلاَةُ الْعَصْرِ فَكَأَنَّمَا وُتِرَ أَهْلَهُ وَمَالَهُ. ..خَالَفَهُ يَزِيدُ بْنُ أَبِي حَبِيبٍ.

“Rəvayət edilir ki, Nəufəl ibn Muaviyə ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Kim Əsr namazını qılmazsa, sanki ailəsini və malını itirmiş kimidir”. Hədisin ravilərindən biri olan İrak dedi: “Abdullah ibn Ömər mənə xəbər verdi ki, o, Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Kim Əsr namazını qılmazsa, sanki ailəsini və malını itirmiş kimidir”.”

Nəufəl ibn Muaviyə
Səhih

İstinad

Nəsəi, 478 (Namaz, 31)

Sunən ən-Nəsəi — Namaz kitabı