Zöhr namazının ilk vaxtı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، حَدَّثَنَا خَالِدٌ ، حَدَّثَنَا شُعْبَةُ ، حَدَّثَنَا سَيَّارُ بْنُ سَلاَمَةَ قَالَ : سَمِعْتُ أَبِي يَسْأَلُ أَبَا بَرْزَةَ عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قُلْتُ : أَنْتَ سَمِعْتَهُ ؟ قَالَ : كَمَا أَسْمَعُكَ السَّاعَةَ . فَقَالَ : أَبِي يَسْأَلُ عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : كَانَ لاَ يُبَالِي بَعْضَ تَأْخِيرِهَا - يَعْنِي الْعِشَاءَ - إِلَى نِصْفِ اللَّيْلِ ، وَلاَ يُحِبُّ النَّوْمَ قَبْلَهَا وَلاَ الْحَدِيثَ بَعْدَهَا . قَالَ شُعْبَةُ : ثُمَّ لَقِيتُهُ بَعْدُ فَسَأَلْتُهُ ، قَالَ : كَانَ يُصَلِّي الظُّهْرَ حِينَ تَزُولُ الشَّمْسُ ، وَالْعَصْرَ يَذْهَبُ الرَّجُلُ إِلَى أَقْصَى الْمَدِينَةِ وَالشَّمْسُ حَيَّةٌ ، وَالْمَغْرِبَ لاَ أَدْرِي أَيَّ حِينٍ ذَكَرَ . ثُمَّ لَقِيتُهُ بَعْدُ فَسَأَلْتُهُ ، فَقَالَ : وَكَانَ يُصَلِّي الصُّبْحَ فَيَنْصَرِفُ الرَّجُلُ فَيَنْظُرُ إِلَى وَجْهِ جَلِيسِهِ الَّذِي يَعْرِفُهُ فَيَعْرِفُهُ . قَالَ وَكَانَ يَقْرَأُ فِيهَا بِالسِّتِّينَ إِلَى الْمِائَةِ.
“Rəvayət edilir ki, Səyyar ibn Sələmə ﵀ demişdir: “Mən atamın Əbu Bərzədən Allah Elçisinin ﷺ namazı haqda soruşduğunu eşitdim”. Mən dedim: “Sən bunu ondan eşitmisən?” O dedi: “Səni eşitdiyim kimi onu da eşitmişəm”. O dedi: “Atam Allah Elçisinin ﷺ namazı haqda soruşmuşdu”. O dedi: “Peyğəmbər ﷺ İşa namazını gecənin yarısına qədər uzadardı. Həmçinin İşadan qabaq yatmağı və İşadan sonra danışmağı xoşlamazdı”. Hədisin ravilərindən biri Şöbə dedi: “Bundan sonra onu gördüm və soruşdum. O dedi: “Zöhr namazını günəşin ən hündür yerindən batmağa doğru meyl etdikdən sonra qılardı. Əsr namazını bir kişi Mədinənin ən ucqar yerinə çatdıqda günəş hələ parlaq olanda qılardı. Məğrib haqda nə dediyini bilmirəm”. Bundan sonra onu gördüm və soruşdum. O dedi: “Sübh namazını bir kişi namazdan sonra yanında oturan dostunun kim olduğunu bildiyi vaxtda qılardı. Namazda yetmişdən yüzə qədər ayə oxuyardı”.”
İstinad
Nəsəi, 495 (Vaxtlar, 2)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı