Namaz vaxtları
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، أَنَّ عُمَرَ بْنَ عَبْدِ الْعَزِيزِ أَخَّرَ الْعَصْرَ شَيْئًا . فَقَالَ لَهُ عُرْوَةُ : أَمَا إِنَّ جِبْرِيلَ عَلَيْهِ السَّلاَمُ قَدْ نَزَلَ فَصَلَّى إِمَامَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ عُمَرُ : اعْلَمْ مَا تَقُولُ يَا عُرْوَةُ . فَقَالَ : سَمِعْتُ بَشِيرَ بْنَ أَبِي مَسْعُودٍ يَقُولُ : سَمِعْتُ أَبَا مَسْعُودٍ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : نَزَلَ جِبْرِيلُ فَأَمَّنِي فَصَلَّيْتُ مَعَهُ ، ثُمَّ صَلَّيْتُ مَعَهُ ، ثُمَّ صَلَّيْتُ مَعَهُ ، ثُمَّ صَلَّيْتُ مَعَهُ ، ثُمَّ صَلَّيْتُ مَعَهُ يَحْسُبُ بِأَصَابِعِهِ خَمْسَ صَلَوَاتٍ.
“İbn Şihab ﵀ rəvayət edir ki, Ömər ibn Abdul-Əziz Əsr namazını gecikdirdikdə Urva ona dedi: “Cəbrail ﵇ Allah Elçisinə ﷺ imamlıq edib namaz qıldırmışdı”. Ömər dedi: “Nə dediyinə fikir ver, ey Urva!” Urva dedi: “Mən Bəşir ibn Əbu Məsudun belə dediyini eşitdim: “Əbu Məsud belə dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Cəbrail nazil olub mənə imamlıq etdi və biz birlikdə namaz qıldıq. Sonra barmaqları ilə beş namazı sayaraq – sonra birlikdə namaz qıldıq, sonra birlikdə namaz qıldıq, sonra birlikdə namaz qıldıq, sonra birlikdə namaz qıldıq”.”
İstinad
Nəsəi, 494 (Vaxtlar, 1)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı