Namaz kitabı

(Qiblənin dəyişməsi məsələsində) ictihaddan sonra xətanın bəlli olması

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنِ ابْنِ عُمَرَ قَالَ : بَيْنَمَا النَّاسُ بِقُبَاءَ فِي صَلاَةِ الصُّبْحِ جَاءَهُمْ آتٍ فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ أُنْزِلَ عَلَيْهِ اللَّيْلَةَ ، وَقَدْ أُمِرَ أَنْ يَسْتَقْبِلَ الْكَعْبَةَ فَاسْتَقْبِلُوهَا ، وَكَانَتْ وُجُوهُهُمْ إِلَى الشَّامِ فَاسْتَدَارُوا إِلَى الْكَعْبَةِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “İnsanlar Qubə məscidində Sübh namazında olarkən, bir nəfər gəlib onlara dedi: “Artıq, gecə Allah Elçisinə ﷺ Kəbəyə tərəf yönəlmək əmri nazil olmuşdur, siz də ona tərəf yönəlin!” Onların üzləri Şama tərəf olduqları halda, Kəbəyə tərəf çevrildilər”.”

İbn Ömər
Səhih

İstinad

Nəsəi, 493 (Namaz, 46)

Sunən ən-Nəsəi — Namaz kitabı