Namaz kitabı

Səfərdə İşa namazı

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ قَالَ : أَخْبَرَنِي الْحَكَمُ قَالَ : صَلَّى بِنَا سَعِيدُ بْنُ جُبَيْرٍ بِجَمْعٍ الْمَغْرِبَ ثَلاَثًا بِإِقَامَةٍ ، ثُمَّ سَلَّمَ ، ثُمَّ صَلَّى الْعِشَاءَ رَكْعَتَيْنِ ، ثُمَّ ذَكَرَ أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ فَعَلَ ذَلِكَ ، وَذَكَرَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَعَلَ ذَلِكَ.

“Rəvayət edilir ki, əl-Həkəm ﵀ demişdir: “Səid ibn Cubeyr iqamə verərək Məğrib namazını bizə üç rükət qıldırdı, sonra salam verdi. Sonra İşa namazını iki rükət qıldı. Sonra İbn Ömərin belə etdiyini xatırlatdı. Həmçinin Allah Elçisinin ﷺ də belə etdiyini xatırlatdı”.”

əl-Həkəm
Səhih

İstinad

Nəsəi, 483 (Namaz, 36)

Sunən ən-Nəsəi — Namaz kitabı