Sunən ən-NəsəiNamaz vaxtları kitabı

Kitab 6

Namaz vaxtları kitabı

كِتَابُ الْمَوَاقِيتِ

133

hədis

Fəsil 1

Namaz vaxtları

اَلْمَوَاقِيت

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، أَنَّ عُمَرَ بْنَ عَبْدِ الْعَزِيزِ أَخَّرَ الْعَصْرَ شَيْئًا . فَقَالَ لَهُ عُرْوَةُ : أَمَا إِنَّ جِبْرِيلَ عَلَيْهِ السَّلاَمُ قَدْ نَزَلَ فَصَلَّى إِمَامَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ عُمَرُ : اعْلَمْ مَا تَقُولُ يَا عُرْوَةُ . فَقَالَ : سَمِعْتُ بَشِيرَ بْنَ أَبِي مَسْعُودٍ يَقُولُ : سَمِعْتُ أَبَا مَسْعُودٍ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : نَزَلَ جِبْرِيلُ فَأَمَّنِي فَصَلَّيْتُ مَعَهُ ، ثُمَّ صَلَّيْتُ مَعَهُ ، ثُمَّ صَلَّيْتُ مَعَهُ ، ثُمَّ صَلَّيْتُ مَعَهُ ، ثُمَّ صَلَّيْتُ مَعَهُ يَحْسُبُ بِأَصَابِعِهِ خَمْسَ صَلَوَاتٍ.

“İbn Şihab ﵀ rəvayət edir ki, Ömər ibn Abdul-Əziz Əsr namazını gecikdirdikdə Urva ona dedi: “Cəbrail ﵇ Allah Elçisinə ﷺ imamlıq edib namaz qıldırmışdı”. Ömər dedi: “Nə dediyinə fikir ver, ey Urva!” Urva dedi: “Mən Bəşir ibn Əbu Məsudun belə dediyini eşitdim: “Əbu Məsud belə dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Cəbrail nazil olub mənə imamlıq etdi və biz birlikdə namaz qıldıq. Sonra barmaqları ilə beş namazı sayaraq – sonra birlikdə namaz qıldıq, sonra birlikdə namaz qıldıq, sonra birlikdə namaz qıldıq, sonra birlikdə namaz qıldıq”.”

İbn Şihab
SəhihNəsəi, 494 (Vaxtlar, 1)

Fəsil 2

Zöhr namazının ilk vaxtı

أَوَّلُ وَقْتِ الظُّهْرِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، حَدَّثَنَا خَالِدٌ ، حَدَّثَنَا شُعْبَةُ ، حَدَّثَنَا سَيَّارُ بْنُ سَلاَمَةَ قَالَ : سَمِعْتُ أَبِي يَسْأَلُ أَبَا بَرْزَةَ عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قُلْتُ : أَنْتَ سَمِعْتَهُ ؟ قَالَ : كَمَا أَسْمَعُكَ السَّاعَةَ . فَقَالَ : أَبِي يَسْأَلُ عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : كَانَ لاَ يُبَالِي بَعْضَ تَأْخِيرِهَا - يَعْنِي الْعِشَاءَ - إِلَى نِصْفِ اللَّيْلِ ، وَلاَ يُحِبُّ النَّوْمَ قَبْلَهَا وَلاَ الْحَدِيثَ بَعْدَهَا . قَالَ شُعْبَةُ : ثُمَّ لَقِيتُهُ بَعْدُ فَسَأَلْتُهُ ، قَالَ : كَانَ يُصَلِّي الظُّهْرَ حِينَ تَزُولُ الشَّمْسُ ، وَالْعَصْرَ يَذْهَبُ الرَّجُلُ إِلَى أَقْصَى الْمَدِينَةِ وَالشَّمْسُ حَيَّةٌ ، وَالْمَغْرِبَ لاَ أَدْرِي أَيَّ حِينٍ ذَكَرَ . ثُمَّ لَقِيتُهُ بَعْدُ فَسَأَلْتُهُ ، فَقَالَ : وَكَانَ يُصَلِّي الصُّبْحَ فَيَنْصَرِفُ الرَّجُلُ فَيَنْظُرُ إِلَى وَجْهِ جَلِيسِهِ الَّذِي يَعْرِفُهُ فَيَعْرِفُهُ . قَالَ وَكَانَ يَقْرَأُ فِيهَا بِالسِّتِّينَ إِلَى الْمِائَةِ.

“Rəvayət edilir ki, Səyyar ibn Sələmə ﵀ demişdir: “Mən atamın Əbu Bərzədən Allah Elçisinin ﷺ namazı haqda soruşduğunu eşitdim”. Mən dedim: “Sən bunu ondan eşitmisən?” O dedi: “Səni eşitdiyim kimi onu da eşitmişəm”. O dedi: “Atam Allah Elçisinin ﷺ namazı haqda soruşmuşdu”. O dedi: “Peyğəmbər ﷺ İşa namazını gecənin yarısına qədər uzadardı. Həmçinin İşadan qabaq yatmağı və İşadan sonra danışmağı xoşlamazdı”. Hədisin ravilərindən biri Şöbə dedi: “Bundan sonra onu gördüm və soruşdum. O dedi: “Zöhr namazını günəşin ən hündür yerindən batmağa doğru meyl etdikdən sonra qılardı. Əsr namazını bir kişi Mədinənin ən ucqar yerinə çatdıqda günəş hələ parlaq olanda qılardı. Məğrib haqda nə dediyini bilmirəm”. Bundan sonra onu gördüm və soruşdum. O dedi: “Sübh namazını bir kişi namazdan sonra yanında oturan dostunun kim olduğunu bildiyi vaxtda qılardı. Namazda yetmişdən yüzə qədər ayə oxuyardı”.”

Səyyar ibn Sələmə
SəhihNəsəi, 495 (Vaxtlar, 2)

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ قَالَ : أَخْبَرَنِي أَنَسٌ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ حِينَ زَاغَتِ الشَّمْسُ فَصَلَّى بِهِمْ صَلاَةَ الظُّهْرِ.

“Rəvayət edilir ki, əz-Zuhri ﵀ demişdir: “Ənəs mənə xəbər verdi ki, Allah Elçisi ﷺ günəş zeniti keçdiyi zaman çıxdı və Zöhr namazını qıldırdı”.”

əz-Zuhri
SəhihNəsəi, 496 (Vaxtlar, 3)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، حَدَّثَنَا حُمَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا زُهَيْرٌ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ سَعِيدِ بْنِ وَهْبٍ ، عَنْ خَبَّابٍ قَالَ : شَكَوْنَا إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَرَّ الرَّمْضَاءِ فَلَمْ يُشْكِنَا قِيلَ لأَبِي إِسْحَاقَ فِي تَعْجِيلِهَا ؟ قَالَ : نَعَمْ.

“Rəvayət edilir ki, Xabbab ﵁ demişdir: “Biz Allah Elçisinə ﷺ günəşin qızmar istisindən şikayət etdik”. Hədisin ravilərindən biri Əbu İshaqa deyildi: “Bu, (Zöhrün) gecikdirilməsi üçün idi?” O da: “Bəli”- dedi”.”

Xabbab
SəhihNəsəi, 497 (Vaxtlar, 4)

Fəsil 3

Səfərdə Zöhr namazını tezləşdirmək

بَابُ تَعْجِيلِ الظُّهْرِ فِي السَّفَرِ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ شُعْبَةَ قَالَ : حَدَّثَنِي حَمْزَةُ الْعَائِذِيُّ قَالَ : سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا نَزَلَ مَنْزِلاً لَمْ يَرْتَحِلْ مِنْهُ حَتَّى يُصَلِّيَ الظُّهْرَ فَقَالَ رَجُلٌ : وَإِنْ كَانَتْ بِنِصْفِ النَّهَارِ ؟ قَالَ : وَإِنْ كَانَتْ بِنِصْفِ النَّهَارِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ bir yerdə məskunlaşdıqda Zöhr namazını qılmadıqca oradan tərpənməzdi”. Bir kişi dedi: “Hətta günün yarısı keçsə belə?” O dedi: “Hətta günün yarısı keçsə belə”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 498 (Vaxtlar, 5)

Fəsil 4

Soyuq olduqda Zöhr namazını tezləşdirmək

تَعْجِيلُ الظُّهْرِ فِي الْبَرْدِ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو سَعِيدٍ مَوْلَى بَنِي هَاشِمٍ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ دِينَارٍ أَبُو خَلْدَةَ قَالَ : سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا كَانَ الْحَرُّ أَبْرَدَ بِالصَّلاَةِ ، وَإِذَا كَانَ الْبَرْدُ عَجَّلَ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ qızmar isti (günlərdə) namazı gecikdirər, soyuq (günlərdə) isə tezləşdirərdi”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 499 (Vaxtlar, 6)

Fəsil 5

Qızmar isti olduqda Zöhr namazını gecikdirmək

الإِبْرَادُ بِالظُّهْرِ إِذَا اشْتَدَّ الْحَرُّ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنِ ابْنِ الْمُسَيَّبِ وَأَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا اشْتَدَّ الْحَرُّ فَأَبْرِدُوا عَنِ الصَّلاَةِ ؛ فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Şiddətli isti olduqda sərin düşənədək namazı təxirə salın, çünki şiddətli isti Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Hureyra
SəhihNəsəi, 500 (Vaxtlar, 7)

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصٍ ، قَالَ : حَدَّثَنَا أَبِي وَأَنْبَأَنَا إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ مَعِينٍ ، قَالَ : حَدَّثَنَا حَفْصٌ وَأَنْبَأَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصِ بْنِ غِيَاثٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنِ الْحَسَنِ بْنِ عُبَيْدِ اللهِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ يَزِيدَ بْنِ أَوْسٍ ، عَنْ ثَابِتِ بْنِ قَيْسٍ ، عَنْ أَبِي مُوسَى يَرْفَعُهُ قَالَ : أَبْرِدُوا بِالظُّهْرِ ، فَإِنَّ الَّذِي تَجِدُونَ مِنَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ.

“Əbu Musadan ﵁ mərfu olaraq rəvayət edilmişdir: “Zöhr namazını gecikdirin! Həqiqətən, istinin şiddəti Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Musa
SəhihNəsəi, 501 (Vaxtlar, 8)

Fəsil 6

Zöhr namazının axır vaxtı

آخِرُ وَقْتِ الظُّهْرِ

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : أَنْبَأَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : هَذَا جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ جَاءَكُمْ يُعَلِّمُكُمْ دِينَكُمْ ، فَصَلَّى الصُّبْحَ حِينَ طَلَعَ الْفَجْرُ ، وَصَلَّى الظُّهْرَ حِينَ زَاغَتِ الشَّمْسُ ، ثُمَّ صَلَّى الْعَصْرَ حِينَ رَأَى الظِّلَّ مِثْلَهُ ، ثُمَّ صَلَّى الْمَغْرِبَ حِينَ غَرَبَتِ الشَّمْسُ وَحَلَّ فِطْرُ الصَّائِمِ ، ثُمَّ صَلَّى الْعِشَاءَ حِينَ ذَهَبَ شَفَقُ اللَّيْلِ , ثُمَّ جَاءَهُ الْغَدَ فَصَلَّى بِهِ الصُّبْحَ حِينَ أَسْفَرَ قَلِيلاً ، ثُمَّ صَلَّى بِهِ الظُّهْرَ حِينَ كَانَ الظِّلُّ مِثْلَهُ ، ثُمَّ صَلَّى الْعَصْرَ حِينَ كَانَ الظِّلُّ مِثْلَيْهِ ، ثُمَّ صَلَّى الْمَغْرِبَ بِوَقْتٍ وَاحِدٍ حِينَ غَرَبَتِ الشَّمْسُ وَحَلَّ فِطْرُ الصَّائِمِ ، ثُمَّ صَلَّى الْعِشَاءَ حِينَ ذَهَبَ سَاعَةٌ مِنَ اللَّيْلِ ، ثُمَّ قَالَ : الصَّلاَةُ مَا بَيْنَ صَلاَتِكَ أَمْسِ وَصَلاَتِكَ الْيَوْمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bu, Cəbrail ﵇ idi, sizin yanınıza dininizi öyrətməyə gəlmişdi. O, fəcr doğana yaxın Sübh namazını qıldı. Günəş zenitdən aşağı düşdükdə Zöhr namazını qıldı. Sonra kölgə insanın misli qədər olduqda Əsr namazını qıldı. Sonra günəş batdıqda və oruc tutan iftar etdikdə Məğrib namazını qıldı. Sonra gecənin şəfəqi getdikdə İşa namazını qıldı. Səhərisi gün gəlib havanın sarımtıl olan vaxtında, hava işıqlaşanda Sübh namazını qıldı. Sonra kölgə insanın özü boyda olduqda Zöhr namazını qıldı. Sonra kölgə insanın iki misli qədər olduqda Əsr namazını qıldı. Sonra günəş batanda - eyni vaxtda və oruc tutanın iftar etdiyi vaxtda Məğrib namazını qıldı. Sonra gecənin bir saatı keçdikdə İşa namazını qıldı və dedi: “Namaz vaxtı sənin dünən və bu gün qıldığın namazların arasındadır”.”

Əbu Hureyra
HəsənNəsəi, 502 (Vaxtlar, 9)

أَخْبَرَنَا أَبُو عَبْدِ الرَّحْمَنِ عَبْدُ اللهِ بْنُ مُحَمَّدٍ الأَذْرَمِيُّ ، قَالَ : حَدَّثَنَا عَبِيدَةُ بْنُ حُمَيْدٍ ، عَنْ أَبِي مَالِكٍ الأَشْجَعِيِّ سَعْدِ بْنِ طَارِقٍ ، عَنْ كَثِيرِ بْنِ مُدْرِكٍ ، عَنِ الأَسْوَدِ بْنِ يَزِيدَ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ قَالَ : كَانَ قَدْرُ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ فِي الصَّيْفِ ثَلاَثَةَ أَقْدَامٍ إِلَى خَمْسَةِ أَقْدَامٍ ، وَفِي الشِّتَاءِ خَمْسَةَ أَقْدَامٍ إِلَى سَبْعَةِ أَقْدَامٍ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ (Zöhr namazını) yayda kölgə üç-beş addım uzandıqda, qışda isə kölgə beş-yeddi addım uzandıqda qılardı”.”

Abdullah ibn Məsud
SəhihNəsəi, 503 (Vaxtlar, 10)

Fəsil 7

Əsr namazının ilk vaxtı

أَوَّلُ وَقْتِ الْعَصْرِ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا ثَوْرٌ ، حَدَّثَنِي سُلَيْمَانُ بْنُ مُوسَى ، عَنْ عَطَاءِ بْنِ أَبِي رَبَاحٍ ، عَنْ جَابِرٍ قَالَ : سَأَلَ رَجُلٌ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ مَوَاقِيتِ الصَّلاَةِ ؟ فَقَالَ : صَلِّ مَعِي . فَصَلَّى الظُّهْرَ حِينَ زَاغَتِ الشَّمْسُ ، وَالْعَصْرَ حِينَ كَانَ فَيْءُ كُلِّ شَيْءٍ مِثْلَهُ ، وَالْمَغْرِبَ حِينَ غَابَتِ الشَّمْسُ ، وَالْعِشَاءَ حِينَ غَابَ الشَّفَقُ . قَالَ : ثُمَّ صَلَّى الظُّهْرَ حِينَ كَانَ فَيْءُ الإِنْسَانِ مِثْلَهُ ، وَالْعَصْرَ حِينَ كَانَ فَيْءُ الإِنْسَانِ مِثْلَيْهِ ، وَالْمَغْرِبَ حِينَ كَانَ قُبَيْلَ غَيْبُوبَةِ الشَّفَقِ . - قَالَ عَبْدُ اللهِ بْنُ الْحَارِثِ - ثُمَّ قَالَ : فِي الْعِشَاءِ : أُرَى إِلَى ثُلُثِ اللَّيْلِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Bir kişi Allah Elçisindən ﷺ namaz vaxtları haqda soruşdu. Peyğəmbər ﷺ dedi: “Mənimlə namaz qıl!” O, Zöhr namazını günəş zenitdən batmağa doğru meyl etdikdən sonra qıldı. Əsr namazını hər şeyin kölgəsi özü boyda olduqda qıldı. Məğrib namazını günəş batdıqda qıldı. İşa namazını şəfəq itdikdə qıldı. Sonra Zöhr namazını kölgə insanın özü boyda olanda qıldı və Əsr namazını da kölgə insanın özü boyda olanda qıldı. Məğrib namazını şəfəqin ilk vaxtında qıldı”. Hədisin ravilərindən biri Abdullah ibn əl-Haris dedi: “Sonra dedi: “İşa namazını gecənin üçdə birində qıldı”.”

Cabir
SəhihNəsəi, 504 (Vaxtlar, 11)

Fəsil 8

Əsr namazını tezləşdirmək

تَعْجِيلُ الْعَصْرِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى صَلاَةَ الْعَصْرِ وَالشَّمْسُ فِي حُجْرَتِهَا لَمْ يَظْهَرِ الْفَيْءُ مِنْ حُجْرَتِهَا.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ günəş onun otağına düşərək otağa kölgə salmamış Əsr namazını qıldı.”

Aişə
SəhihNəsəi, 505 (Vaxtlar, 12)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ مَالِكٍ قَالَ : حَدَّثَنِي الزُّهْرِيُّ وَإِسْحَاقُ بْنُ عَبْدِ اللهِ ، عَنْ أَنَسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّي الْعَصْرَ ، ثُمَّ يَذْهَبُ الذَّاهِبُ إِلَى قُبَاءٍ فَقَالَ أَحَدُهُمَا : فَيَأْتِيهِمْ وَهُمْ يُصَلُّونَ . وَقَالَ الآخَرُ : وَالشَّمْسُ مُرْتَفِعَةٌ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ Əsr namazını elə bir vaxt qılardı ki, Əsr namazından sonra Qubəyə getmək istəyən oraya gedib gələrdi”. Hədisin ravilərindən birinin sözünə görə: “Onlar hələ namazda olanda gedib gələrdi”. Başqa ravi isə belə demişdir: “Günəş hələ yüksəklikdə olarkən gedib gələrdi”.”

Ənəs
SəhihNəsəi, 506 (Vaxtlar, 13)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّهُ أَخْبَرَهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّي الْعَصْرَ وَالشَّمْسُ مُرْتَفِعَةٌ حَيَّةٌ ، وَيَذْهَبُ الذَّاهِبُ إِلَى الْعَوَالِي وَالشَّمْسُ مُرْتَفِعَةٌ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ günəş yüksəkdə ikən Əsr namazını qılardı. Bu əsnada bir kimsə günəş yüksəkdə ikən “əl-Avali” adlı yerə gedərdi.”

Ənəs ibn Malik
SəhihNəsəi, 507 (Vaxtlar, 14)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ رِبْعِيِّ بْنِ حِرَاشٍ ، عَنْ أَبِي الأَبْيَضِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي بِنَا الْعَصْرَ وَالشَّمْسُ بَيْضَاءُ مُحَلِّقَةٌ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ günəş ağappaq və yüksəkdə ikən bizə Əsr namazını qıldırdı”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 508 (Vaxtlar, 15)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ أَبِي بَكْرِ بْنِ عُثْمَانَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ قَالَ : سَمِعْتُ أَبَا أُمَامَةَ بْنَ سَهْلٍ يَقُولُ : صَلَّيْنَا مَعَ عُمَرَ بْنِ عَبْدِ الْعَزِيزِ الظُّهْرَ ، ثُمَّ خَرَجْنَا حَتَّى دَخَلْنَا عَلَى أَنَسِ بْنِ مَالِكٍ فَوَجَدْنَاهُ يُصَلِّي الْعَصْرَ قُلْتُ : يَا عَمِّ ، مَا هَذِهِ الصَّلاَةُ الَّتِي صَلَّيْتَ ؟ قَالَ : الْعَصْرَ ، وَهَذِهِ صَلاَةُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الَّتِي كُنَّا نُصَلِّي.

“Rəvayət edilir ki, Əbu Umamə ibn Səhl ﵀ demişdir: ”Ömər ibn Abdul-Əziz ilə birlikdə Zöhr namazını qıldıq. Sonra çıxıb Ənəs ibn Malikin yanına gəldik və onun Əsr namazını qıldığını gördük. Mən dedim: “Ey əmi, bu qıldığın hansı namazdır?” O dedi: “Əsr namazıdır. Bu, Allah Elçisi ﷺ ilə birlikdə qıldığımız namaz idi”.”

Əbu Umamə ibn Səhl
SəhihNəsəi, 509 (Vaxtlar, 16)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا أَبُو عَلْقَمَةَ الْمَدَنِيُّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ قَالَ : صَلَّيْنَا فِي زَمَانِ عُمَرَ بْنِ عَبْدِ الْعَزِيزِ ، ثُمَّ انْصَرَفْنَا إِلَى أَنَسِ بْنِ مَالِكٍ فَوَجَدْنَاهُ يُصَلِّي ، فَلَمَّا انْصَرَفَ قَالَ لَنَا : صَلَّيْتُمْ ؟ قُلْنَا : صَلَّيْنَا الظُّهْرَ . قَالَ : إِنِّي صَلَّيْتُ الْعَصْرَ . فَقَوَّلُوا لَهُ : عَجَّلْتَ . فَقَالَ : إِنَّمَا أُصَلِّي كَمَا رَأَيْتُ أَصْحَابِي يُصَلُّونَ.

“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ demişdir: “Biz Ömər ibn Abdul-Əzizin dövründə namaz qılıb Ənəs ibn Malikin yanına gəldik. O, namaz qılırdı. Namazı bitirdikdən sonra bizə dedi: “Siz namaz qılmısınızmı?” Biz dedik: “Biz Zöhr namazını qılmışıq”. O dedi: “Mən isə Əsr namazını qıldım”. Biz ona dedik: “Sən namazı tez qılmısan”. O dedi: “Həqiqətən, mən səhabələr necə namaz qılırdılarsa, elə qılmışam”.”

Əbu Sələmə
HəsənNəsəi, 510 (Vaxtlar, 17)

Fəsil 9

Əsr namazını gecikdirmək

بَابُ التَّشْدِيدِ فِي تَأْخِيرِ الْعَصْرِ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرِ بْنُ إِيَاسِ بْنِ مُقَاتِلِ بْنِ مُشَمْرِجِ بْنِ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، قَالَ : حَدَّثَنَا الْعَلاَءُ أَنَّهُ دَخَلَ عَلَى أَنَسِ بْنِ مَالِكٍ فِي دَارِهِ بِالْبَصْرَةِ حِينَ انْصَرَفَ مِنَ الظُّهْرِ وَدَارُهُ بِجَنْبِ الْمَسْجِدِ ، فَلَمَّا دَخَلْنَا عَلَيْهِ قَالَ : أَصَلَّيْتُمُ الْعَصْرَ ؟ قُلْنَا : لاَ . إِنَّمَا انْصَرَفْنَا السَّاعَةَ مِنَ الظُّهْرِ . قَالَ : فَصَلُّوا الْعَصْرَ . قَالَ : فَقُمْنَا فَصَلَّيْنَا ، فَلَمَّا انْصَرَفْنَا قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : تِلْكَ صَلاَةُ الْمُنَافِقِ : جَلَسَ يَرْقُبُ صَلاَةَ الْعَصْرِ حَتَّى إِذَا كَانَتْ بَيْنَ قَرْنَيِ الشَّيْطَانِ قَامَ فَنَقَرَ أَرْبَعًا لاَ يَذْكُرُ اللَّهَ عَزَّ وَجَلَّ فِيهَا إِلاَّ قَلِيلاً

“Rəvayət edilir ki, əl-Aləi ﵀ Ənəs ibn Malikin ﵁ Bəsrədə olan evinə gəldikdə Ənəs Zöhr namazını qılırdı. Onun evi məscidin divarına yaxın idi. Biz onun yanına gəldikdə o dedi: “Siz Əsr namazını qılmısınızmı?” Biz dedik: “Xeyr, biz bir saat olar Zöhr namazını qılmışıq”. O dedi: “Əsr namazını qılın!” Biz qalxıb Əsr namazını qıldıq. Namazı qılıb qurtardıqdan sonra Ənəs dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Bu, münafiqin namazıdır. Oturub Əsr namazını o qədər gecikdirər ki, günəş şeytanın buynuzları arasında olanda qalxıb dörd rükət qılar. Bu dörd rükətdə də Allahı ﷿ az zikr edər”.”

əl-Aləi
SəhihNəsəi, 511 (Vaxtlar, 18)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : الَّذِي تَفُوتُهُ صَلاَةُ الْعَصْرِ فَكَأَنَّمَا وُتِرَ أَهْلَهُ وَمَالَهُ.

“Səlim atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əsr namazını ötürən, sanki ailəsini və malını itirən kimsə kimidir”.”

Səlim atasından
SəhihNəsəi, 512 (Vaxtlar, 19)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : الَّذِي تَفُوتُهُ صَلاَةُ الْعَصْرِ فَكَأَنَّمَا وُتِرَ أَهْلَهُ وَمَالَهُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əsr namazını keçirən, sanki ailəsini və malını itirən kimsə kimidir”.”

İbn Ömər
SəhihNəsəi, 512m (Vaxtlar, 19m)

Fəsil 10

Əsr namazının son vaxtı

آخِرُ وَقْتِ الْعَصْرِ

أَخْبَرَنَا يُوسُفُ بْنُ وَاضِحٍ ، قَالَ : حَدَّثَنَا قُدَامَةُ ، يَعْنِي ابْنَ شِهَابٍ ، عَنْ بُرْدٍ ، عَنْ عَطَاءِ بْنِ أَبِي رَبَاحٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ جِبْرِيلَ أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَلِّمُهُ مَوَاقِيتَ الصَّلاَةِ ، فَتَقَدَّمَ جِبْرِيلُ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَلْفَهُ ، وَالنَّاسُ خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَصَلَّى الظُّهْرَ حِينَ زَالَتِ الشَّمْسُ ، وَأَتَاهُ حِينَ كَانَ الظِّلُّ مِثْلَ شَخْصِهِ فَصَنَعَ كَمَا صَنَعَ ، فَتَقَدَّمَ جِبْرِيلُ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَلْفَهُ ، وَالنَّاسُ خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى الْعَصْرَ ، ثُمَّ أَتَاهُ حِينَ وَجَبَتِ الشَّمْسُ فَتَقَدَّمَ جِبْرِيلُ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَلْفَهُ ، وَالنَّاسُ خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى الْمَغْرِبَ ، ثُمَّ أَتَاهُ حِينَ غَابَ الشَّفَقُ فَتَقَدَّمَ جِبْرِيلُ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَلْفَهُ ، وَالنَّاسُ خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى الْعِشَاءَ ، ثُمَّ أَتَاهُ حِينَ انْشَقَّ الْفَجْرُ فَتَقَدَّمَ جِبْرِيلُ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَلْفَهُ ، وَالنَّاسُ خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى الْغَدَاةَ ، ثُمَّ أَتَاهُ الْيَوْمَ الثَّانِيَ حِينَ كَانَ ظِلُّ الرَّجُلِ مِثْلَ شَخْصِهِ فَصَنَعَ مِثْلَ مَا صَنَعَ بِالأَمْسِ فَصَلَّى الظُّهْرَ ، ثُمَّ أَتَاهُ حِينَ كَانَ ظِلُّ الرَّجُلِ مِثْلَ شَخْصَيْهِ فَصَنَعَ كَمَا صَنَعَ بِالأَمْسِ فَصَلَّى الْعَصْرَ ، ثُمَّ أَتَاهُ حِينَ وَجَبَتِ الشَّمْسُ فَصَنَعَ كَمَا صَنَعَ بِالأَمْسِ فَصَلَّى الْمَغْرِبَ ، فَنِمْنَا ثُمَّ قُمْنَا ، ثُمَّ نِمْنَا ثُمَّ قُمْنَا ، فَأَتَاهُ فَصَنَعَ كَمَا صَنَعَ بِالأَمْسِ فَصَلَّى الْعِشَاءَ ، ثُمَّ أَتَاهُ حِينَ امْتَدَّ الْفَجْرُ وَأَصْبَحَ وَالنُّجُومُ بَادِيَةٌ مُشْتَبِكَةٌ فَصَنَعَ كَمَا صَنَعَ بِالأَمْسِ فَصَلَّى الْغَدَاةَ ، ثُمَّ قَالَ : مَا بَيْنَ هَاتَيْنِ الصَّلاَتَيْنِ وَقْتٌ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Cəbrail namaz vaxtlarını öyrətmək üçün Peyğəmbərin ﷺ yanına gəldi. Cəbrail öndə, onun arxasında Allah Elçisi ﷺ, insanlar da Allah Elçisinin ﷺ arxasında durub günəş zenitdən aşağı meyl etdikdə Zöhr namazını qıldılar. Günəş bir kişinin kölgəsi özü boyda olduqda Cəbrail gəlib əvvəl etdiyi kimi etdi. Cəbrail öndə, Allah Elçisi ﷺ onun arxasında, insanlar da Allah Elçisinin ﷺ arxasında Əsr namazını qıldılar. Sonra günəş batdıqda Cəbrail gəldi. Cəbrail öndə, Allah Elçisi ﷺ onun arxasında, insanlar da Allah Elçisinin ﷺ arxasında Məğrib namazını qıldılar. Sonra şəfəq itdikdə Cəbrail gəlib öndə, Allah Elçisi ﷺ onun arxasında, insanlar da Allah Elçisinin ﷺ arxasında İşa namazını qıldılar. Sonra o, dan yeri parçalandıqda gəlib öndə durdu. Allah Elçisi ﷺ onun arxasında, insanlar da Allah Elçisinin ﷺ arxasında durub Sübh namazını qıldılar. Sonra ikinci gün bir kişinin kölgəsi özü boyda olduqda gəlib axşam etdiklərini etdi və Zöhr namazını qıldı. Sonra bir kişinin kölgəsi özünün iki misli qədər olduqda gəlib dünən etdiklərini təkrar edərək Əsr namazını qıldı. Sonra günəş batdıqda dünən etdiklərini edib Məğrib namazını qıldı. Sonra yatıb durduq, sonra yenə yatıb durduq. Sonra gələrək dünən etdiklərini etdi və İşa namazını qıldı. Sonra dan yeri sökülürdü və səhər açılırdı. Ulduzlar isə hələ də görsənirdi. Dünən etdiyi kimi etdi və Sübh namazını qıldı, sonra isə dedi: “Namazların vaxtları bu iki vaxt arasındadır”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 513 (Vaxtlar, 20)

Fəsil 11

Günəş batmamış Əsr namazının iki rükətinə yetişən kimsə

مَنْ أَدْرَكَ رَكْعَتَيْنِ مِنَ الْعَصْرِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مُعْتَمِرٌ قَالَ : سَمِعْتُ مَعْمَرًا ، عَنْ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ أَدْرَكَ رَكْعَتَيْنِ مِنْ صَلاَةِ الْعَصْرِ قَبْلَ أَنْ تَغْرُبَ الشَّمْسُ أَوْ رَكْعَةً مِنْ صَلاَةِ الصُّبْحِ قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ فَقَدْ أَدْرَكَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim günəş batmamışdan öncə Əsr namazının iki rükətinə və ya günəş doğmamışdan öncə Sübh namazının bir rükətinə yetişərsə, artıq, namaza çatmış sayılar”.”

Əbu Hureyra
SəhihNəsəi, 514 (Vaxtlar, 21)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مُعْتَمِرٌ قَالَ : سَمِعْتُ مَعْمَرًا ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ أَدْرَكَ رَكْعَةً مِنْ صَلاَةِ الْعَصْرِ قَبْلَ أَنْ تَغِيبَ الشَّمْسُ ، أَوْ أَدْرَكَ رَكْعَةً مِنَ الْفَجْرِ قَبْلَ طُلُوعِ الشَّمْسِ فَقَدْ أَدْرَكَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim günəş batmamışdan öncə Əsr namazının bir rükətinə və ya günəş doğmamışdan öncə Sübh namazının bir rükətinə yetişərsə, artıq, namaza çatmış sayılar”.”

Əbu Hureyra
SəhihNəsəi, 515 (Vaxtlar, 22)

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ دُكَيْنٍ ، قَالَ : حَدَّثَنَا شَيْبَانُ ، عَنْ يَحْيَى ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا أَدْرَكَ أَحَدُكُمْ أَوَّلَ سَجْدَةٍ مِنْ صَلاَةِ الْعَصْرِ قَبْلَ أَنْ تَغْرُبَ الشَّمْسُ فَلْيُتِمَّ صَلاَتَهُ ، وَإِذَا أَدْرَكَ أَوَّلَ سَجْدَةٍ مِنْ صَلاَةِ الصُّبْحِ قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ فَلْيُتِمَّ صَلاَتَهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biriniz günəş batmamışdan qabaq Əsr namazının ilk səcdəsinə çatarsa, qoy namazını tamamlasın. Sizdən biriniz günəş çıxmamışdan qabaq Sübh namazının ilk səcdəsinə çatarsa, qoy namazını tamamlasın”.”

Əbu Hureyra
SəhihNəsəi, 516 (Vaxtlar, 23)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، وَعَنْ بُسْرِ بْنِ سَعِيدٍ ، وَعَنْ الأَعْرَجِ يُحَدِّثُونَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ أَدْرَكَ رَكْعَةً مِنْ صَلاَةِ الصُّبْحِ قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ فَقَدْ أَدْرَكَ الصُّبْحَ ، وَمَنْ أَدْرَكَ رَكْعَةً مِنَ الْعَصْرِ قَبْلَ أَنْ تَغْرُبَ الشَّمْسُ فَقَدْ أَدْرَكَ الْعَصْرَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim günəş doğmadan Sübh namazının bir rükətini qılsa, Sübh namazına çatmış olar. Kim də günəş batmadan Əsr namazının bir rükətini qılsa, Əsr namazına çatmış olar”.”

Əbu Hureyra
SəhihNəsəi, 517 (Vaxtlar, 24)

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ عَامِرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ نَصْرِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ جَدِّهِ مُعَاذٍ ، أَنَّهُ طَافَ مَعَ مُعَاذِ ابْنِ عَفْرَاءَ فَلَمْ يُصَلِّ . فَقَلْتُ : أَلاَ تُصَلِّي ؟ فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ صَلاَةَ بَعْدَ الْعَصْرِ حَتَّى تَغِيبَ الشَّمْسُ ، وَلاَ بَعْدَ الصُّبْحِ حَتَّى تَطْلُعَ الشَّمْسُ.

“Nasr ibn Abdur-Rahmən babası Muazdan ﵀ rəvayət edir ki, o, Muaz ibn Afra ilə Kəbəni təvaf etdi, lakin namaz qılmadı. Mən ona dedim: “Sən namaz qılmadın?” O dedi: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Əsr namazından sonra günəş batana qədər, Sübh namazından sonra da günəş çıxana qədər namaz yoxdur”.”

Muaz
ZəifNəsəi, 518 (Vaxtlar, 25)

Fəsil 12

Məğrib namazının ilk vaxtı

أَوَّلُ وَقْتِ الْمَغْرِبِ

أَخْبَرَنِي عَمْرُو بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنَا مَخْلَدُ بْنُ يَزِيدَ ، عَنْ سُفْيَانَ الثَّوْرِيِّ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ قَالَ : جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَأَلَهُ عَنْ وَقْتِ الصَّلاَةِ ؟ فَقَالَ : أَقِمْ مَعَنَا هَذَيْنِ الْيَوْمَيْنِ ، فَأَمَرَ بِلاَلاً فَأَقَامَ عِنْدَ الْفَجْرِ ، فَصَلَّى الْفَجْرَ ، ثُمَّ أَمَرَهُ حِينَ زَالَتِ الشَّمْسُ فَصَلَّى الظُّهْرَ ، ثُمَّ أَمَرَهُ حِينَ رَأَى الشَّمْسَ بَيْضَاءَ فَأَقَامَ الْعَصْرَ ، ثُمَّ أَمَرَهُ حِينَ وَقَعَ حَاجِبُ الشَّمْسِ فَأَقَامَ الْمَغْرِبَ ، ثُمَّ أَمَرَهُ حِينَ غَابَ الشَّفَقُ فَأَقَامَ الْعِشَاءَ ، ثُمَّ أَمَرَهُ مِنَ الْغَدِ فَنَوَّرَ بِالْفَجْرِ ، ثُمَّ أَبْرَدَ بِالظُّهْرِ وَأَنْعَمَ أَنْ يُبْرِدَ ، ثُمَّ صَلَّى الْعَصْرَ وَالشَّمْسُ بَيْضَاءُ وَأَخَّرَ عَنْ ذَلِكَ ، ثُمَّ صَلَّى الْمَغْرِبَ قَبْلَ أَنْ يَغِيبَ الشَّفَقُ ، ثُمَّ أَمَرَهُ فَأَقَامَ الْعِشَاءَ حِينَ ذَهَبَ ثُلُثُ اللَّيْلِ فَصَلاَّهَا ، ثُمَّ قَالَ : أَيْنَ السَّائِلُ عَنْ وَقْتِ الصَّلاَةِ ؟ وَقْتُ صَلاَتِكُمْ مَا بَيْنَ مَا رَأَيْتُمْ.

“Süleyman ibn Bureydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib namazın vaxtları haqqında soruşdu. Peyğəmbər ﷺ ona: “Bizimlə iki gün qal”- dedi. Allah Elçisi ﷺ sübh vaxtı Bilala iqamə deməsini əmr etdi və Sübh namazını qıldı. Sonra günəş zenitdən keçdikdə Zöhr namazını qıldı. Sonra günəş ağappaq olduqda Əsr namazını qıldı. Sonra günəş batdıqda Məğrib namazını qıldı. Sonra şəfəq batdıqda İşanı qıldı. Sonra səhər vaxtı hava açıldıqda Sübh namazını qıldı. Sonra Zöhrü gecikdirdi, sonra günəş ağappaq olduqda Əsr namazını bir az gecikdirdi. Sonra şəfəq itdikdə Məğrib namazını qıldı. Sonra İşa namazını gecənin üçdə biri qurtardıqda qıldı və dedi: “Namazın vaxtları haqda sual verən haradadır? Bu iki vaxt arasında olan müddət sizin namaz vaxtlarınızdır”.”

Süleyman ibn Bureydə atasından
SəhihNəsəi, 519 (Vaxtlar, 26)

Fəsil 13

Məğrib namazını tezləşdirmək

تَعْجِيلُ الْمَغْرِبِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي بِشْرٍ قَالَ : سَمِعْتُ حَسَّانَ بْنَ بِلاَلٍ ، عَنْ رَجُلٍ مِنْ أَسْلَمَ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّهُمْ كَانُوا يُصَلُّونَ مَعَ نَبِيِّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمَغْرِبَ ، ثُمَّ يَرْجِعُونَ إِلَى أَهَالِيهِمْ إِلَى أَقْصَى الْمَدِينَةِ يَرْمُونَ وَيُبْصِرُونَ مَوَاقِعَ سِهَامِهِمْ.

“Həssən ibn Bilal ﵀ rəvayət edir ki, Əsləm tayfasından və Peyğəmbərin ﷺ səhabələrindən olan bir kişi rəvayət edir ki, Peyğəmbərlə ﷺ birlikdə Məğrib namazını qılar, sonra Mədinənin ən uzaq yerinə gedər və bu əsnada ox ilə vura biləcəkləri hədəfi görə bilərdilər.”

Həssən ibn Bilal
SəhihNəsəi, 520 (Vaxtlar, 27)

Fəsil 14

Məğrib namazını gecikdirmək

تَأْخِيرُ الْمَغْرِبِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ خَيْرِ بْنِ نُعَيْمٍ الْحَضْرَمِيِّ ، عَنْ ابْنِ هُبَيْرَةَ ، عَنْ أَبِي تَمِيمٍ الْجَيْشَانِيِّ ، عَنْ أَبِي بَصْرَةَ الْغِفَارِيِّ قَالَ : صَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعَصْرَ بِالْمُخَمَّصِ قَالَ : إِنَّ هَذِهِ الصَّلاَةَ عُرِضَتْ عَلَى مَنْ كَانَ قَبْلَكُمْ فَضَيَّعُوهَا ، وَمَنْ حَافَظَ عَلَيْهَا كَانَ لَهُ أَجْرُهُ مَرَّتَيْنِ ، وَلاَ صَلاَةَ بَعْدَهَا حَتَّى يَطْلُعَ الشَّاهِدُ ، وَالشَّاهِدُ : النَّجْمُ.

“Rəvayət edilir ki, Əbu Bəsra əl-Ğifari ﵁ demişdir: “Biz Muxamməs deyilən yerdə Allah Elçisi ﷺ ilə birlikdə Əsr namazını qıldıq. O dedi: “Bu namaz sizdən əvvəlki (ümmətlərə) verildi, lakin onlar onu zay etdilər. Kim onu qoruyarsa (vaxtında qılarsa), onun mükafatı ikiqat olar. Bundan sonra şahid çıxmayana qədər namaz yoxdur. Şahid isə ulduzdur”.”

Əbu Bəsra əl-Ğifari
SəhihNəsəi, 521 (Vaxtlar, 28)

Fəsil 15

Məğrib namazının son vaxtı

آخِرُ وَقْتِ الْمَغْرِبِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ قَالَ : سَمِعْتُ أَبَا أَيُّوبَ الأَزْدِيَّ يُحَدِّثُ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ : شُعْبَةُ : كَانَ قَتَادَةُ - يَرْفَعُهُ أَحْيَانًا ، وَأَحْيَانًا لاَ يَرْفَعُهُ - قَالَ : وَقْتُ صَلاَةِ الظُّهْرِ مَا لَمْ يَحْضرِ الْعَصْرُ ، وَوَقْتُ صَلاَةِ الْعَصْرِ مَا لَمْ تَصْفَرَّ الشَّمْسُ ، وَوَقْتُ الْمَغْرِبِ مَا لَمْ يَسْقُطْ ثَوْرُ الشَّفَقِ ، وَوَقْتُ الْعِشَاءِ مَا لَمْ يَنْتَصِفِ اللَّيْلُ ، وَوَقْتُ الصُّبْحِ مَا لَمْ تَطْلُعِ الشَّمْسُ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Şöbə dedi: “Qatədə bunu hərdən Peyğəmbərə ﷺ nisbət edərək, hərdən də nisbət etməyərək deyərdi: “Zöhr namazının vaxtı Əsr gələnə qədərdir. Əsr namazının vaxtı günəş saralmamışa qədərdir. Məğrib namazının vaxtı şəfəq tam itməmişə qədərdir. İşa namazının vaxtı gecənin yarısına qədərdir. Sübh namazının vaxtı günəş doğmamışa qədərdir”.”

Abdullah ibn Amr
SəhihNəsəi, 522 (Vaxtlar, 29)

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ اللهِ ، وَأَحْمَدُ بْنُ سُلَيْمَانَ وَاللَّفْظُ لَهُ قَالاَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، عَنْ بَدْرِ بْنِ عُثْمَانَ قَالَ إِمْلاَءً عَلَيَّ : حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي مُوسَى ، عَنْ أَبِيهِ قَالَ : أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَائِلٌ يَسْأَلُهُ عَنْ مَوَاقِيتِ الصَّلاَةِ فَلَمْ يَرُدَّ عَلَيْهِ شَيْئًا ، فَأَمَرَ بِلاَلاً فَأَقَامَ بِالْفَجْرِ حِينَ انْشَقَّ ، ثُمَّ أَمَرَهُ فَأَقَامَ بِالظُّهْرِ حِينَ زَالَتِ الشَّمْسُ وَالْقَائِلُ يَقُولُ : انْتَصَفَ النَّهَارُ وَهُوَ أَعْلَمُ ، ثُمَّ أَمَرَهُ فَأَقَامَ بِالْعَصْرِ وَالشَّمْسُ مُرْتَفِعَةٌ ، ثُمَّ أَمَرَهُ فَأَقَامَ بِالْمَغْرِبِ حِينَ غَرَبَتِ الشَّمْسُ ، ثُمَّ أَمَرَهُ فَأَقَامَ بِالْعِشَاءِ حِينَ غَابَ الشَّفَقُ ، ثُمَّ أَخَّرَ الْفَجْرَ مِنَ الْغَدِ حِينَ انْصَرَفَ وَالْقَائِلُ يَقُولُ : طَلَعَتِ الشَّمْسُ ، ثُمَّ أَخَّرَ الظُّهْرَ إِلَى قَرِيبٍ مِنْ وَقْتِ الْعَصْرِ بِالأَمْسِ ، ثُمَّ أَخَّرَ الْعَصْرَ حَتَّى انْصَرَفَ وَالْقَائِلُ يَقُولُ : احْمَرَّتِ الشَّمْسُ ، ثُمَّ أَخَّرَ الْمَغْرِبَ حَتَّى كَانَ عِنْدَ سُقُوطِ الشَّفَقِ ، ثُمَّ أَخَّرَ الْعِشَاءَ إِلَى ثُلُثِ اللَّيْلِ ، ثُمَّ قَالَ : الْوَقْتُ فِيمَا بَيْنَ هَذَيْنِ.

“Əbu Bəkr ibn Əbu Musa atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib namazın vaxtları haqqında soruşdu. Peyğəmbər ﷺ ona heç bir cavab vermədi və Sübh vaxtı şəfəq söküləndə (Sübh girdikdə) Bilala iqamə verməsini əmr etdi. Sonra günəş zeniti keçdikdə Zöhr namazı üçün ona iqamə verməsini əmr etdi. Soruşan dedi: “Gündüzün yarısı idi, Peyğəmbər ﷺ bunu daha yaxşı bilirdi”. Sonra günəş hündürdə olduqda Əsr namazına iqamə verməsini əmr etdi. Sonra günəş batdıqda Məğrib namazı üçün iqamə verməsini əmr etdi. Sonra şəfəq itdikdə İşa namazı üçün iqamə verməsini əmr etdi. Sonra Sübh namazını o qədər gecikdirdi ki, sual verən “artıq günəş çıxdı” deyərdi. Sonra Zöhr namazını Əsrin vaxtına yaxın vaxtadək gecikdirdi. Sonra Əsr namazını gecikdirdi. Hətta sual verən deyərdi ki, artıq günəş qızardı. Sonra Məğrib namazını şəfəqin itməsinə yaxın vaxtadək gecikdirdi. Sonra İşa namazını gecənin üçdə bir hissəsinə qədər gecikdirdi və dedi: “Namaz vaxtları bu iki vaxt arasındadır”.”

Əbu Bəkr ibn Əbu Musa atasından
SəhihNəsəi, 523 (Vaxtlar, 30)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ ، قَالَ : حَدَّثَنَا خَارِجَةُ بْنُ عَبْدِ اللهِ بْنِ سُلَيْمَانَ بْنِ زَيْدِ بْنِ ثَابِتٍ قَالَ : حَدَّثَنِي الْحُسَيْنُ بْنُ بَشِيرِ بْنِ سَلاَّمٍ ، عَنْ أَبِيهِ قَالَ : دَخَلْتُ أَنَا وَمُحَمَّدُ بْنُ عَلِيٍّ عَلَى جَابِرِ بْنِ عَبْدِ اللهِ الأَنْصَارِيِّ فَقُلْنَا لَهُ : أَخْبِرْنَا عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَذَاكَ زَمَنَ الْحَجَّاجِ بْنِ يُوسُفَ . قَالَ : خَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى الظُّهْرَ حِينَ زَالَتِ الشَّمْسُ وَكَانَ الْفَيْءُ قَدْرَ الشِّرَاكِ ، ثُمَّ صَلَّى الْعَصْرَ حِينَ كَانَ الْفَيْءُ قَدْرَ الشِّرَاكِ ، وَظِلِّ الرَّجُلِ ، ثُمَّ صَلَّى الْمَغْرِبَ حِينَ غَابَتِ الشَّمْسُ ، ثُمَّ صَلَّى الْعِشَاءَ حِينَ غَابَ الشَّفَقُ ، ثُمَّ صَلَّى الْفَجْرَ حِينَ طَلَعَ الْفَجْرُ ، ثُمَّ صَلَّى مِنَ الْغَدِ الظُّهْرَ حِينَ كَانَ الظِّلُّ طُولَ الرَّجُلِ ، ثُمَّ صَلَّى الْعَصْرَ حِينَ كَانَ ظِلُّ الرَّجُلِ مِثْلَيْهِ قَدْرَ مَا يَسِيرُ الرَّاكِبُ سَيْرَ الْعَنَقِ إِلَى ذِي الْحُلَيْفَةِ ، ثُمَّ صَلَّى الْمَغْرِبَ حِينَ غَابَتِ الشَّمْسُ ، ثُمَّ صَلَّى الْعِشَاءَ إِلَى ثُلُثِ اللَّيْلِ أَوْ نِصْفِ اللَّيْلِ - شَكَّ زَيْدٌ - ثُمَّ صَلَّى الْفَجْرَ فَأَسْفَرَ.

“Hüseyn ibn Bəşir ibn Səlləm atasının ﵀ belə dediyini rəvayət edir: “Mən və Muhəmməd ibn Əli Cabir ibn Abdullah əl-Ənsarinin yanına gəldik və ona dedik: “Bizə Allah Elçisinin ﷺ namazı haqda xəbər ver!?” Bu hadisə Həccac ibn Yusufun zamanında idi. O dedi: “Allah Elçisi ﷺ günəş zenitdən aşağı meyl etdikdə hər hansı bir şeyin kölgəsi ayaqqabı bağı boyda olarkən Zöhr namazını qılmaq üçün çıxdı. Sonra əşyanın kölgəsi ayaqqabı ipinin bağı boyda – adamın kölgəsi özü boyda olduqda Əsr namazını qıldı. Sonra günəş batdıqda Məğrib namazını qıldı. Sonra şəfəq itdikdə İşa namazını qıldı. Sonra dan yeri söküldükdə Sübh namazını qıldı. Səhərisi gün Zöhr namazını bir nəfərin kölgəsi özü boyda olduqda qıldı. Əsr namazını bir nəfərin kölgəsi özünün iki mislində olduqda qıldı. Sanki bir atlı əl-Anaq deyilən yerdən Zul-Huleyfəyə gedənə qədər olan vaxtda qıldı. Məğrib namazını günəş batdıqda qıldı. İşa namazını gecənin üçdə biri və ya gecənin yarısı – hədisin ravilərindən biri Zeyd burda şəkk edir - keçdikdə qıldı. Hava sarımtıl olanda (açılanda) isə Sübh namazını qıldı”.”

Hüseyn ibn Bəşir ibn Səlləm atasından
SəhihNəsəi, 524 (Vaxtlar, 31)

Fəsil 16

Məğrib namazından sonra yatmağın bəyənilməməsi

كَرَاهِيَةُ النَّوْمِ بَعْدَ صَلاَةِ الْمَغْرِبِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا عَوْفٌ ، قَالَ : حَدَّثَنِي سَيَّارُ بْنُ سَلاَمَةَ قَالَ : دَخَلْتُ عَلَى أَبِي بَرْزَةَ فَسَأَلَهُ أَبِي : كَيْفَ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي الْمَكْتُوبَةَ ؟ قَالَ : كَانَ يُصَلِّي الْهَجِيرَ الَّتِي تَدْعُونَهَا الأُولَى حِينَ تَدْحَضُ الشَّمْسُ ، وَكَانَ يُصَلِّي الْعَصْرَ حِينَ يَرْجِعُ أَحَدُنَا إِلَى رَحْلِهِ فِي أَقْصَى الْمَدِينَةِ وَالشَّمْسُ حَيَّةٌ - وَنَسِيتُ مَا قَالَ فِي الْمَغْرِبِ - وَكَانَ يَسْتَحِبُّ أَنْ يُؤَخِّرَ الْعِشَاءَ الَّتِي تَدْعُونَهَا الْعَتَمَةَ ، وَكَانَ يَكْرَهُ النَّوْمَ قَبْلَهَا وَالْحَدِيثَ بَعْدَهَا ، وَكَانَ يَنْفَتِلُ مِنْ صَلاَةِ الْغَدَاةِ حِينَ يَعْرِفُ الرَّجُلُ جَلِيسَهُ ، وَكَانَ يَقْرَأُ بِالسِّتِّينَ إِلَى الْمِائَةِ.

“Rəvayət edilir ki, Səyyar ibn Sələmə ﵀ demişdir: “Mən Əbu Bərzənin yanına gəldim, atam ondan soruşdu: “Allah Elçisi ﷺ fərz namazlarını necə qılardı?” O dedi: “Allah Elçisi ﷺ günəşin qızmar vaxtı birinci adlandırdığınız namazı günəş parçalandığı vaxt qılardı. Əsr namazını qıldıqda bizdən birimiz miniklə şəhərin uzaq yerindən qayıdar, günəş isə hələ bütöv (isti) olardı”. Məğrib namazı haqda deyilənləri unutdum. “O, sizin Atəmə adlandırdığınız İşa namazını gecikdirməyi sevərdi. Ondan qabaq yatmağı və ondan sonra danışmağı xoşlamazdı. Sübh namazını – bizdən birimiz namazdan ayrıldıqda hava bir adamın yanında oturan digər adamı tanıyacağı şəkildə ağardığı vaxt qılardı. Namazda altmış-yüz ayə oxuyardı”.”

Səyyar ibn Sələmə
SəhihNəsəi, 525 (Vaxtlar, 32)

Fəsil 17

İşa namazının ilk vaxtı

أَوَّلُ وَقْتِ الْعِشَاءِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ حُسَيْنِ بْنِ عَلِيِّ بْنِ حُسَيْنٍ قَالَ : أَخْبَرَنِي وَهْبُ بْنُ كَيْسَانَ ، قَالَ : حَدَّثَنَا جَابِرُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : جَاءَ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ زَالَتِ الشَّمْسُ فَقَالَ : قُمْ يَا مُحَمَّدُ فَصَلِّ الظُّهْرَ حِينَ مَالَتِ الشَّمْسُ ، ثُمَّ مَكَثَ حَتَّى إِذَا كَانَ فَيْءُ الرَّجُلِ مِثْلَهُ جَاءَهُ لِلْعَصْرِ فَقَالَ : قُمْ يَا مُحَمَّدُ فَصَلِّ الْعَصْرَ ، ثُمَّ مَكَثَ حَتَّى إِذَا غَابَتِ الشَّمْسُ جَاءَهُ فَقَالَ : قُمْ فَصَلِّ الْمَغْرِبَ ، فَقَامَ فَصَلاَّهَا حِينَ غَابَتِ الشَّمْسُ سَوَاءً ، ثُمَّ مَكَثَ حَتَّى إِذَا ذَهَبَ الشَّفَقُ جَاءَهُ فَقَالَ : قُمْ فَصَلِّ الْعِشَاءَ فَقَامَ فَصَلاَّهَا ، ثُمَّ جَاءَهُ حِينَ سَطَعَ الْفَجْرُ فِي الصُّبْحِ فَقَالَ : قُمْ يَا مُحَمَّدُ فَصَلِّ ، فَقَامَ فَصَلَّى الصُّبْحَ ، ثُمَّ جَاءَهُ مِنَ الْغَدِ حِينَ كَانَ فَيْءُ الرَّجُلِ مِثْلَهُ فَقَالَ : قُمْ يَا مُحَمَّدُ فَصَلِّ ، فَصَلَّى الظُّهْرَ ، ثُمَّ جَاءَهُ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ حِينَ كَانَ فَيْءُ الرَّجُلِ مِثْلَيْهِ فَقَالَ : قُمْ يَا مُحَمَّدُ فَصَلِّ ، فَصَلَّى الْعَصْرَ ، ثُمَّ جَاءَهُ لِلْمَغْرِبِ حِينَ غَابَتِ الشَّمْسُ وَقْتًا وَاحِدًا لَمْ يَزُلْ عَنْهُ فَقَالَ : قُمْ فَصَلِّ فَصَلَّى الْمَغْرِبَ ، ثُمَّ جَاءَهُ لِلْعِشَاءِ حِينَ ذَهَبَ ثُلُثُ اللَّيْلِ الأَوَّلُ فَقَالَ : قُمْ فَصَلِّ ، فَصَلَّى الْعِشَاءَ ، ثُمَّ جَاءَهُ لِلصُّبْحِ حِينَ أَسْفَرَ جِدًّا فَقَالَ : قُمْ فَصَلِّ ، فَصَلَّى الصُّبْحَ ، فَقَالَ : مَا بَيْنَ هَذَيْنِ وَقْتٌ كُلُّهُ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Cəbrail ﵇ Peyğəmbərin ﷺ yanına günəş zenitdə olarkən gəlib dedi: “Ey Muhəmməd, günəş (zenitdən aşağıya doğru) azacıq meyl etdikdə qalx və Zöhr namazını qıl!” Sonra bir qədər keçdi və günəş bir kəsin kölgəsi özü boyda olduqda Cəbrail gəlib dedi: “Ey Muhəmməd, qalx və Əsr namazını qıl!” Sonra bir qədər keçdi və günəş batdıqda Cəbrail gəlib dedi: “Qalx və Məğrib namazını qıl!” Peyğəmbər ﷺ qalxdı və günəş batdıqda Məğrib namazını qıldı. Sonra şəfəq itdikdə Cəbrail gəlib dedi: “Qalx və İşa namazını qıl!” Peyğəmbər ﷺ qalxdı və İşa namazını qıldı. Sonra dan yeri söküldükdə gəldi və dedi: “Qalx, ey Muhəmməd! Namaz qıl!” Peyğəmbər ﷺ qalxıb Sübh namazını qıldı. Sonra səhərisi gün bir kəsin kölgəsi özü boyda olduqda Cəbrail gəlib dedi: “Qalx, ey Muhəmməd! Namaz qıl!” Peyğəmbər ﷺ qalxıb Zöhr namazını qıldı. Sonra Cəbrail ﵇ bir kəsin kölgəsi özündən iki dəfə uzun olanda, gəldi və dedi: “Qalx, ey Muhəmməd! Namaz qıl!” Peyğəmbər ﷺ qalxıb Əsr namazını qıldı. Sonra (dünənki) eyni vaxtda günəş batdıqda gəldi və dedi: “Qalx və namaz qıl!” Peyğəmbər ﷺ qalxıb Məğrib namazını qıldı. Sonra gecənin üçdə biri keçdikdə İşa namazı üçün gəldi və dedi: “Qalx və namaz qıl!” Peyğəmbər ﷺ qalxıb İşa namazını qıldı. Sonra hava aydınlaşdığı vaxt Sübh namazı üçün gəldi və dedi: “Qalx və namaz qıl!” Peyğəmbər ﷺ qalxıb Sübh namazını qıldı. O dedi: “Bütün namazlar bu iki vaxt arasındadır”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 526 (Vaxtlar, 33)

Fəsil 18

İşa namazının tez qılınması

تَعْجِيلُ الْعِشَاءِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ قَالاَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ حَسَنٍ قَالَ : قَدِمَ الْحَجَّاجُ فَسَأَلْنَا جَابِرَ بْنَ عَبْدِ اللهِ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي الظُّهْرَ بِالْهَاجِرَةِ ، وَالْعَصْرَ وَالشَّمْسُ بَيْضَاءُ نَقِيَّةٌ ، وَالْمَغْرِبَ إِذَا وَجَبَتِ الشَّمْسُ ، وَالْعِشَاءَ أَحْيَانًا كَانَ إِذَا رَآهُمْ قَدِ اجْتَمَعُوا عَجَّلَ ، وَإِذَا رَآهُمْ قَدْ أَبْطَئُوا أَخَّرَ.

“Rəvayət edilir ki, Muhəmməd ibn Amr ibn Həsən ﵀ demişdir: “Həccacın dövründə biz Cabir ibn Abdullahdan (namazın vaxtları haqda) soruşduq. O dedi: “Allah Elçisi ﷺ Zöhr namazını günəşin qızmar vaxtında, Əsr namazını günəş ağ və təmiz olduqda, Məğrib namazını günəş batdıqda qılardı. İnsanların toplaşdığını gördükdə İşa namazını tez qılardı. İnsanların hələ toplaşmadığını gördükdə isə namazı gecikdirərdi”.”

Muhəmməd ibn Amr ibn Həsən
SəhihNəsəi, 527 (Vaxtlar, 34)

Fəsil 19

Şəfəq vaxtı

الشَّفَقُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ رَقَبَةَ ، عَنْ جَعْفَرِ بْنِ إِيَاسٍ ، عَنْ حَبِيبِ بْنِ سَالِمٍ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ قَالَ : أَنَا أَعْلَمُ النَّاسِ بِمِيقَاتِ هَذِهِ الصَّلاَةِ عِشَاءِ الآخِرَةِ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّيهَا لِسُقُوطِ الْقَمَرِ لِثَالِثَةٍ.

“Rəvayət edilir ki, ən-Numan ibn Bəşir ﵁ demişdir: “Mən insanlar içində İşa namazının son vaxtını ən yaxşı bilənəm. Allah Elçisi ﷺ bu namazı üç günlük ay batan vaxt qılardı”.”

ən-Numan ibn Bəşir
SəhihNəsəi, 528 (Vaxtlar, 35)

أَخْبَرَنَا عُثْمَانُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا عَفَّانُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ أَبِي بِشْرٍ ، عَنْ بَشِيرِ بْنِ ثَابِتٍ ، عَنْ حَبِيبِ بْنِ سَالِمٍ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ قَالَ : وَاللَّهِ إِنِّي لأَعْلَمُ النَّاسِ بِوَقْتِ هَذِهِ الصَّلاَةِ صَلاَةِ الْعِشَاءِ الآخِرَةِ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّيهَا لِسُقُوطِ الْقَمَرِ لِثَالِثَةٍ.

“Rəvayət edilir ki, ən-Numan ibn Bəşir ﵁ demişdir: “Allaha and olsun ki, mən insanlar içində İşa namazının son vaxtını ən yaxşı bilənəm. Allah Elçisi ﷺ bu namazı üç günlük ay batdıqda qılardı”.”

ən-Numan ibn Bəşir
SəhihNəsəi, 529 (Vaxtlar, 36)

Fəsil 20

İşa namazını gecikdirməyin müstəhəb olması

مَا يُسْتَحَبُّ مِنْ تَأْخِيرِ الْعِشَاءِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ عَوْفٍ ، عَنْ سَيَّارِ بْنِ سَلاَمَةَ قَالَ : دَخَلْتُ أَنَا وَأَبِي عَلَى أَبِي بَرْزَةَ الأَسْلَمِيِّ فَقَالَ لَهُ أَبِي : أَخْبِرْنَا كَيْفَ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي الْمَكْتُوبَةَ ؟ قَالَ : كَانَ يُصَلِّي الْهَجِيرَ الَّتِي تَدْعُونَهَا الأُولَى حِينَ تَدْحَضُ الشَّمْسُ ، وَكَانَ يُصَلِّي الْعَصْرَ ، ثُمَّ يَرْجِعُ أَحَدُنَا إِلَى رَحْلِهِ فِي أَقْصَى الْمَدِينَةِ وَالشَّمْسُ حَيَّةٌ - قَالَ : وَنَسِيتُ مَا قَالَ فِي الْمَغْرِبِ - قَالَ : وَكَانَ يَسْتَحِبُّ أَنْ تُؤَخَّرَ صَلاَةُ الْعِشَاء الَّتِي تَدْعُونَهَا الْعَتَمَةَ . قَالَ : وَكَانَ يَكْرَهُ النَّوْمَ قَبْلَهَا وَالْحَدِيثَ بَعْدَهَا ، وَكَانَ يَنْفَتِلُ مِنْ صَلاَةِ الْغَدَاةِ حِينَ يَعْرِفُ الرَّجُلُ جَلِيسَهُ ، وَكَانَ يَقْرَأُ بِالسِّتِّينَ إِلَى الْمِائَةِ.

“Rəvayət edilir ki, Səyyar ibn Sələmə ﵀ demişdir: “Mən Əbu Bərzə əl-Əsləminin yanına gəldim, atam ona dedi: “Mənə Allah Elçisinin ﷺ fərz namazlarını necə qıldığı haqda xəbər ver”. O dedi: “Allah Elçisi ﷺ günəşin qızmar vaxtı birinci adlandırdığınız namazı günəş parçalandığı vaxt qılardı. Əsr namazını qıldıqda bizdən birimiz miniklə şəhərin uzaq yerindən qayıdar, günəş isə hələ bütöv (isti) olardı”. Məğrib namazı haqda deyilənləri unutdum. “O, sizin Atəmə adlandırdığınız İşa namazını gecikdirməyi sevərdi. Ondan qabaq yatmağı və ondan sonra danışmağı xoşlamazdı. Sübh namazını – bizdən birimiz namazdan ayrıldıqda hava bir adamın yanında oturan digər adamı tanıyacağı şəkildə ağardığı vaxt qılardı. Namazda altmış-yüz ayə oxuyardı”.”

Səyyar ibn Sələmə
SəhihNəsəi, 530 (Vaxtlar, 37)

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ ، وَيُوسُفُ بْنُ سَعِيدٍ ، وَاللَّفْظُ لَهُ قَالاَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ قَالَ : قُلْتُ لِعَطَاءٍ : أَيُّ حِينٍ أَحَبُّ إِلَيْكَ : أَنْ أُصَلِّيَ الْعَتَمَةَ إِمَامًا أَوْ خِلْوًا ؟ قَالَ : سَمِعْتُ ابْنَ عَبَّاسٍ يَقُولُ : أَعْتَمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ بِالْعَتَمَةِ حَتَّى رَقَدَ النَّاسُ وَاسْتَيْقَظُوا وَرَقَدُوا وَاسْتَيْقَظُوا ، فَقَامَ عُمَرُ فَقَالَ : الصَّلاَةَ الصَّلاَةَ - قَالَ عَطَاءٌ - : قَالَ ابْنُ عَبَّاسٍ : خَرَجَ نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَأَنِّي أَنْظُرُ إِلَيْهِ الآنَ يَقْطُرُ رَأْسُهُ مَاءً ، وَاضِعًا يَدَهُ عَلَى شِقِّ رَأْسِهِ . قَالَ : - وَأَشَارَ فَاسْتَثْبَتُّ عَطَاءً كَيْفَ وَضَعَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَهُ عَلَى رَأْسِهِ - فَأَوْمَأَ إِلَيَّ كَمَا أَشَارَ ابْنُ عَبَّاسٍ فَبَدَّدَ لِي عَطَاءٌ بَيْنَ أَصَابِعِهِ بِشَيْءٍ مِنْ تَبْدِيدٍ ، ثُمَّ وَضَعَهَا فَانْتَهَى أَطْرَافُ أَصَابِعِهِ إِلَى مُقَدَّمِ الرَّأْسِ ، ثُمَّ ضَمَّهَا يَمُرُّ بِهَا كَذَلِكَ عَلَى الرَّأْسِ حَتَّى مَسَّتْ إِبْهَامَاهُ طَرَفَ الأُذُنِ مِمَّا يَلِي الْوَجْهَ ، ثُمَّ عَلَى الصُّدْغِ وَنَاحِيَةِ الْجَبِينِ لاَ يُقَصِّرُ وَلاَ يَبْطُشُ شَيْئًا إِلاَّ كَذَلِكَ ، ثُمَّ قَالَ : لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِي لأَمَرْتُهُمْ أَنْ لاَ يُصَلُّوهَا إِلاَّ هَكَذَا.

“Rəvayət edilir ki, İbn Cureyc ﵀ demişdir: “Mən Ətaya dedim: “Hansı namaz sənə daha sevimlidir – İşa namazını imamla birlikdə qılmaq, yoxsa xəlvətdə?” O dedi: “Mən İbn Abbasın belə buyurduğunu eşitdim: “Bir gecə Allah Elçisi ﷺ İşa namazını insanların mürgüləyib oyanmalarınadək gecikdirdi. Ömər qalxıb dedi: “Namaz, namaz!” Allahın Peyğəmbəri ﷺ çıxdı – sanki mən indi də ona baxıram – onun başından su damcılayırdı”. İbn Abbas işarə edərək əlini başının ortasına qoydu”. Əta deyir ki, mən Peyğəmbərin ﷺ əlini başına nə şəkildə qoymasını soruşdum. İbn Abbas da barmaqları aralı şəkildə, barmaq uclarını başının ön tərəfinə toxundurdu və arxaya tərəf çəkdi, baş barmağı da qulağına və üzünə toxundu. Sonra əlini gicgah və alnına qoydu. O, heç nə əskiltmədən bunu bizə göstərdi. Sonra dedi: “Əgər ümmətimə çətinlik olmasaydı, mən onlara namazı bu vaxt qılmağı əmr edərdim”.”

İbn Cureyc
SəhihNəsəi, 531 (Vaxtlar, 38)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ الْمَكِّيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، وَعَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : أَخَّرَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعِشَاء ذَاتَ لَيْلَةٍ حَتَّى ذَهَبَ مِنَ اللَّيْلِ ، فَقَامَ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ فَنَادَى : الصَّلاَةَ يَا رَسُولَ اللهِ ، رَقَدَ النِّسَاءُ وَالْوِلْدَانُ ، فَخَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالْمَاءُ يَقْطُرُ مِنْ رَأْسِهِ وَهُوَ يَقُولُ : إِنَّهُ الْوَقْتُ ، لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِي.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir gecə Peyğəmbər ﷺ İşa namazını uzatdı, hətta artıq gecənin bir hissəsi keçmişdi. Ömər ﵁ ayağa qalxıb nida etdi: “Namaz, ey Allahın Elçisi! Qadınlar və uşaqlar yuxuladı”. Allah Elçisi ﷺ otağından çıxdı, başından isə su damcılayırdı. O dedi: “Əgər ümmətimə çətin olmasaydı, (İşa namazının) bu vaxtda qılınmasını (əmr edərdim)”.”

İbn Abbas
SəhihNəsəi, 532 (Vaxtlar, 39)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ سِمَاكٍ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُؤَخِّرُ الْعِشَاء الآخِرَةَ.

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Allah Elçisi ﷺ İşa namazını namazın son vaxtına kimi gecikdirərdi”.”

Cabir ibn Səmura
SəhihNəsəi, 533 (Vaxtlar, 40)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا أَبُو الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِي لأَمَرْتُهُمْ بِتَأْخِيرِ الْعِشَاء عِنْدَ كُلِّ صَلاَةٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əgər ümmətimə çətin olmasaydı, hər dəfə İşa namazını gec qılmalarını əmr edərdim”.”

Əbu Hureyra
ZəifNəsəi, 534 (Vaxtlar, 41)

Fəsil 21

İşa namazının son vaxtı

آخِرُ وَقْتِ الْعِشَاءِ

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا ابْنُ حِمْيَرٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَبْلَةَ ، عَنِ الزُّهْرِيِّ ، وَأَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ شُعَيْبٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : أَعْتَمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً بِالْعَتَمَةِ ، فَنَادَاهُ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ نَامَ النِّسَاءُ وَالصِّبْيَانُ ، فَخَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ : مَا يَنْتَظِرُهَا غَيْرُكُمْ . وَلَمْ يَكُنْ يُصَلِّي يَوْمَئِذٍ إِلاَّ بِالْمَدِينَةِ ، ثُمَّ قَالَ : صَلُّوهَا فِيمَا بَيْنَ أَنْ يَغِيبَ الشَّفَقُ إِلَى ثُلُثِ اللَّيْلِ وَاللَّفْظُ لاِبْنِ حِمْيَرٍ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir gecə Allah Elçisi ﷺ İşa namazını gecikdirdi. Ömər ﵁ nida edərək dedi: “Artıq, qadınlar və uşaqlar yatdılar”. Allah Elçisi ﷺ evindən çıxıb belə dedi: “Sizdən başqa bu şəhərdə heç kim onu gözləmədi”. Sonra dedi: “İşa namazı şəfəqin batması ilə gecənin üçdə biri arasındadır”.”

Aişə
SəhihNəsəi, 535 (Vaxtlar, 42)

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ ، و أَخْبَرَنِي يُوسُفُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنِ ابْنِ جُرَيْجٍ قَالَ أَخْبَرَنِي الْمُغِيرَةُ بْنُ حَكِيمٍ ، عَنْ أُمِّ كُلْثُومِ ابْنَةِ أَبِي بَكْرٍ أَنَّهَا أَخْبَرَتْهُ ، عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ قَالَتْ : أَعْتَمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ حَتَّى ذَهَبَ عَامَّةُ اللَّيْلِ ، وَحَتَّى نَامَ أَهْلُ الْمَسْجِدِ ، ثُمَّ خَرَجَ فَصَلَّى وَقَالَ : إِنَّهُ لَوَقْتُهَا لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِي.

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Bir gecə Peyğəmbər ﷺ İşa namazını uzatdı, hətta gecənin bir hissəsi keçmiş və məsciddə olanlar yuxuya getmişdilər. Sonra o çıxıb namaz qıldı və dedi: “Əgər ümmətimə çətin olmasaydı, (İşa namazının) bu vaxtda qılınmasını (əmr edərdim)”.”

Aişə
SəhihNəsəi, 536 (Vaxtlar, 43)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنِ الْحَكَمِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ قَالَ : مَكَثْنَا ذَاتَ لَيْلَةٍ نَنْتَظِرُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِعِشَاءِ الآخِرَةِ ، فَخَرَجَ عَلَيْنَا حِينَ ذَهَبَ ثُلُثُ اللَّيْلِ أَوْ بَعْدَهُ فَقَالَ حِينَ خَرَجَ : إِنَّكُمْ تَنْتَظِرُونَ صَلاَةً مَا يَنْتَظِرُهَا أَهْلُ دِينٍ غَيْرُكُمْ ، وَلَوْلاَ أَنْ يَثْقُلَ عَلَى أُمَّتِي لَصَلَّيْتُ بِهِمْ هَذِهِ السَّاعَةَ ، ثُمَّ أَمَرَ الْمُؤَذِّنَ فَأَقَامَ ثُمَّ صَلَّى.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Bir gecə biz Peyğəmbəri ﷺ İşa namazının axırına kimi gözlədik. Allah Elçisi ﷺ gecənin üçdə biri və ya ondan sonra çıxdı və dedi: “Həqiqətən, siz namazı gözləyirsiniz. Din əhlindən sizdən başqa heç kim bu namazı gözləmir. Əgər ümmətimə ağır gəlməsəydi, bu namazı bu saatda qılardım”. Sonra müəzzinə iqamə deməsini əmr etdi və namaz qıldı”.”

İbn Ömər
SəhihNəsəi, 537 (Vaxtlar, 44)

أَخْبَرَنَا عِمْرَانُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، قَالَ : حَدَّثَنَا دَاوُدُ ، عَنْ أَبِي نَضْرَةَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ : صَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْمَغْرِبِ ، ثُمَّ لَمْ يَخْرُجْ إِلَيْنَا حَتَّى ذَهَبَ شَطْرُ اللَّيْلِ ، فَخَرَجَ فَصَلَّى بِهِمْ ، ثُمَّ قَالَ : إِنَّ النَّاسَ قَدْ صَلَّوْا وَنَامُوا ، وَأَنْتُمْ لَمْ تَزَالُوا فِي صَلاَةٍ مَا انْتَظَرْتُمُ الصَّلاَةَ ، وَلَوْلاَ ضَعْفُ الضَّعِيفِ وَسَقَمُ السَّقِيمِ لأَمَرْتُ بِهَذِهِ الصَّلاَةِ أَنْ تُؤَخَّرَ إِلَى شَطْرِ اللَّيْلِ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ bizimlə birlikdə Məğrib namazını qıldı. Sonra gecənin yarısı olana qədər bizim yanımıza gəlmədi. O, evindən çıxaraq bizimlə namaz qıldı və dedi: “Həqiqətən, insanlar namazlarını qılıb yatıblar. Siz isə namazı gözlədiyiniz müddətcə namazda olmuş kimi sayılırsınız. Əgər zəiflər və xəstələr olmasaydı, bu namazı (İşanı) gecənin yarısına qədər uzatmağı əmr edərdim”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 538 (Vaxtlar, 45)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، وَأَنْبَأَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ قَالاَ : حَدَّثَنَا حُمَيْدٌ قَالَ : سُئِلَ أَنَسٌ هَلِ اتَّخَذَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَاتَمًا ؟ قَالَ : نَعَمْ . أَخَّرَ لَيْلَةً صَلاَةَ الْعِشَاء الآخِرَةِ إِلَى قَرِيبٍ مِنْ شَطْرِ اللَّيْلِ ، فَلَمَّا أَنْ صَلَّى أَقْبَلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْنَا بِوَجْهِهِ ، ثُمَّ قَالَ : إِنَّكُمْ لَنْ تَزَالُوا فِي صَلاَةٍ مَا انْتَظَرْتُمُوهَا قَالَ أَنَسٌ : كَأَنِّي أَنْظُرُ إِلَى وَبِيصِ خَاتَمِهِ فِي حَدِيثِ عَلِيٍّ إِلَى شَطْرِ اللَّيْلِ.

“Rəvayət edilir ki, Humeyd ﵀ demişdir: “Ənəsdən soruşuldu: “Peyğəmbər ﷺ üzük taxardımı?” O dedi: “Bəli, bir dəfə Peyğəmbər ﷺ İşa namazını gecənin yarısına yaxın olan vaxta qədər uzatdı. Namazı qıldıqdan sonra üzünü bizə tərəf çevirib dedi: “Həqiqətən, siz namazı gözlədiyiniz vaxtda namazda olmuş kimi sayılırsınız”. Ənəs dedi: “Sanki indi də onun parlayan üzüyünə baxıram”.”

Humeyd
SəhihNəsəi, 539 (Vaxtlar, 46)

Fəsil 22

İşa namazına Atəmə (gecənin ilk üçdə biri) deməyin icazəli olması

الرُّخْصَةُ فِي أَنْ يُقَالَ لِلْعِشَاءِ الْعَتَمَةُ

أَخْبَرَنَا عُتْبَةُ بْنُ عَبْدِ اللهِ قَالَ : قَرَأْتُ عَلَى مَالِكِ بْنِ أَنَسٍ وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنِ ابْنِ الْقَاسِمِ قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ سُمَيٍّ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَوْ يَعْلَمُ النَّاسُ مَا فِي النِّدَاءِ وَالصَّفِّ الأَوَّلِ ، ثُمَّ لَمْ يَجِدُوا إِلاَّ أَنْ يَسْتَهِمُوا عَلَيْهِ لاَسْتَهَمُوا ، وَلَوْ يَعْلَمُ النَّاسُ مَا فِي التَّهْجِيرِ لاَسْتَبَقُوا إِلَيْهِ ، وَلَوْ عَلِمُوا مَا فِي الْعَتَمَةِ وَالصُّبْحِ لأَتَوْهُمَا وَلَوْ حَبْوًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əgər insanlar azan verməkdə və birinci safda nə savablar olduğunu bilsəydilər, buna nail olmaq üçün püşk atmaqdan başqa yolları olmasaydı, püşk atardılar. Əgər insanlar hicrətdə olan savabı bilsəydilər, ona nail olmaq üçün yarışardılar. Əgər insanlar Atəmə (İşa) və Sübh namazlarında nə qədər savabın olduğunu bilsəydilər, iməkləyərək də olsa onları (camaatla) qılmağa gedərdilər”.”

Əbu Hureyra
SəhihNəsəi, 540 (Vaxtlar, 47)

Fəsil 23

Bunun bəyənilməməsi

الْكَرَاهِيَةُ فِي ذَلِكَ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ هُوَ الْحَفَرِيُّ ، عَنْ سُفْيَانَ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي لَبِيدٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنِ ابْنِ عُمَرَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تَغْلِبَنَّكُمُ الأَعْرَابُ عَلَى اسْمِ صَلاَتِكُمْ هَذِهِ ؛ فَإِنَّهُمْ يُعْتِمُونَ عَلَى الإِبِلِ وَإِنَّهَا الْعِشَاء.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bədəvilər namazlarınızın adlarını dəyişməkdə sizə qalib gəlməsinlər! Həqiqətən, onlar dəvələri ilə gecəyə qədər məşğul olduqları üçün (namazı) belə adlandırırlar. Onun adı İşadır”.”

İbn Ömər
SəhihNəsəi, 541 (Vaxtlar, 48)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنِ ابْنِ عُيَيْنَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي لَبِيدٍ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنِ ابْنِ عُمَرَ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ عَلَى الْمِنْبَرِ : لاَ تَغْلِبَنَّكُمُ الأَعْرَابُ عَلَى اسْمِ صَلاَتِكُمْ أَلاَ إِنَّهَا الْعِشَاء .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ minbər üzərində olarkən, belə dediyini eşitdim: “Bədəvilər namazlarınızın adlarını dəyişməkdə sizə qalib gəlməsinlər! Həqiqətən, bu (namazın adı) İşadır”.”

İbn Ömər
SəhihNəsəi, 542 (Vaxtlar, 49)

Fəsil 24

Sübh namazının ilk vaxtı

أَوَّلُ وَقْتِ الصُّبْحِ.

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ هَارُونَ ، قَالَ : حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدِ بْنِ عَلِيِّ بْنِ الْحُسَيْنِ ، عَنْ أَبِيهِ ، أَنَّ جَابِرَ بْنَ عَبْدِ اللهِ قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصُّبْحَ حِينَ تَبَيَّنَ لَهُ الصُّبْحُ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ Sübh namazını dan yeri söküləndə qıldı”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 543 (Vaxtlar, 50)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ أَنَسٍ : أَنَّ رَجُلاً أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَأَلَهُ عَنْ وَقْتِ صَلاَةِ الْغَدَاةِ ، فَلَمَّا أَصْبَحْنَا مِنَ الْغَدِ أَمَرَ حِينَ انْشَقَّ الْفَجْرُ أَنْ تُقَامَ الصَّلاَةُ فَصَلَّى بِنَا ، فَلَمَّا كَانَ مِنَ الْغَدِ أَسْفَرَ ، ثُمَّ أَمَرَ فَأُقِيمَتِ الصَّلاَةُ فَصَلَّى بِنَا ، ثُمَّ قَالَ : أَيْنَ السَّائِلُ عَنْ وَقْتِ الصَّلاَةِ ؟ مَا بَيْنَ هَذَيْنِ وَقْتٌ.

“Ənəs ﵁ rəvayət edir ki, bir kişi gəlib Peyğəmbərdən ﷺ Sübh namazının vaxtı haqda soruşdu. Biz səhərisi günü dan yeri söküləndə Peyğəmbər ﷺ bizə namaz qılmağımızı əmr etdi və bizimlə namaz qıldı. Səhərisi gün isə hava açıldıqda bizə namaz qılmağımızı əmr etdi və bizimlə namaz qıldı. Sonra dedi: “Namazın vaxtı haqqında soruşan adam hardadır? (Sübh namazının) vaxtı bu iki gün (qılınan namazların) arasında olan vaxtdır”.”

Ənəs
SəhihNəsəi, 544 (Vaxtlar, 51)

Fəsil 25

Bir yerdə daimi yaşayanın Sübh namazını tezləşdirməsi

التَّغْليسُ فِي الْحَضَرِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : إِنْ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيُصَلِّي الصُّبْحَ فَيَنْصَرِفُ النِّسَاءُ مُتَلَفِّعَاتٍ بِمُرُوطِهِنَّ مَا يُعْرَفْنَ مِنَ الْغَلَسِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ Sübh namazını qadınlar əbaları və baş örtükləri ilə qaranlıqda namazdan çıxan zaman qaranlığa görə tanınmadıqları vaxtda qılardı”.”

Aişə
SəhihNəsəi, 545 (Vaxtlar, 52)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : كُنَّ النِّسَاءُ يُصَلِّينَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصُّبْحَ مُتَلَفِّعَاتٍ بِمُرُوطِهِنَّ ، فَيَرْجِعْنَ فَمَا يَعْرِفُهُنَّ أَحَدٌ مِنَ الْغَلَسِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Qadınlar örtülü libaslarında və baş örtüklərində Allah Elçisi ﷺ ilə birlikdə Sübh namazını qılar, qayıdarkən Sübhün qaranlığından heç kəs onları tanımazdı”.”

Aişə
SəhihNəsəi, 546 (Vaxtlar, 53)

Fəsil 26

Səfərdə olarkən Sübh namazını tezləşdirmək

التَّغْليسُ فِي السَّفَرِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ خَيْبَرَ صَلاَةَ الصُّبْحِ بِغَلَسٍ وَهُوَ قَرِيبٌ مِنْهُمْ ، فَأَغَارَ عَلَيْهِمْ ، وَقَالَ : اللَّهُ أَكْبَرُ خَرِبَتْ خَيْبَرُ مَرَّتَيْنِ ، إِنَّا إِذَا نَزَلْنَا بِسَاحَةِ قَوْمٍ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ Xeybər günü Sübh namazını səhərin qaranlığında qıldı və hücuma çıxaraq iki dəfə dedi: “Allah ən Böyükdür! Xeybər dağıldı”. Sonra buyurdu: “Həqiqətən, biz (fasiq) qövmün yurduna daxil olduqda qorxudulanların sabahı necə də pis olar!””

Ənəs
SəhihNəsəi, 547 (Vaxtlar, 54)

Fəsil 27

Sübh namazını hava açıldıqda qılmaq

الإِسْفَارُ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنِ ابْنِ عَجْلاَنَ قَالَ : حَدَّثَنِي عَاصِمُ بْنُ عُمَرَ بْنِ قَتَادَةَ ، عَنْ مَحْمُودِ بْنِ لَبِيدٍ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَسْفِرُوا بِالْفَجْرِ.

“Rafi ibn Xadic ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sübh namazını hava açıldıqda (dan yeri söküləndə) qılın!””

Rafi ibn Xadic
SəhihNəsəi, 548 (Vaxtlar, 55)

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي مَرْيَمَ قَالَ : أَخْبَرَنَا أَبُو غَسَّانَ قَالَ : حَدَّثَنِي زَيْدُ بْنُ أَسْلَمَ ، عَنْ عَاصِمِ بْنِ عُمَرَ بْنِ قَتَادَةَ ، عَنْ مَحْمُودِ بْنِ لَبِيدٍ ، عَنْ رِجَالٍ مِنْ قَوْمِهِ مِنَ الأَنْصَارِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَا أَسْفَرْتُمْ بِالْفَجْرِ فَإِنَّهُ أَعْظَمُ بِالأَجْرِ.

“Mahmud ibn Ləbid ﵀ Ənsardan olan bir toplum kişidən rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Sübh namazını hava açıldıqda (dan yeri söküldükdə) qılmaqla böyük savab qazanmış olursunuz”.”

Mahmud ibn Ləbid
SəhihNəsəi, 549 (Vaxtlar, 56)

Fəsil 28

Sübh namazının bir rükətinə çatan

بَابُ مَنْ أَدْرَكَ رَكْعَةً مِنْ صَلاَةِ الصُّبْحِ

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ مُحَمَّدٍ وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى وَاللَّفْظُ لَهُ قَالاَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ عَبْدِ اللهِ بْنِ سَعِيدٍ قَالَ : حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ الأَعْرَجُ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ أَدْرَكَ سَجْدَةً مِنَ الصُّبْحِ قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ فَقَدْ أَدْرَكَهَا ، وَمَنْ أَدْرَكَ سَجْدَةً مِنَ الْعَصْرِ قَبْلَ أَنْ تَغْرُبَ الشَّمْسُ فَقَدْ أَدْرَكَهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim günəş çıxmamış Sübh namazının səcdəsinə çatarsa, artıq, namaza çatmışdır. Kim günəş batmamış Əsr namazının səcdəsinə çatarsa, artıq, namaza çatmışdır”.”

Əbu Hureyra
SəhihNəsəi, 550 (Vaxtlar, 57)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا زَكَرِيَّا بْنُ عَدِيٍّ قَالَ : أَنْبَأَنَا ابْنُ الْمُبَارَكِ ، عَنْ يُونُسَ بْنِ يَزِيدَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ أَدْرَكَ رَكْعَةً مِنَ الْفَجْرِ قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ فَقَدْ أَدْرَكَهَا ، وَمَنْ أَدْرَكَ رَكْعَةً مِنَ الْعَصْرِ قَبْلَ أَنْ تَغْرُبَ الشَّمْسُ فَقَدْ أَدْرَكَهَا

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim günəş çıxmamış Sübh namazının bir rükətinə çatarsa, artıq, namaza çatmışdır. Kim günəş batmamış Əsr namazının bir rükətinə çatarsa, artıq namaza çatmışdır”.”

Aişə
SəhihNəsəi, 551 (Vaxtlar, 58)

Fəsil 29

Sübh namazının son vaxtı

آخِرُ وَقْتِ الصُّبْحِ

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ وَمُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى قَالاَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ شُعْبَةَ ، عَنْ أَبِي صَدَقَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي الظُّهْرَ إِذَا زَالَتِ الشَّمْسُ ، وَيُصَلِّي الْعَصْرَ بَيْنَ صَلاَتَيْكُمْ هَاتَيْنِ ، وَيُصَلِّي الْمَغْرِبَ إِذَا غَرَبَتِ الشَّمْسُ ، وَيُصَلِّي الْعِشَاء إِذَا غَابَ الشَّفَقُ - ثُمَّ قَالَ عَلَى إِثْرِهِ : - وَيُصَلِّي الصُّبْحَ إِلَى أَنْ يَنْفَسِحَ الْبَصَرُ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ Zöhr namazını günəş zenitdən aşağıya meyl etdikdə qılar, Əsr namazını sizin bu iki namazınızın arasında qılar, Məğrib namazını günəş batdıqda qılardı. İşa namazını şəfəq yox olduqda qılardı”. Bunun ardı ilə dedi: “Sübh namazını uzaq məsafəni görmək mümkün olduqda qılardı”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 552 (Vaxtlar, 59)

Fəsil 30

Namazın bir rükətinə çatan kimsə

مَنْ أَدْرَكَ رَكْعَةً مِنَ الصَّلاَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ أَدْرَكَ مِنَ الصَّلاَةِ رَكْعَةً فَقَدْ أَدْرَكَ الصَّلاَةَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim namazın bir rükətinə çatarsa, artıq, namaza çatmış olur”.”

Əbu Hureyra
SəhihNəsəi, 553 (Vaxtlar, 60)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ عُمَرَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ أَدْرَكَ مِنَ الصَّلاَةِ رَكْعَةً فَقَدْ أَدْرَكَهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim namazın bir rükətinə çatarsa, artıq, namaza çatmış olur”.”

Əbu Hureyra
SəhihNəsəi, 554 (Vaxtlar, 61)

أَخْبَرَنِي يَزِيدُ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الصَّمَدِ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ الْعَطَّارُ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ وَهُوَ ابْنُ سَمَاعَةَ ، عَنْ مُوسَى بْنِ أَعْيَنَ ، عَنْ أَبِي عَمْرٍو الأَوْزَاعِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ أَدْرَكَ مِنَ الصَّلاَةِ رَكْعَةً فَقَدْ أَدْرَكَ الصَّلاَةَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim namazın bir rükətinə çatarsa, artıq, namaza çatmış olur”.”

Əbu Hureyra
SəhihNəsəi, 555 (Vaxtlar, 62)

أَخْبَرَنِي شُعَيْبُ بْنُ شُعَيْبِ بْنِ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنَا أَبُو الْمُغِيرَةِ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ أَدْرَكَ مِنَ الصَّلاَةِ رَكْعَةً فَقَدْ أَدْرَكَهَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim namazın bir rükətinə çatarsa, artıq, namaza çatmış olur”.”

Əbu Hureyra
SəhihNəsəi, 556 (Vaxtlar, 63)

أَخْبَرَنِي مُوسَى بْنُ سُلَيْمَانَ بْنِ إِسْمَاعِيلَ بْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ يُونُسَ قَالَ : حَدَّثَنِي الزُّهْرِيُّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ أَدْرَكَ رَكْعَةً مِنَ الْجُمُعَةِ أَوْ غَيْرِهَا فَقَدْ تَمَّتْ صَلاَتُهُ.

“Səlim atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim Cümə və digər namazların bir rükətinə çatarsa, artıq, namazı tam olar”.”

Səlim atasından
SəhihNəsəi, 557 (Vaxtlar, 64)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ التِّرْمِذِيُّ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا أَبُو بَكْرٍ ، عَنْ سُلَيْمَانَ بْنِ بِلاَلٍ ، عَنْ يُونُسَ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ أَدْرَكَ رَكْعَةً مِنْ صَلاَةٍ مِنَ الصَّلَوَاتِ فَقَدْ أَدْرَكَهَا إِلاَّ أَنَّهُ يَقْضِي مَا فَاتَهُ.

“Səlim ﵀ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim namazın bir rükətinə yetişərsə, artıq, namaza çatmış olur, buraxdığı rükətləri isə qəza edir”.”

Səlim
SəhihNəsəi, 558 (Vaxtlar, 65)

Fəsil 31

Namaz qılmağın qadağan olduğu vaxtlar

السَّاعاتُ الَّتِي نُهِيَ عَنِ الصَّلاَةِ فِيهَا

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ عَبْدِ اللهِ الصُّنَابِحِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : الشَّمْسُ تَطْلُعُ وَمَعَهَا قَرْنُ الشَّيْطَانِ ، فَإِذَا ارْتَفَعَتْ فَارَقَهَا ، فَإِذَا اسْتَوَتْ قَارَنَهَا ، فَإِذَا زَالَتْ فَارَقَهَا ، فَإِذَا دَنَتْ لِلْغُرُوبِ قَارَنَهَا ، فَإِذَا غَرَبَتْ فَارَقَهَا وَنَهَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الصَّلاَةِ فِي تِلْكَ السَّاعَاتِ

“Abdullah əs-Sunabihi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Günəş çıxanda onunla birlikdə şeytanın buynuzları olur. Günəş qalxdıqda buynuzlardan ayrılır. Günəş zenitə qalxdıqda bir yerdə olur, batdıqda isə ayrılırlar. Günəş batana yaxın birləşir, batdıqda isə uzaqlaşırlar”. Allah Elçisi ﷺ bu vaxtda namaz qılmağı qadağan etmişdir.”

Abdullah əs-Sunabihi
SəhihNəsəi, 559 (Vaxtlar, 66)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ مُوسَى بْنِ عَلِيِّ بْنِ رَبَاحٍ قَالَ : سَمِعْتُ أَبِي يَقُولُ : سَمِعْتُ عُقْبَةَ بْنَ عَامِرٍ الْجُهَنِيَّ يَقُولُ : ثَلاَثُ سَاعَاتٍ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَنْهَانَا أَنْ نُصَلِّيَ فِيهِنَّ أَوْ نَقْبُرَ فِيهِنَّ مَوْتَانَا : حِينَ تَطْلُعُ الشَّمْسُ بَازِغَةً حَتَّى تَرْتَفِعَ ، وَحِينَ يَقُومُ قَائِمُ الظَّهِيرَةِ حَتَّى تَمِيلَ ، وَحِينَ تَضَيَّفُ الشَّمْسُ لِلْغُرُوبِ حَتَّى تَغْرُبَ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir əl-Cuhəni ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə üç vaxtda namaz qılmağı və ölənlərimizi basdırmağı qadağan etdi; günəş doğduqdan yüksələnə qədər, günəş zenitdə olduqdan meyl edənə qədər və günəş batan ərəfədən batana qədər”.”

Uqbə ibn Amir əl-Cuhəni
SəhihNəsəi, 560 (Vaxtlar, 67)

Fəsil 32

Sübh namazından sonra namaz qılmağın qadağan olması

النَّهْيُ عَنِ الصَّلاَةِ بَعْدَ الصُّبْحِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى عَنِ الصَّلاَةِ بَعْدَ الْعَصْرِ حَتَّى تَغْرُبَ الشَّمْسُ ، وَعَنِ الصَّلاَةِ بَعْدَ الصُّبْحِ حَتَّى تَطْلُعَ الشَّمْسُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Əsr namazından sonra günəş batana qədər və Sübh namazından sonra da günəş çıxana qədər namaz qılmağı bizə qadağan etdi.”

Əbu Hureyra
SəhihNəsəi, 561 (Vaxtlar, 68)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ مَنِيعٍ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ قَالَ : أَنْبَأَنَا مَنْصُورٌ ، عَنْ قَتَادَةَ ، قَالَ : حَدَّثَنَا أَبُو الْعَالِيَةِ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : سَمِعْتُ غَيْرَ وَاحِدٍ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْهُمْ عُمَرُ - وَكَانَ مِنْ أَحَبِّهِمْ إِلَيَّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى عَنِ الصَّلاَةِ بَعْدَ الْفَجْرِ حَتَّى تَطْلُعَ الشَّمْسُ ، وَعَنِ الصَّلاَةِ بَعْدَ الْعَصْرِ حَتَّى تَغْرُبَ الشَّمْسُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bunu Peyğəmbərin ﷺ bir çox səhabəsindən eşitdim, onlardan ən çox sevdiyim Ömər idi. Həqiqətən, Allah Elçisi ﷺ Sübh namazından sonra günəş çıxana qədər və Əsr namazından sonra günəş batana qədər namaz qılmağı qadağan etdi”.”

İbn Abbas
SəhihNəsəi, 562 (Vaxtlar, 69)

Fəsil 33

Günəş çıxdıqda namaz qılmağın qadağan olması

بَابُ النَّهْيِ عَنِ الصَّلاَةِ عِنْدَ طُلُوعِ الشَّمْسِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَتَحَرَّ َخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَتَحَرَّ أَحَدُكُمْ فَيُصَلِّيَ عِنْدَ طُلُوعِ الشَّمْسِ وَعِنْدَ غُرُوبِهَا.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən heç kim namazı günəş çıxdığı və batdığı ana qədər gecikdirərək qılmasın!””

İbn Ömər
SəhihNəsəi, 563 (Vaxtlar, 70)

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، أَنْبَأَنَا خَالِدٌ ، حَدَّثَنَا عُبَيْدُ اللهِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى أَنْ يُصَلَّى مَعَ طُلُوعِ الشَّمْسِ أَوْ غُرُوبِهَا.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ günəş çıxdıqda və batdıqda namaz qılmağı qadağan etdi.”

İbn Ömər
SəhihNəsəi, 564 (Vaxtlar, 71)

Fəsil 34

Günəş zenitdə olarkən namaz qılmağın qadağan olması

النَّهْيُ عَنِ الصَّلاَةِ نِصْفَ النَّهَارِ

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ وَهُوَ ابْنُ حَبِيبٍ ، عَنْ مُوسَى بْنِ عَلِيٍّ ، عَنْ أَبِيهِ قَالَ : سَمِعْتُ عُقْبَةَ بْنَ عَامِرٍ يَقُولُ : ثَلاَثُ سَاعَاتٍ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَنْهَانَا أَنْ نُصَلِّيَ فِيهِنَّ أَوْ نَقْبُرَ فِيهِنَّ مَوْتَانَا : حِينَ تَطْلُعُ الشَّمْسُ بَازِغَةً حَتَّى تَرْتَفِعَ ، وَحِينَ يَقُومُ قَائِمُ الظَّهِيرَةِ حَتَّى تَمِيلَ ، وَحِينَ تَضَيَّفُ لِلْغُرُوبِ حَتَّى تَغْرُبَ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Üç vaxt var ki, Allah Elçisi ﷺ bu vaxtlarda namaz qılmağımızı və ölülərimizi dəfn etməyimizi qadağan etmişdir; günəş doğduqdan yüksələnə qədər, günəş ən yüksəkdə olduqdan aşağı meyl edənə qədər və günəş batmağa meyl edəndən tam batana qədər”.”

Uqbə ibn Amir
SəhihNəsəi, 565 (Vaxtlar, 72)

Fəsil 35

Əsr namazından sonra namaz qılmağın qadağan olması

النَّهْيُ عَنِ الصَّلاَةِ بَعْدَ الْعَصْرِ

أَخْبَرَنَا مُجَاهِدُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا ابْنُ عُيَيْنَةَ ، عَنْ ضَمْرَةَ بْنِ سَعِيدٍ ، سَمِعَ أَبَا سَعِيدٍ الْخُدْرِيَّ يَقُولُ : نَهَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الصَّلاَةِ بَعْدَ الصُّبْحِ حَتَّى الطُّلُوعِ ، وَعَنِ الصَّلاَةِ بَعْدَ الْعَصْرِ حَتَّى الْغُرُوبِ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ Sübh namazından sonra günəş çıxana qədər və Əsr namazından sonra da günəş batana qədər namaz qılmağı qadağan etdi”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 566 (Vaxtlar, 73)

أَخْبَرَنَا عَبْدُ الْحَمِيدِ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا مَخْلَدٌ ، عَنِ ابْنِ جُرَيْجٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ ، أَنَّهُ سَمِعَ أَبَا سَعِيدٍ الْخُدْرِيَّ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لاَ صَلاَةَ بَعْدَ الْفَجْرِ حَتَّى تَبْزُغَ الشَّمْسُ ، وَلاَ صَلاَةَ بَعْدَ الْعَصْرِ حَتَّى تَغْرُبَ الشَّمْسُ

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Sübh namazından sonra günəş çıxana qədər namaz yoxdur. Əsr namazından sonra da günəş batana qədər namaz yoxdur”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 567 (Vaxtlar, 74)

أَخْبَرَنِي مَحْمُودُ بْنُ غَيْلاَنَ ، حَدَّثَنَا الْوَلِيدُ قَالَ : أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ نَمِرٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِنَحْوِهِ

“Eyni hədisdir.”

Əbu Səid əl-Xudri
ZəifNəsəi, 568 (Vaxtlar, 75)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ هِشَامِ بْنِ حُجَيْرٍ ، عَنْ طَاوُوسٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى عَنِ الصَّلاَةِ بَعْدَ الْعَصْرِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Əsr namazından sonra namaz qılmağı qadağan etmişdir.”

İbn Abbas
SəhihNəsəi, 569 (Vaxtlar, 76)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ الْمُخَرِّمِيُّ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ عَنْبَسَةَ ، قَالَ : حَدَّثَنَا وُهَيْبٌ ، عَنِ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ قَالَ : قَالَتْ عَائِشَةُ رَضِيَ اللَّهُ عَنْهَا : أَوْهَمَ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ ، إِنَّمَا نَهَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ تَتَحَرَّوْا بِصَلاَتِكُمْ طُلُوعَ الشَّمْسِ وَلاَ غُرُوبَهَا ؛ فَإِنَّهَا تَطْلُعُ بَيْنَ قَرْنَيْ شَيْطَانٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Ömər ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ qadağan edərək belə buyurdu: “Namazı gecikdirərək günəşin doğmasını və batmasını gözləyib qılmayın. Həqiqətən, günəş şeytanın buynuzları arasında batır”.”

Aişə
SəhihNəsəi, 570 (Vaxtlar, 77)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ قَالَ : أَخْبَرَنِي أَبِي قَالَ : أَخْبَرَنِي ابْنُ عُمَرَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا طَلَعَ حَاجِبُ الشَّمْسِ فَأَخِّرُوا الصَّلاَةَ حَتَّى تُشْرِقَ ، وَإِذَا غَابَ حَاجِبُ الشَّمْسِ فَأَخِّرُوا الصَّلاَةَ حَتَّى تَغْرُبَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Günəşin ucu görsəndikdən tam çıxana qədər və günəşin ucu tam batana qədər namaz qılmayın”.”

İbn Ömər
SəhihNəsəi, 571 (Vaxtlar, 78)

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ قَالَ : أَنْبَأَنَا آدَمُ بْنُ أَبِي إِيَاسٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ صَالِحٍ قَالَ : أَخْبَرَنِي أَبُو يَحْيَى سُلَيْمُ بْنُ عَامِرٍ ، وَضَمْرَةُ بْنُ حَبِيبٍ ، وَأَبُو طَلْحَةَ نُعَيْمُ بْنُ زِيَادٍ قَالُوا : سَمِعْنَا أَبَا أُمَامَةَ الْبَاهِلِيَّ يَقُولُ : سَمِعْتُ عَمْرَو بْنَ عَبَسَةَ يَقُولُ : قُلْتُ يَا رَسُولَ اللهِ ، هَلْ مِنْ سَاعَةٍ أَقْرَبُ مِنَ الأُخْرَى أَوْ هَلْ مِنْ سَاعَةٍ يُبْتَغَى ذِكْرُهَا ؟ قَالَ : نَعَمْ . إِنَّ أَقْرَبَ مَا يَكُونُ الرَّبُّ عَزَّ وَجَلَّ مِنَ الْعَبْدِ جَوْفَ اللَّيْلِ الآخِرَ ، فَإِنِ اسْتَطَعْتَ أَنْ تَكُونَ مِمَّنْ يَذْكُرُ اللَّهَ عَزَّ وَجَلَّ فِي تِلْكَ السَّاعَةِ فَكُنْ ؛ فَإِنَّ الصَّلاَةَ مَحْضُورَةٌ مَشْهُودَةٌ إِلَى طُلُوعِ الشَّمْسِ ، فَإِنَّهَا تَطْلُعُ بَيْنَ قَرْنَيِ الشَّيْطَانِ وَهِيَ سَاعَةُ صَلاَةِ الْكُفَّارِ ، فَدَعِ الصَّلاَةَ حَتَّى تَرْتَفِعَ قِيدَ رُمْحٍ وَيَذْهَبَ شُعَاعُهَا ، ثُمَّ الصَّلاَةُ مَحْضُورَةٌ مَشْهُودَةٌ حَتَّى تَعْتَدِلَ الشَّمْسُ اعْتِدَالَ الرُّمْحِ بِنِصْفِ النَّهَارِ ؛ فَإِنَّهَا سَاعَةٌ تُفْتَحُ فِيهَا أَبْوَابُ جَهَنَّمَ وَتُسْجَرُ فَدَعِ الصَّلاَةَ حَتَّى يَفِيءَ الْفَيْءُ ، ثُمَّ الصَّلاَةُ مَحْضُورَةٌ مَشْهُودَةٌ حَتَّى تَغِيبَ الشَّمْسُ ؛ فَإِنَّهَا تَغِيبُ بَيْنَ قَرْنَيْ شَيْطَانٍ وَهِيَ صَلاَةُ الْكُفَّارِ.

“Rəvayət edilir ki, Amr ibn Abəsə ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, Allaha daha yaxın olmaq üçün və ya Onu zikr etmək üçün daha münasib olan vaxt varmı?” O dedi: “Bəli, həqiqətən, qulun Rəbbə ﷿ ən yaxın olan anı gecənin axırıdır. Əgər sən bu vaxtda Allahı ﷿ zikr edənlər arasında olmağı bacarsan, bunu et! Namaz (mələklər tərəfindən) günəş çıxana qədər müşahidə olunur. Həqiqətən, günəş şeytanın iki buynuzu arasından çıxır və bu da kafirlərin namaz qıldıqları vaxtdır. Bu vaxt günəş bir nizə yüksələnə və şüaları itənə qədər namaz qılma! Namaz (mələklər tərəfindən) günəş baş üstündə olana – günortanın ortasına qədər müşahidə olunur. Bu vaxt Cəhənnəmin qapıları açılır və odun istiliyi artır. Günəş batmağa meyl edənə qədər namaz qılma! Sonra namaz (mələklər tərəfindən) günəş batana qədər müşahidə olunur. Günəş şeytanın iki buynuzu arasında batır və bu da kafirlərin namaz qıldığı vaxtdır”.”

Amr ibn Abəsə
SəhihNəsəi, 572 (Vaxtlar, 79)

Fəsil 36

Əsr namazından sonra namaz qılmağın icazəli olması

الرُّخْصَةُ فِي الصَّلاَةِ بَعْدَ الْعَصْرِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ هِلاَلِ بْنِ يِسَافٍ ، عَنْ وَهْبِ بْنِ الأَجْدَعِ ، عَنْ عَلِيٍّ قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الصَّلاَةِ بَعْدَ الْعَصْرِ إِلاَّ أَنْ تَكُونَ الشَّمْسُ بَيْضَاءَ نَقِيَّةً مُرْتَفِعَةً.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ Əsr namazından sonra namaz qılmağı qadağan etmişdir. Yalnız günəş ağappaq, təmiz və ucada olarkən qılmağa icazə vermişdir”.”

Əli
SəhihNəsəi, 573 (Vaxtlar, 80)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ هِشَامٍ قَالَ : أَخْبَرَنِي أَبِي قَالَ : قَالَتْ عَائِشَةُ : مَا تَرَكَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ السَّجْدَتَيْنِ بَعْدَ الْعَصْرِ عِنْدِي قَطُّ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ mənim yanımda Əsr namazından sonra iki rükət namazı heç vaxt tərk etməmişdir”.”

Aişə
SəhihNəsəi, 574 (Vaxtlar, 81)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مُغِيرَةَ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ قَالَ : قَالَتْ عَائِشَةُ رَضِيَ اللَّهُ عَنْهَا : مَا دَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعْدَ الْعَصْرِ إِلاَّ صَلاَّهُمَا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ Əsr namazından sonra yanıma hər dəfə gələndə mütləq iki rükət namaz qılardı”.”

Aişə
SəhihNəsəi, 575 (Vaxtlar, 82)

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، عَنْ خَالِدِ بْنِ الْحَارِثِ ، عَنْ شُعْبَةَ ، عَنْ أَبِي إِسْحَاقَ قَالَ : سَمِعْتُ مَسْرُوقًا ، وَالأَسْوَدَ قَالاَ : نَشْهَدُ عَلَى عَائِشَةَ أَنَّهَا قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا كَانَ عِنْدِي بَعْدَ الْعَصْرِ صَلاَّهُمَا.

“Rəvayət edilir ki, Məsruq və əl-Əsvəd ﵀ demişlər: “Biz Aişənin belə dediyinə şahidik: “Allah Elçisi ﷺ mənim yanımda olanda Əsr namazından sonra olan iki rükəti qılardı”.”

Məsruq və əl-Əsvəd
SəhihNəsəi, 576 (Vaxtlar, 83)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَنْبَأَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَسْوَدِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : صَلاَتَانِ مَا تَرَكَهُمَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي بَيْتِي سِرًّا وَلاَ عَلاَنِيَةً : رَكْعَتَانِ قَبْلَ الْفَجْرِ ، وَرَكْعَتَانِ بَعْدَ الْعَصْرِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ mənim evimdə iki namazı – istər gizli, istərsə də aşkar - heç vaxt tərk etmədi; Sübh namazından qabaq olan iki rükəti və Əsr namazından sonra olan iki rükəti”.”

Aişə
SəhihNəsəi, 577 (Vaxtlar, 84)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي حَرْمَلَةَ ، عَنْ أَبِي سَلَمَةَ ، أَنَّهُ سَأَلَ عَائِشَةَ عَنِ السَّجْدَتَيْنِ اللَّتَيْنِ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّيهِمَا بَعْدَ الْعَصْرِ . فَقَالَتْ : إِنَّهُ كَانَ يُصَلِّيهِمَا قَبْلَ الْعَصْرِ ، ثُمَّ إِنَّهُ شُغِلَ عَنْهُمَا أَوْ نَسِيَهُمَا فَصَلاَّهُمَا بَعْدَ الْعَصْرِ ، وَكَانَ إِذَا صَلَّى صَلاَةً أَثْبَتَهَا.

“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ Aişədən Allah Elçisinin ﷺ Əsr namazından sonra qıldığı iki rükət namaz haqda soruşdu. Aişə dedi: “Allah Elçisi ﷺ onu Əsr namazından qabaq qılardı. Onu bir iş məşğul etdikdə və ya qılmağı unutduqda bunu Əsr namazından sonra qılardı. O, bir namazı qıldıqda bunu davamiyyətli edərdi”.”

Əbu Sələmə
SəhihNəsəi, 578 (Vaxtlar, 85)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا الْمُعْتَمِرُ قَالَ : سَمِعْتُ مَعْمَرًا ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أُمِّ سَلَمَةَ : أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى فِي بَيْتِهَا بَعْدَ الْعَصْرِ رَكْعَتَيْنِ مَرَّةً وَاحِدَةً ، وَأَنَّهَا ذَكَرَتْ ذَلِكَ لَهُ فَقَالَ : هُمَا رَكْعَتَانِ كُنْتُ أُصَلِّيهِمَا بَعْدَ الظُّهْرِ فَشُغِلْتُ عَنْهُمَا حَتَّى صَلَّيْتُ الْعَصْرَ.

“Ummu Sələmə ﵂ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ onun evində Əsrdən sonra iki rükət namaz qıldı. Bunu ondan soruşduqda belə dedi: “Bu iki rükət Zöhrdən sonra qılacağım iki rükətdir. İşlər məni məşğul etdiyinə görə onu Əsrdən sonra qıldım”.”

Ummu Sələmə
SəhihNəsəi, 579 (Vaxtlar, 86)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا طَلْحَةُ بْنُ يَحْيَى ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ عُتْبَةَ ، عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ : شُغِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الرَّكْعَتَيْنِ قَبْلَ الْعَصْرِ فَصَلاَّهُمَا بَعْدَ الْعَصْرِ.

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Əsrdən qabaq Allah Elçisini ﷺ iş-güc məşğul etdikdə bu namazı Əsrdən sonra qılardı”.”

Ummu Sələmə
SəhihNəsəi, 580 (Vaxtlar, 87)

Fəsil 37

Günəş batmamışdan qabaq namaz qılmağın icazəli olması

الرُّخْصَةُ فِي الصَّلاَةِ قَبْلَ غُرُوبِ الشَّمْسِ

أَخْبَرَنَا عُثْمَانُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ مُعَاذٍ قَالَ : أَنْبَأَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا عِمْرَانُ بْنُ حُدَيْرٍ قَالَ : سَأَلْتُ لاَحِقًا عَنِ الرَّكْعَتَيْنِ قَبْلَ غُرُوبِ الشَّمْسِ فَقَالَ : كَانَ عَبْدُ اللهِ بْنُ الزُّبَيْرِ يُصَلِّيهِمَا ، فَأَرْسَلَ إِلَيْهِ مُعَاوِيَةُ : مَا هَاتَانِ الرَّكْعَتَانِ عِنْدَ غُرُوبِ الشَّمْسِ ؟ فَاضْطَرَّ الْحَدِيثَ إِلَى أُمِّ سَلَمَةَ ، فَقَالَتْ أُمُّ سَلَمَةَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّي رَكْعَتَيْنِ قَبْلَ الْعَصْرِ فَشُغِلَ عَنْهُمَا ، فَرَكَعَهُمَا حِينَ غَابَتِ الشَّمْسُ ، فَلَمْ أَرَهُ يُصَلِّيهِمَا قَبْلُ وَلاَ بَعْدُ.

“Rəvayət edilir ki, İmran ibn Hudeyr ﵀ demişdir: “Mən Ləhiqdən günəş batmamışdan qabaq qılınan iki rükət barəsində soruşdum. O dedi: “Abdullah ibn Zubeyr bunu qılardı. Muaviyə onun yanına adam göndərdi: “Günəş batarkən qılınan bu iki rükət nədir?” O, məcbur olub Ummu Sələmədən soruşdu. Ummu Sələmə dedi: “Həqiqətən, Allah Elçisi ﷺ bu iki rükəti Əsrdən qabaq qılardı. Bir dəfə iş onu məşğul etdi və bu iki rükəti günəş batdığı anda qıldı. Mən nə bundan qabaq, nə də bundan sonra onun bu namazı qıldığını görmədim”.”

İmran ibn Hudeyr
SəhihNəsəi, 581 (Vaxtlar, 88)

Fəsil 38

Məğribdən (gün batandan) qabaq namaz qılmağın icazəli olması

الرُّخْصَةُ فِي الصَّلاَةِ قَبْلَ الْمَغْرِبِ

أَخْبَرَنَا عَلِيُّ بْنُ عُثْمَانَ بْنِ مُحَمَّدِ بْنِ سَعِيدِ بْنِ عَبْدِ اللهِ بْنِ نُفَيْلٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ عِيسَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنَا بَكْرُ بْنُ مُضَرَ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، أَنَّ أَبَا الْخَيْرِ حَدَّثَهُ : أَنَّ أَبَا تَمِيمٍ الْجَيْشَانِيَّ قَامَ لِيَرْكَعَ رَكْعَتَيْنِ قَبْلَ الْمَغْرِبِ ، فَقُلْتُ لِعُقْبَةَ بْنِ عَامِرٍ انْظُرْ إِلَى هَذَا أَيَّ صَلاَةٍ يُصَلِّي ؟ فَالْتَفَتَ إِلَيْهِ فَرَآهُ فَقَالَ : هَذِهِ صَلاَةٌ كُنَّا نُصَلِّيهَا عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Əbul-Xayr ﵀ demişdir: “Əbu Təmim əl-Ceyşəni Məğribdən (gün batandan) qabaq iki rükət namaz qılmaq üçün ayağa qalxdı. Mən Uqbə ibn Amirə dedim: “Buna bax! O, hansı namazı qılır?” O, ona tərəf baxdı və dedi: “Bu, Allah Elçisinin ﷺ vaxtında bizim qıldığımız namazdır”.”

Əbul-Xayr
SəhihNəsəi, 582 (Vaxtlar, 89)

Fəsil 39

Sübhdən sonra qılınan namaz

الصَّلاَةُ بَعْدَ طُلُوعِ الْفَجْرِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْحَكَمِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ زَيْدِ بْنِ مُحَمَّدٍ قَالَ : سَمِعْتُ نَافِعًا يُحَدِّثُ ، عَنِ ابْنِ عُمَرَ ، عَنْ حَفْصَةَ أَنَّهَا قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا طَلَعَ الْفَجْرُ لاَ يُصَلِّي إِلاَّ رَكْعَتَيْنِ خَفِيفَتَيْنِ.

“Rəvayət edilir ki, Həfsa ﵂ demişdir: “Allah Elçisi ﷺ dan yeri söküldükdən sonra yalnız iki rükət qısa namaz qılardı”.”

Həfsa
SəhihNəsəi, 583 (Vaxtlar, 90)

Fəsil 40

Sübh namazına qədər olan vaxtda namaz qılmağın icazəli olması

إِبَاحَةُ الصَّلاَةِ إِلَى أَنْ يُصَلِّيَ الصُّبْحَ

أَخْبَرَنِي الْحَسَنُ بْنُ إِسْمَاعِيلَ بْنِ سُلَيْمَانَ وَأَيُّوبُ بْنُ مُحَمَّدٍ قَالاَ : حَدَّثَنَا حَجَّاجُ بْنُ مُحَمَّدٍ قَالَ : أَيُّوبُ حَدَّثَنَا ، وَقَالَ حَسَنٌ : أَخْبَرَنِي شُعْبَةُ ، عَنْ يَعْلَى بْنِ عَطَاءٍ ، عَنْ يَزِيدَ بْنِ طَلْقٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْبَيْلَمَانِيِّ ، عَنْ عَمْرِو بْنِ عَبَسَةَ قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، مَنْ أَسْلَمَ مَعَكَ ؟ قَالَ : حُرٌّ وَعَبْدٌ . قُلْتُ : هَلْ مِنْ سَاعَةٍ أَقْرَبُ إِلَى اللهِ عَزَّ وَجَلَّ مِنْ أُخْرَى ؟ قَالَ : نَعَمْ . جَوْفُ اللَّيْلِ الآخِرُ ، فَصَلِّ مَا بَدَا لَكَ حَتَّى تُصَلِّيَ الصُّبْحَ ، ثُمَّ انْتَهِ حَتَّى تَطْلُعَ الشَّمْسُ وَمَا دَامَتْ - وَقَالَ أَيُّوبُ : فَمَا دَامَتْ - كَأَنَّهَا حَجَفَةٌ حَتَّى تَنْتَشِرَ ، ثُمَّ صَلِّ مَا بَدَا لَكَ حَتَّى يَقُومَ الْعَمُودُ عَلَى ظِلِّهِ ، ثُمَّ انْتَهِ حَتَّى تَزُولَ الشَّمْسُ ؛ فَإِنَّ جَهَنَّمَ تُسْجَرُ نِصْفَ النَّهَارِ ، ثُمَّ صَلِّ مَا بَدَا لَكَ حَتَّى تُصَلِّيَ الْعَصْرَ ، ثُمَّ انْتَهِ حَتَّى تَغْرُبَ الشَّمْسُ ؛ فَإِنَّهَا تَغْرُبُ بَيْنَ قَرْنَيْ شَيْطَانٍ وَتَطْلُعُ بَيْنَ قَرْنَيْ شَيْطَانٍ.

“Rəvayət edilir ki, Amr ibn Abəsə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ yanına gəlib dedim: “Ey Allahın Elçisi, səninlə birlikdə kim müsəlman olmuşdur?” O dedi: “Azad olan da, qul olan da”. Mən dedim: “Allaha ﷿ ən yaxın olan vaxt var?” O dedi: “Bəli, gecənin ortasından Sübh namazına qədər istədiyin qədər namaz qıl. Sonra günəş çıxana qədər namaz qılma!” Hədisin ravilərindən biri Əyyub dedi: “Hər şeyin kölgəsi özü boyda olanadək istədiyin qədər namaz qıl. Sonra günəş zenitdə olana qədər gözlə, çünki gündüzün ortasında Cəhənnəm odlandırılır. Sonra Əsr namazınadək istədiyin qədər namaz qıl. Sonra günəş batana qədər namaz qılma, çünki günəş şeytanın iki buynuzu arasında batır və iki buynuzu arasında da çıxır”.”

Amr ibn Abəsə
SəhihNəsəi, 584 (Vaxtlar, 91)

Fəsil 41

Məkkədə namazın hər vaxt qılınmasının müstəhəb olması

إِبَاحَةُ الصَّلاَةِ فِي السَّاعَاتِ كُلِّهَا بِمَكَّةَ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ قَالَ : سَمِعْتُ مِنْ أَبِي الزُّبَيْرِ قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ بَابَاهَ يُحَدِّثُ ، عَنْ جُبَيْرِ بْنِ مُطْعِمٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : يَا بَنِي عَبْدِ مَنَافٍ ، لاَ تَمْنَعُوا أَحَدًا طَافَ بِهَذَا الْبَيْتِ وَصَلَّى أَيَّةَ سَاعَةٍ شَاءَ مِنْ لَيْلٍ أَوْ نَهَارٍ.

“Cubeyr ibn Mutim ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ey Abdimanaf oğulları! İstər gecə olsun, istərsə də gündüz - bu Evi təvaf edənə və orada namaz qılana heç bir vaxtda mane olmayın!””

Cubeyr ibn Mutim
SəhihNəsəi, 585 (Vaxtlar, 92)

Fəsil 42

Müsafirin Zöhrlə Əsr namazını birləşdirməsinin vaxtı

الْوَقْتُ الَّذِي يَجْمَعُ فِيهِ الْمُسَافِرُ بَيْنَ الظُّهْرِ وَالْعَصْرِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا مُفَضَّلٌ ، عَنْ عُقَيْلٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا ارْتَحَلَ قَبْلَ أَنْ تَزِيغَ الشَّمْسُ أَخَّرَ الظُّهْرَ إِلَى وَقْتِ الْعَصْرِ ، ثُمَّ نَزَلَ فَجَمَعَ بَيْنَهُمَا ، فَإِنْ زَاغَتِ الشَّمْسُ قَبْلَ أَنْ يَرْتَحِلَ صَلَّى الظُّهْرَ ، ثُمَّ رَكِبَ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ günəş zenitdən aşağı meyl etdikdən qabaq səfərdə olardısa, Zöhr namazını gecikdirib Əsr namazının vaxtında qılardı. Əgər günəş zenitdən aşağı meyl etdikdən sonra səfərə çıxardısa, Zöhr namazını qılar, sonra miniyinə minərək səfərə çıxardı”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 586 (Vaxtlar, 93)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنِ ابْنِ الْقَاسِمِ قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ أَبِي الزُّبَيْرِ الْمَكِّيِّ ، عَنْ أَبِي الطُّفَيْلِ عَامِرِ بْنِ وَاثِلَةَ ، أَنَّ مُعَاذَ بْنَ جَبَلٍ أَخْبَرَهُ : أَنَّهُمْ خَرَجُوا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَامَ تَبُوكَ ، فَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَجْمَعُ بَيْنَ الظُّهْرِ وَالْعَصْرِ وَالْمَغْرِبِ وَالْعِشَاء فَأَخَّرَ الصَّلاَةَ يَوْمًا ، ثُمَّ خَرَجَ فَصَلَّى الظُّهْرَ وَالْعَصْرَ جَمِيعًا ، ثُمَّ دَخَلَ ثُمَّ خَرَجَ فَصَلَّى الْمَغْرِبَ وَالْعِشَاء.

“Muaz ibn Cəbəl ﵁ rəvayət edir ki, onlar Təbuk döyüşü olan ildə Allah Elçisi ﷺ ilə birlikdə səfərə çıxmışdılar. Allah Elçisi ﷺ Zöhr namazını gecikdirib Əsr namazının vaxtında, Məğrib namazını gecikdirib İşa namazının vaxtında birləşdirib qıldı. Sonra çıxıb Zöhr namazını Əsr namazı ilə birləşdirib qıldı. (Bir müddət) sonra çıxıb Məğrib namazını İşa namazı ilə birləşdirib qıldı.”

Muaz ibn Cəbəl
SəhihNəsəi, 587 (Vaxtlar, 94)

Fəsil 43

Müsafirin Zöhr namazı ilə Əsr namazını birləşdirməsi

بَيَانُ ذَلِكَ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ بَزِيعٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا كَثِيرُ بْنُ قَارَوَنْدَا قَالَ : سَأَلْتُ سَالِمَ بْنَ عَبْدِ اللهِ عَنْ صَلاَةِ أَبِيهِ فِي السَّفَرِ ، وَسَأَلْنَاهُ هَلْ كَانَ يَجْمَعُ بَيْنَ شَيْءٍ مِنْ صَلاَتِهِ فِي سَفَرِهِ ؟ فَذَكَرَ أَنَّ صَفِيَّةَ بِنْتَ أَبِي عُبَيْدٍ كَانَتْ تَحْتَهُ ، فَكَتَبَتْ إِلَيْهِ وَهُوَ فِي زَرَّاعَةٍ لَهُ : أَنِّي فِي آخِرِ يَوْمٍ مِنْ أَيَّامِ الدُّنْيَا ، وَأَوَّلِ يَوْمٍ مِنَ الآخِرَةِ ، فَرَكِبَ فَأَسْرَعَ السَّيْرَ إِلَيْهَا حَتَّى إِذَا حَانَتْ صَلاَةُ الظُّهْرِ قَالَ لَهُ الْمُؤَذِّنُ : الصَّلاَةَ يَا أَبَا عَبْدِ الرَّحْمَنِ . فَلَمْ يَلْتَفِتْ حَتَّى إِذَا كَانَ بَيْنَ الصَّلاَتَيْنِ نَزَلَ فَقَالَ : أَقِمْ . فَإِذَا سَلَّمْتُ فَأَقِمْ فَصَلَّى ، ثُمَّ رَكِبَ حَتَّى إِذَا غَابَتِ الشَّمْسُ قَالَ لَهُ الْمُؤَذِّنُ : الصَّلاَةَ . فَقَالَ : كَفِعْلِكَ فِي صَلاَةِ الظُّهْرِ وَالْعَصْرِ ، ثُمَّ سَارَ حَتَّى إِذَا اشْتَبَكَتِ النُّجُومُ نَزَلَ ، ثُمَّ قَالَ لِلْمُؤَذِّنِ : أَقِمْ . فَإِذَا سَلَّمْتُ فَأَقِمْ فَصَلَّى ، ثُمَّ انْصَرَفَ فَالْتَفَتَ إِلَيْنَا فَقَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا حَضَرَ أَحَدَكُمُ الأَمْرُ الَّذِي يَخَافُ فَوْتَهُ فَلْيُصَلِّ هَذِهِ الصَّلاَةَ.

“Rəvayət edilir ki, Kəsir ibn Qaravəndə ﵀ demişdir: “Səlim ibn Abdullahdan atasının (Abdullah ibn Ömərin) səfərdə qıldığı namaz haqda soruşduq: “O, səfərdə namazları birləşdirərdimi?” Xatırlatdı ki, Səfiyyə bint Əbu Ubeyd İbn Ömərin zövcəsi idi. O, öz tarlasında işləyərkən İbn Ömərə ölümünün yaxınlaşmasına aid bir məktub yazmışdı: “Dünya günlərimin axırında, Axirət günlərimin isə əvvəlindəyəm”. İbn Ömər miniyinə minib səfər edərkən Zöhrün vaxtı gəldikdə müəzzin ona dedi: “Ey Əbu Abdur-Rahmən, namaz!” O, buna iki namazın (Zöhr və Əsr) arasındakı vaxta qədər fikir vermədi. Sonra isə miniyindən enərək dedi: “İqaməni ver! Mən salam verdikdə (Əsr namazının) iqaməsini ver və namaz qıl”. Sonra miniyinə minib gün batana qədər yoluna davam etdi. Müəzzin ona dedi: “Namaz”. O: “Zöhrdə və Əsrdə etdiyin kimi et!”- deyib, ulduzlar görünənə qədər yoluna davam etdi. Sonra müəzzinə dedi: “İqamə ver! Mən salam verdikdə yenidən iqamə ver”. Sonra getdi və bizə tərəf dönüb dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri bir əməli etməyi çatdıra bilməyəcəyindən qorxarsa, qoy, namazı belə qılsın”.”

Kəsir ibn Qaravəndə
HəsənNəsəi, 588 (Vaxtlar, 95)

Fəsil 44

Daimi yaşadığı yerdə olan adamın namazları cəm etməsi

الْوَقْتُ الَّذِي يَجْمَعُ فِيهِ الْمُقِيمُ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ جَابِرِ بْنِ زَيْدٍ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : صَلَّيْتُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْمَدِينَةِ ثَمَانِيًا جَمِيعًا وَسَبْعًا جَمِيعًا ، أَخَّرَ الظُّهْرَ وَعَجَّلَ الْعَصْرَ ، وَأَخَّرَ الْمَغْرِبَ وَعَجَّلَ الْعِشَاء.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ ilə birlikdə Mədinədə səkkiz rükət (Zöhrlə Əsr) və yeddi rükət (Məğriblə İşa) namazlarını qıldıq. O, Zöhr namazını gecikdirib Əsr namazını tezləşdirdi və Məğrib namazını gecikdirib İşa namazını tezləşdirdi”.”

İbn Abbas
SəhihNəsəi, 589 (Vaxtlar, 96)

أَخْبَرَنِي أَبُو عَاصِمٍ خُشَيْشُ بْنُ أَصْرَمَ ، قَالَ : حَدَّثَنَا حَبَّانُ بْنُ هِلاَلٍ ، حَدَّثَنَا حَبِيبٌ وَهُوَ ابْنُ أَبِي حَبِيبٍ ، عَنْ عَمْرِو بْنِ هَرِمٍ ، عَنْ جَابِرِ بْنِ زَيْدٍ ، عَنِ ابْنِ عَبَّاسٍ : أَنَّهُ صَلَّى بِالْبَصْرَةِ الأُولَى ، وَالْعَصْرَ لَيْسَ بَيْنَهُمَا شَيْءٌ ، وَالْمَغْرِبَ وَالْعِشَاء لَيْسَ بَيْنَهُمَا شَيْءٌ فَعَلَ ذَلِكَ مِنْ شُغْلٍ . وَزَعَمَ ابْنُ عَبَّاسٍ أَنَّهُ صَلَّى مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْمَدِينَةِ الأُولَى ، وَالْعَصْرَ ثَمَانِ سَجَدَاتٍ لَيْسَ بَيْنَهُمَا شَيْءٌ.

“Cabir ibn Zeyd ﵀ rəvayət edir ki, İbn Abbas Bəsrədə Zöhrlə Əsr, Məğriblə də İşa namazlarını ayrılıqda qılmayaraq birləşdirdi. Onu heç bir iş məşğul etmədən bunu etdi, çünki İbn Abbas Allah Elçisinin ﷺ yanında olarkən Allah Elçisi ﷺ də Mədinədə Zöhr və Əsr namazlarını birləşdirərək qılmışdı.”

Cabir ibn Zeyd
SəhihNəsəi, 590 (Vaxtlar, 97)

Fəsil 45

Müsafirin Məğriblə İşa namazlarını birləşdirməsinin vaxtı

الْوَقْتُ الَّذِي يَجْمَعُ فِيهِ الْمُسَافِرُ بَيْنَ الْمَغْرِبِ وَالْعِشَاءِ

أَخْبَرَنِي إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنِ ابْنِ أَبِي نَجِيحٍ ، عَنْ إِسْمَاعِيلَ بْنِ عَبْدِ الرَّحْمَنِ شَيْخٍ مِنْ قُرَيْشٍ قَالَ : صَحِبْتُ ابْنَ عُمَرَ إِلَى الْحِمَى ، فَلَمَّا غَرَبَتِ الشَّمْسُ هِبْتُ أَنْ أَقُولَ لَهُ الصَّلاَةَ فَسَارَ حَتَّى ذَهَبَ بَيَاضُ الأُفُقِ وَفَحْمَةُ الْعِشَاء ، ثُمَّ نَزَلَ فَصَلَّى الْمَغْرِبَ ثَلاَثَ رَكَعَاتٍ ، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ عَلَى إِثْرِهَا . ثُمَّ قَالَ : هَكَذَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَفْعَلُ.

“Rəvayət edilir ki, Qureyş ağsaqqallarından olan İsmail ibn Abdur-Rahmən ﵀ demişdir: “Mən Himə adlı yerə səfər edərkən İbn Ömərlə yoldaş oldum. Günəş batdıqda mən ona namazı xatırlatmaq istədim, lakin o, üfüqdəki ağartı itənə qədər yoluna davam etdi. Sonra miniyindən düşüb İşanın vaxtında Məğrib namazını üç rükət qıldı. Sonra onun ardı ilə iki rükət (İşa namazını) qıldı. Sonra da dedi: “Mən Allah Elçisinin ﷺ belə etdiyini görmüşəm”.”

İsmail ibn Abdur-Rahmən
SəhihNəsəi, 591 (Vaxtlar, 98)

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنِ ابْنِ أَبِي حَمْزَةَ ، وَأَنْبَأَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ الْمُغِيرَةِ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ وَاللَّفْظُ لَهُ ، عَنْ شُعَيْبٍ ، عَنِ الزُّهْرِيِّ قَالَ : أَخْبَرَنِي سَالِمٌ ، عَنْ أَبِيهِ قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا عَجِلَهُ السَّيْرُ فِي السَّفَرِ يُؤَخِّرُ صَلاَةَ الْمَغْرِبِ حَتَّى يَجْمَعَ بَيْنَهَا وَبَيْنَ الْعِشَاء.

“Səlim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ səfərdə tələsdikdə, Məğrib namazını gecikdirərək İşa namazı ilə birləşdirib qıldığını görmüşəm”.”

Səlim atasından
SəhihNəsəi, 592 (Vaxtlar, 99)

أَخْبَرَنَا الْمُؤَمَّلُ بْنُ إِهَابٍ قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ مُحَمَّدٍ الْجَارِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ ، عَنْ مَالِكِ بْنِ أَنَسٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : غَابَتِ الشَّمْسُ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَكَّةَ فَجَمَعَ بَيْنَ الصَّلاَتَيْنِ بِسَرِفَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ Məkkədə idi. Günəş batdıqda, Allah Elçisi ﷺ Sərif deyilən yerdə iki namazı (Məğrib ilə İşa namazlarını) birləşdirərək qıldı”.”

Cabir
ZəifNəsəi, 593 (Vaxtlar, 100)

أَخْبَرَنِي عَمْرُو بْنُ سَوَّادِ بْنِ الأَسْوَدِ بْنِ عَمْرٍو قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : حَدَّثَنَا جَابِرُ بْنُ إِسْمَاعِيلَ ، عَنْ عُقَيْلٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ أَنَسٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَنَّهُ كَانَ إِذَا عَجِلَ بِهِ السَّيْرُ يُؤَخِّرُ الظُّهْرَ إِلَى وَقْتِ الْعَصْرِ فَيَجْمَعُ بَيْنَهُمَا ، وَيُؤَخِّرُ الْمَغْرِبَ حَتَّى يَجْمَعَ بَيْنَهَا وَبَيْنَ الْعِشَاء حَتَّى يَغِيبَ الشَّفَقُ.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ səfərdə tələsdikdə Zöhr namazını gecikdirib Əsrin vaxtında Əsr namazı ilə birləşdirərdi. Məğrib namazını gecikdirib şəfəq yox olan vaxtda İşa namazı ilə birləşdirərdi.”

Ənəs
SəhihNəsəi, 594 (Vaxtlar, 101)

أَخْبَرَنَا مَحْمُودُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، قَالَ : حَدَّثَنَا ابْنُ جَابِرٍ قَالَ : حَدَّثَنِي نَافِعٌ قَالَ : خَرَجْتُ مَعَ عَبْدِ اللهِ بْنِ عُمَرَ فِي سَفَرٍ يُرِيدُ أَرْضًا ، فَأَتَاهُ آتٍ فَقَالَ : إِنَّ صَفِيَّةَ بِنْتَ أَبِي عُبَيْدٍ لِمَا بِهَا ، فَانْظُرْ أَنْ تُدْرِكَهَا ، فَخَرَجَ مُسْرِعًا وَمَعَهُ رَجُلٌ مِنْ قُرَيْشٍ يُسَايِرُهُ ، وَغَابَتِ الشَّمْسُ فَلَمْ يُصَلِّ الصَّلاَةَ ، وَكَانَ عَهْدِي بِهِ وَهُوَ يُحَافِظُ عَلَى الصَّلاَةِ ، فَلَمَّا أَبْطَأَ قُلْتُ : الصَّلاَةَ يَرْحَمُكَ اللَّهُ فَالْتَفَتَ إِلَيَّ وَمَضَى ، حَتَّى إِذَا كَانَ فِي آخِرِ الشَّفَقِ نَزَلَ فَصَلَّى الْمَغْرِبَ ، ثُمَّ أَقَامَ الْعِشَاء وَقَدْ تَوَارَى الشَّفَقُ فَصَلَّى بِنَا ، ثُمَّ أَقْبَلَ عَلَيْنَا فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا عَجِلَ بِهِ السَّيْرُ صَنَعَ هَكَذَا.

“Rəvayət edilir ki, Nafi ﵀ demişdir: “Mən Abdullah ibn Ömərlə birlikdə səfərə çıxdım. Ona verilən torpağa tərəf gedirdi. Bir nəfər onun yanına gəlib dedi: “Səfiyyə bint Əbu Ubeyd xəstələnib, bax gör ona tez çata bilərsənmi?!” O da tələsik (Səfiyyənin yanına getmək üçün) çıxdı. Onunla birlikdə Qureyşdən olan bir kişi var idi. Günəş batdı, lakin o, namazı qılmadı. Onun yanında olan kişi namazlarını vaxtında qılardı. Qızartı tamamilə itdikdə mən ona dedim: “Allah sənə rəhm etsin, bəs namaz!?” O, mənə tərəf döndü, sonra səfərinə davam etdi. Şəfəqin axır (itən) vaxtı idi. Miniyindən düşüb Məğrib namazını qıldı, sonra iqamə verib İşa namazını qıldı. Bizimlə namaz qıldıqda, artıq, şəfəq tam yox olmuşdu. Sonra bizə tərəf dönüb belə dedi: “Həqiqətən, Allah Elçisi ﷺ səfərdə tələsdikdə belə edərdi”.”

Nafi
SəhihNəsəi, 595 (Vaxtlar, 102)

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا الْعَطَّافُ ، عَنْ نَافِعٍ قَالَ : أَقْبَلْنَا مَعَ ابْنِ عُمَرَ مِنْ مَكَّةَ ، فَلَمَّا كَانَ تِلْكَ اللَّيْلَةُ سَارَ بِنَا حَتَّى أَمْسَيْنَا ، فَظَنَنَّا أَنَّهُ نَسِيَ الصَّلاَةَ فَقُلْنَا لَهُ : الصَّلاَةَ فَسَكَتَ وَسَارَ حَتَّى كَادَ الشَّفَقُ أَنْ يَغِيبَ ، ثُمَّ نَزَلَ فَصَلَّى ، وَغَابَ الشَّفَقُ فَصَلَّى الْعِشَاء . ثُمَّ أَقْبَلَ عَلَيْنَا فَقَالَ : هَكَذَا كُنَّا نَصْنَعُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا جَدَّ بِهِ السَّيْرُ.

“Rəvayət edilir ki, Nafi ﵀ demişdir: “Məkkədə İbn Ömərlə səfərə çıxmışdıq. Biz gecə olana qədər yolumuza davam etdik. Gecə olduqda, biz elə zənn etdik ki, o, namazı unudub. Ona dedik: “Namazı qılaq!” O, susdu və biz yolumuza davam etdik. Artıq, günəşin şəfəqinin yox olmasına az qalırdı. Sonra miniyindən enərək namaz qıldı. Şəfəq itdikdə İşa namazını qıldı və bizə dönərək dedi: “Biz Allah Elçisi ﷺ ilə səfərə çıxdıqda tələsərkən belə edərdik”.”

Nafi
SəhihNəsəi, 596 (Vaxtlar, 103)

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ الرَّحِيمِ ، قَالَ : حَدَّثَنَا ابْنُ شُمَيْلٍ ، قَالَ : حَدَّثَنَا كَثِيرُ بْنُ قَارَوَنْدَا قَالَ : سَأَلْنَا سَالِمَ بْنَ عَبْدِ اللهِ عَنِ الصَّلاَة فِي السَّفَرِ فَقُلْنَا : أَكَانَ عَبْدُ اللهِ يَجْمَعُ بَيْنَ شَيْءٍ مِنَ الصَّلَوَاتِ فِي السَّفَرِ ؟ فَقَالَ : لاَ . إِلاَّ بِجَمْعٍ ، ثُمَّ أَتَيْتُهُ فَقَالَ : كَانَتْ عِنْدَهُ صَفِيَّةُ فَأَرْسَلَتْ إِلَيْهِ : أَنِّي فِي آخِرِ يَوْمٍ مِنَ الدُّنْيَا وَأَوَّلِ يَوْمٍ مِنَ الآخِرَةِ ، فَرَكِبَ وَأَنَا مَعَهُ فَأَسْرَعَ السَّيْرَ حَتَّى حَانَتِ الصَّلاَةُ ، فَقَالَ لَهُ الْمُؤَذِّنُ : الصَّلاَةَ يَا أَبَا عَبْدِ الرَّحْمَنِ فَسَارَ حَتَّى إِذَا كَانَ بَيْنَ الصَّلاَتَيْنِ نَزَلَ فَقَالَ لِلْمُؤَذِّنِ : أَقِمْ . فَإِذَا سَلَّمْتُ مِنَ الظُّهْرِ فَأَقِمْ مَكَانَكَ ، فَأَقَامَ فَصَلَّى الظُّهْرَ رَكْعَتَيْنِ ثُمَّ سَلَّمَ ، ثُمَّ أَقَامَ مَكَانَهُ فَصَلَّى الْعَصْرَ رَكْعَتَيْنِ ، ثُمَّ رَكِبَ فَأَسْرَعَ السَّيْرَ حَتَّى غَابَتِ الشَّمْسُ فَقَالَ لَهُ الْمُؤَذِّنُ : الصَّلاَةَ يَا أَبَا عَبْدِ الرَّحْمَنِ فَقَالَ : كَفِعْلِكَ الأَوَّلِ فَسَارَ حَتَّى إِذَا اشْتَبَكَتِ النُّجُومُ نَزَلَ فَقَالَ : أَقِمْ ، فَإِذَا سَلَّمْتُ فَأَقِمْ فَصَلَّى الْمَغْرِبَ ثَلاَثًا ، ثُمَّ أَقَامَ مَكَانَهُ فَصَلَّى الْعِشَاء الآخِرَةَ ثُمَّ سَلَّمَ وَاحِدَةً تِلْقَاءَ وَجْهِهِ ، ثُمَّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا حَضَرَ أَحَدَكُمْ أَمْرٌ يَخْشَى فَوْتَهُ فَلْيُصَلِّ هَذِهِ الصَّلاَةَ.

“Rəvayət edilir ki, Kəsir ibn Qaravəndə ﵀ demişdir: “Biz Səlim ibn Abdullahdan səfərdə qılınan namaz haqda soruşduq: “Abdullah (ibn Ömər) səfər vaxtı namazları birləşdirərdimi?” O dedi: “Xeyr, yalnız (Müzdəlifədə) birləşdirərdi”. Sonra onun yanına gəldim. Səfiyyə atama məktub göndərdi: “Dünya günlərimin axırında, Axirət günlərimin isə əvvəlindəyəm”. O, miniyinə minib səfər edərkən Zöhrün vaxtı gəldikdə müəzzin ona dedi: “Namaz, ey Əbu Abdur-Rahmən!” O, buna iki namazın (Zöhr və Əsr) arasındakı vaxta qədər fikir vermədi. Sonra isə miniyindən endi və dedi: “İqaməni ver! Mən salam verdikdə (Əsr namazının) iqaməsini ver və namaz qıl”. Sonra miniyinə minib günəş batana qədər yoluna davam etdi. Müəzzin ona dedi: “Namaz”. O: “Zöhrdə və Əsrdə etdiyin kimi et!”- deyib, ulduzlar görünənə qədər yoluna davam etdi. Sonra müəzzinə dedi: “İqamə ver! Mən salam verdikdə yenidən (İşa namazı üçün) iqamə ver”. Sonra getdi və bizə tərəf dönüb dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən birinizi başını qatacaq bir iş məşğul etdikdə, qoy namazı belə qılsın”.”

Kəsir ibn Qaravəndə
HəsənNəsəi, 597 (Vaxtlar, 104)

Fəsil 46

Namazlar nə zaman birləşdirilir?

الْحَالُ الَّتِي يُجْمَعُ فِيهَا بَيْنَ الصَّلاَتَيْنِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ : أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا جَدَّ بِهِ السَّيْرُ جَمَعَ بَيْنَ الْمَغْرِبِ وَالْعِشَاء.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ yolda ciddi bir işi olduqda Məğrib namazını İşa namazı ilə birləşdirdiyini görmüşəm”.”

İbn Ömər
SəhihNəsəi, 598 (Vaxtlar, 105)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا جَدَّ بِهِ السَّيْرُ أَوْ حَزَبَهُ أَمْرٌ جَمَعَ بَيْنَ الْمَغْرِبِ وَالْعِشَاء.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Peyğəmbərin ﷺ yolda ciddi bir işi olduqda və ya tələsdikdə Məğrib namazını İşa namazı ilə birləşdirdiyini görmüşəm”.”

İbn Ömər
SəhihNəsəi, 599 (Vaxtlar, 106)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ قَالَ : أَنْبَأَنَا سُفْيَانُ قَالَ : سَمِعْتُ الزُّهْرِيَّ قَالَ : أَخْبَرَنِي سَالِمٌ ، عَنْ أَبِيهِ قَالَ : رَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا جَدَّ بِهِ السَّيْرُ جَمَعَ بَيْنَ الْمَغْرِبِ وَالْعِشَاء.

“Səlim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərin ﷺ yolda ciddi bir işi olduqda Məğrib namazını İşa namazı ilə birləşdirdiyini görmüşəm”.”

Səlim atasından
SəhihNəsəi, 600 (Vaxtlar, 107)

Fəsil 47

Bir yerdə daimi yaşayanın iki namazı birləşdirməsi

الْجَمْعُ بَيْنَ الصَّلاَتَيْنِ فِي الْحَضَرِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ وَالْعَصْرَ جَمِيعًا ، وَالْمَغْرِبَ وَالْعِشَاء جَمِيعًا مِنْ غَيْرِ خَوْفٍ وَلاَ سَفَرٍ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ qorxu və səfərdə olmadığı halda Zöhr namazı ilə Əsr namazını, Məğrib namazı ilə İşa namazını birləşdirib qıldı”.”

İbn Abbas
SəhihNəsəi, 601 (Vaxtlar, 108)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْعَزِيزِ بْنِ أَبِي رِزْمَةَ وَاسْمُهُ غَزْوَانُ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنِ الأَعْمَشِ ، عَنْ حَبِيبِ بْنِ أَبِي ثَابِتٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّي بِالْمَدِينَةِ يَجْمَعُ بَيْنَ الصَّلاَتَيْنِ بَيْنَ الظُّهْرِ وَالْعَصْرِ ، وَالْمَغْرِبِ وَالْعِشَاء مِنْ غَيْرِ خَوْفٍ وَلاَ مَطَرٍ . قِيلَ لَهُ : لِمَ ؟ قَالَ : لِئَلاَّ يَكُونَ عَلَى أُمَّتِهِ حَرَجٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Mədinədə olanda qorxu və yağış olmadığı halda Zöhrlə Əsr namazını, Məğriblə İşa namazını birləşdirib qıldı. İbn Abbasa deyildi: “Nəyə görə belə etdi?” İbn Abbas dedi: “O, ümməti üçün çətinlik olmasın deyə belə etdi”.”

İbn Abbas
SəhihNəsəi, 602 (Vaxtlar, 109)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ أَبِي الشَّعْثَاءِ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : صَلَّيْتُ وَرَاءَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثَمَانِيًا جَمِيعًا وَسَبْعًا جَمِيعًا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ arxasında səkkiz rükəti (Zöhr və Əsr namazlarını) və yeddi rükəti (Məğrib və İşa namazlarını) birləşdirərək qıldım”.”

İbn Abbas
SəhihNəsəi, 603 (Vaxtlar, 110)

Fəsil 48

Arafada Zöhr və Əsr namazlarını birləşdirmək

الْجَمْعُ بَيْنَ الظُّهْرِ وَالْعَصْرِ بِعَرَفَةَ

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ هَارُونَ ، قَالَ : حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، أَنَّ جَابِرَ بْنَ عَبْدِ اللهِ قَالَ : سَارَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى أَتَى عَرَفَةَ ، فَوَجَدَ الْقُبَّةَ قَدْ ضُرِبَتْ لَهُ بِنَمِرَةَ فَنَزَلَ بِهَا ، حَتَّى إِذَا زَاغَتِ الشَّمْسُ أَمَرَ بِالْقَصْوَاءِ فَرُحِلَتْ لَهُ ، حَتَّى إِذَا انْتَهَى إِلَى بَطْنِ الْوَادِي خَطَبَ النَّاسَ ، ثُمَّ أَذَّنَ بِلاَلٌ ، ثُمَّ أَقَامَ فَصَلَّى الظُّهْرَ ، ثُمَّ أَقَامَ فَصَلَّى الْعَصْرَ ، وَلَمْ يُصَلِّ بَيْنَهُمَا شَيْئًا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ səfərə çıxaraq Arafaya çatdı. Onun üçün Nəmrə adlı yerdə bir çadır quruldu və ora daxil oldu. Günəş zenitdən keçdikdə əmr etdi ki, Qasvə adlı dəvəsini hazırlasınlar. Allah Elçisi ﷺ ona mindi və vadinin ortasında xütbə verdi. Sonra Bilal azan verdi. Sonra iqamə verdi və Peyğəmbər ﷺ Zöhr namazını qıldı. Sonra (Bilal) iqamə verdi və Peyğəmbər ﷺ Əsr namazını qıldı. Onların arasında isə başqa heç bir namaz qılmadı”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 604 (Vaxtlar, 111)

Fəsil 49

Müzdəlifədə Məğriblə İşa namazlarını birləşdirmək

الْجَمْعُ بَيْنَ الْمَغْرِبِ وَالْعِشَاءِ بِالْمُزْدَلِفَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عَدِيِّ بْنِ ثَابِتٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، أَنَّ أَبَا أَيُّوبَ الأَنْصَارِيَّ أَخْبَرَهُ ، أَنَّهُ صَلَّى مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّةِ الْوَدَاعِ الْمَغْرِبَ وَالْعِشَاء بِالْمُزْدَلِفَةِ جَمِيعًا.

“Rəvayət edilir ki, Əbu Əyyub əl-Ənsari ﵁ Vida həcci vaxtı Müzdəlifədə Allah Elçisi ﷺ ilə birlikdə Məğriblə İşa namazlarını birləşdirib qılmışdır.”

Əbu Əyyub əl-Ənsari
SəhihNəsəi, 605 (Vaxtlar, 112)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، عَنْ إِسْمَاعِيلَ بْنِ أَبِي خَالِدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو إِسْحَاقَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ قَالَ : كُنْتُ مَعَ ابْنِ عُمَرَ حَيْثُ أَفَاضَ مِنْ عَرَفَاتٍ ، فَلَمَّا أَتَى جَمْعًا جَمَعَ بَيْنَ الْمَغْرِبِ وَالْعِشَاء . فَلَمَّا فَرَغَ قَالَ : فَعَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي هَذَا الْمَكَانِ مِثْلَ هَذَا.

“Rəvayət edilir ki, Səid ibn Cubeyr ﵀ demişdir: “Arafadan qayıtdıqda İbn Ömər ilə bir yerdə idim. O, insanların yığışdıqları yerə gəldikdə Məğrib və İşa namazlarını birləşdirib qıldı və dönüb belə dedi: “Allah Elçisi ﷺ bu yerdə mənim etdiyim kimi etmişdi”.”

Səid ibn Cubeyr
SəhihNəsəi, 606 (Vaxtlar, 113)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ مَالِكٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى الْمَغْرِبَ وَالْعِشَاء بِالْمُزْدَلِفَةِ

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Müzdəlifədə Məğrib və İşa namazlarını birlikdə qıldı.”

İbn Ömər
SəhihNəsəi, 607 (Vaxtlar, 114)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الأَعْمَشِ ، عَنْ عُمَارَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ عَبْدِ اللهِ قَالَ : مَا رَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَمَعَ بَيْنَ صَلاَتَيْنِ إِلاَّ بِجَمْعٍ ، وَصَلَّى الصُّبْحَ يَوْمَئِذٍ قَبْلَ وَقْتِهَا.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Mən Müzdəlifədən başqa bir yerdə Peyğəmbərin ﷺ namazları birləşdirdiyini görmədim. O gün Sübh namazını adətən qıldığı vaxtdan daha tez qıldı”.”

Abdullah
SəhihNəsəi, 608 (Vaxtlar, 115)

Fəsil 50

Namazları birləşdirməyin qaydası

كَيْفَ الْجَمْعُ

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عُقْبَةَ وَمُحَمَّدُ بْنُ أَبِي حَرْمَلَةَ ، عَنْ كُرَيْبٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ وَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَرْدَفَهُ مِنْ عَرَفَةَ ، فَلَمَّا أَتَى الشِّعْبَ نَزَلَ فَبَالَ ، وَلَمْ يَقُلْ أَهْرَاقَ الْمَاءَ قَالَ : فَصَبَبْتُ عَلَيْهِ مِنْ إِدَاوَةٍ ، فَتَوَضَّأَ وُضُوءًا خَفِيفًا فَقُلْتُ لَهُ : الصَّلاَةَ . فَقَالَ : الصَّلاَةُ أَمَامَكَ . فَلَمَّا أَتَى الْمُزْدَلِفَةَ صَلَّى الْمَغْرِبَ ، ثُمَّ نَزَعُوا رِحَالَهُمْ ، ثُمَّ صَلَّى الْعِشَاء

“Usamə ibn Zeyd ﵁ rəvayət edir ki, Peyğəmbərlə ﷺ eyni miniyin tərkində Arafadan dağlıq bir yola gəldikdə miniyindən düşüb kiçik subaşına çıxdı. Usamə ibn Zeyd Peyğəmbərin ﷺ subaşına çıxmasını danışmadı: “Əlinə su tökdüm və yüngül bir dəstəmaz aldı. Sonra mən ondan soruşdum: “Namazı qılırıqmı?” O dedi: “Xeyr, namaz qarşıda qılınacaq”. Müzdəlifəyə gəldikdə Məğrib namazını qıldı. Miniklərdən yükləri düşürtdükdən sonra da İşa namazını qıldı”.”

Usamə ibn Zeyd
SəhihNəsəi, 609 (Vaxtlar, 116)

Fəsil 51

Vaxtında qılınan namazın fəziləti

فَضْلُ الصَّلاَةِ لِمَوَاقِيتِهَا

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ قَالَ : أَخْبَرَنِي الْوَلِيدُ بْنُ الْعَيْزَارِ قَالَ : سَمِعْتُ أَبَا عَمْرٍو الشَّيْبَانِيَّ يَقُولُ : حَدَّثَنَا صَاحِبُ هَذِهِ الدَّارِ وَأَشَارَ إِلَى دَارِ عَبْدِ اللهِ قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَيُّ الْعَمَلِ أَحَبُّ إِلَى اللهِ تَعَالَى ؟ قَالَ : الصَّلاَةُ عَلَى وَقْتِهَا ، وَبِرُّ الْوَالِدَيْنِ ، وَالْجِهَادُ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Əbu Amr əş-Şeybani ﵀ demişdir: “Bu evin yiyəsi – Abdullahın evinə işarə edərək - buyurdu: “Mən Allah Elçisindən ﷺ soruşdum: “Uca Allaha ən sevimli əməl hansıdır?” O buyurdu: “Vaxtında qılınan namaz, valideynlərə edilən yaxşılıq və Allah ﷿ yolunda edilən cihad”.”

Əbu Amr əş-Şeybani
SəhihNəsəi, 610 (Vaxtlar, 117)

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ النَّخَعِيُّ سَمِعَهُ مِنْ أَبِي عَمْرٍو ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَيُّ الْعَمَلِ أَحَبُّ إِلَى اللهِ عَزَّ وَجَلَّ ؟ قَالَ : إِقَامُ الصَّلاَةِ لِوَقْتِهَا ، وَبِرُّ الْوَالِدَيْنِ ، وَالْجِهَادُ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ soruşdum: “Hansı əməl Allaha ﷿ daha sevimlidir?” O buyurdu: “Namazı vaxtında qılmaq, valideynlərə yaxşılıq etmək və Allah ﷿ yolunda cihad etmək”.”

Abdullah ibn Məsud
SəhihNəsəi, 611 (Vaxtlar, 118)

أَخْبَرَنَا يَحْيَى بْنُ حَكِيمٍ وَعَمْرُو بْنُ يَزِيدَ قَالاَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ شُعْبَةَ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مُحَمَّدِ بْنِ الْمُنْتَشِرِ ، عَنْ أَبِيهِ ، أَنَّهُ كَانَ فِي مَسْجِدِ عَمْرِو بْنِ شُرَحْبِيلَ فَأُقِيمَتِ الصَّلاَةُ فَجُعِلُوا يُنْتَظَرُونَهُ فَقَالَ : إِنِّي كُنْتُ أُوتِرُ . قَالَ : وَسُئِلَ عَبْدُ اللهِ هَلْ بَعْدَ الأَذَانِ وِتْرٌ ؟ قَالَ : نَعَمْ . وَبَعْدَ الإِقَامَةِ ، وَحَدَّثَ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّهُ نَامَ عَنِ الصَّلاَةِ حَتَّى طَلَعَتِ الشَّمْسُ ، ثُمَّ صَلَّى وَاللَّفْظُ لِيَحْيَى

“Rəvayət edilir ki, İbrahim ibn Muhəmməd ibn əl-Muntəşirin atası Amr ibn Şurahbilin namaz qıldırdığı məsciddə idi. Onlar imamı gözləyirdilər. O dedi: “Mən vitri qılacam”. Abdullahdan soruşdular: “Azandan sonra vitr olur?” O dedi: “Bəli, iqamədən də sonra olur!” O, danışdı ki, Peyğəmbər ﷺ günəş çıxana qədər yatıb qalmış, sonra da namaz qılmışdı.”

İbrahim ibn Muhəmməd ibn əl-Muntəşir atasından
SəhihNəsəi, 612 (Vaxtlar, 119)

Fəsil 52

Namazı unudan nə etməlidir?

فِيمَنْ نَسِيَ صَلاَةً

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ نَسِيَ صَلاَةً فَلْيُصَلِّهَا إِذَا ذَكَرَهَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Kim namazı yaddan çıxararaq qılmazsa, yadına düşən kimi qılsın”.”

Ənəs
SəhihNəsəi, 613 (Vaxtlar, 120)

Fəsil 53

Namaza yatıb qalan nə etməlidir?

فِيمَنْ نَامَ عَنِ الصَّلاَةِ

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، عَنْ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ الأَحْوَلُ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ قَالَ : سُئِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الرَّجُلِ يَرْقُدُ عَنِ الصَّلاَةِ أَوْ يَغْفُلُ عَنْهَا قَالَ : كَفَّارَتُهَا أَنْ يُصَلِّيَهَا إِذَا ذَكَرَهَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisindən ﷺ namaza yatıb qalan haqda soruşulduqda belə buyurdu: “Bu namazın kəffarəsi oyanan kimi qılınmasıdır”.”

Ənəs
SəhihNəsəi, 614 (Vaxtlar, 121)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ ثَابِتٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ رَبَاحٍ ، عَنْ أَبِي قَتَادَةَ قَالَ : ذَكَرُوا لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَوْمَهُمْ عَنِ الصَّلاَةِ ، فَقَالَ : إِنَّهُ لَيْسَ فِي النَّوْمِ تَفْرِيطٌ ، إِنَّمَا التَّفْرِيطُ فِي الْيَقَظَةِ ، فَإِذَا نَسِيَ أَحَدُكُمْ صَلاَةً أَوْ نَامَ عَنْهَا فَلْيُصَلِّهَا إِذَا ذَكَرَهَا.

“Rəvayət edilir ki, Əbu Qatədə ﵁ demişdir: “Biz Peyğəmbərdən ﷺ namaza yatıb qalmaq haqda soruşduq, o da dedi: “Yatmaqda heç bir qüsur yoxdur. Qüsur oyanmaqdadır. Sizdən biriniz namaz qılmağı unutsa və ya yatıb qalsa, yadına düşən kimi bu namazı qılsın”.”

Əbu Qatədə
SəhihNəsəi, 615 (Vaxtlar, 122)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ وَهُوَ ابْنُ الْمُبَارَكِ ، عَنْ سُلَيْمَانَ بْنِ الْمُغِيرَةِ ، عَنْ ثَابِتٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ رَبَاحٍ ، عَنْ أَبِي قَتَادَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَيْسَ فِي النَّوْمِ تَفْرِيطٌ ، إِنَّمَا التَّفْرِيطُ فِيمَنْ لَمْ يُصَلِّ الصَّلاَةَ حَتَّى يَجِيءَ وَقْتُ الصَّلاَةِ الأُخْرَى حِينَ يَنْتَبِهُ لَهَا.

“Rəvayət edilir ki, Əbu Qatədə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yatmaqda heç bir qüsur yoxdur. Əsl qüsur namazın vaxtı girməsinə baxmayaraq, bu namazı qılmayandadır”.”

Əbu Qatədə
SəhihNəsəi, 616 (Vaxtlar, 123)

Fəsil 54

Namaza yatıb qalanın səhəri gün həmin namazı vaxtında qılması

إِعَادَةُ مَنْ نَامَ عَنِ الصَّلاَةِ لِوَقْتِهَا مِنَ الْغَدِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ ثَابِتٍ الْبُنَانِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ رَبَاحٍ ، عَنْ أَبِي قَتَادَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا نَامُوا عَنِ الصَّلاَةِ حَتَّى طَلَعَتِ الشَّمْسُ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَلْيُصَلِّهَا أَحَدُكُمْ مِنَ الْغَدِ لِوَقْتِهَا.

“Əbu Qatədə ﵁ rəvayət edir ki, onlar Allah Elçisi ﷺ ilə namaza yatıb qalmışdılar və günəş də çıxmışdı. Allah Elçisi ﷺ dedi: “Qoy sizdən biriniz növbəti gün bu namazı öz vaxtında qılsın”.”

Əbu Qatədə
SəhihNəsəi, 617 (Vaxtlar, 124)

أَخْبَرَنَا عَبْدُ الأَعْلَى بْنُ وَاصِلِ بْنِ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا يَعْلَى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا نَسِيتَ الصَّلاَةَ فَصَلِّ إِذَا ذَكَرْتَ ؛ فَإِنَّ اللَّهَ تَعَالَى يَقُولُ : {أَقِمِ الصَّلاَةَ لِذِكْرِي} . قَالَ عَبْدُ الأَعْلَى : حَدَّثَنَا بِهِ يَعْلَى مُخْتَصَرًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Hər hansı bir) namazı unutsan, yadına düşən kimi o namazı qıl! Çünki, Uca Allah buyurur: “...Məni xatırlamaq üçün namaz qıl!” (Taha, 14)”.”

Əbu Hureyra
SəhihNəsəi, 618 (Vaxtlar, 125)

أَخْبَرَنَا عَمْرُو بْنُ سَوَّادِ بْنِ الأَسْوَدِ بْنِ عَمْرٍو قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ قَالَ : أَنْبَأَنَا يُونُسُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ نَسِيَ صَلاَةً فَلْيُصَلِّهَا إِذَا ذَكَرَهَا ؛ فَإِنَّ اللَّهَ تَعَالَى قَالَ : {أَقِمِ الصَّلاَةَ لِذِكْرِي}.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim namazı unutsa, yadına düşən kimi qılsın! Çünki, Uca Allah buyurur: “...Məni xatırlamaq üçün namaz qıl!” (Taha, 14)”.”

Əbu Hureyra
SəhihNəsəi, 619 (Vaxtlar, 126)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ نَسِيَ صَلاَةً فَلْيُصَلِّهَا إِذَا ذَكَرَهَا ؛ فَإِنَّ اللَّهَ تَعَالَى يَقُولُ : {أَقِمِ الصَّلاَةَ لِلذِّكْرَى} قُلْتُ لِلزُّهْريِّ : هَكَذَا قَرَأَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَ : نَعَمْ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim namazı unutsa, yadına düşən kimi qılsın! Çünki Uca Allah buyurur: “...Məni xatırlamaq üçün namaz qıl!” (Taha, 14)”. Mən Zuhriyə dedim: “Bu (ayəni) Allah Elçisi ﷺ belə oxudumu?” O da: “Bəli”- dedi”.”

Əbu Hureyra
SəhihNəsəi, 620 (Vaxtlar, 127)

Fəsil 55

Namazın vaxtını keçirən nə etməlidir?

كَيْفَ يُقْضَى الْفَائِتُ مِنَ الصَّلاَةِ

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ بُرَيْدِ بْنِ أَبِي مَرْيَمَ ، عَنْ أَبِيهِ قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ فَأَسْرَيْنَا لَيْلَةً ، فَلَمَّا كَانَ فِي وَجْهِ الصُّبْحِ ، نَزَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَنَامَ وَنَامَ النَّاسُ ، فَلَمْ يَسْتَيْقِظْ إِلاَّ بِالشَّمْسِ قَدْ طَلَعَتْ عَلَيْنَا ، فَأَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمُؤَذِّنَ ، فَأَذَّنَ ، ثُمَّ صَلَّى الرَّكْعَتَيْنِ قَبْلَ الْفَجْرِ ، ثُمَّ أَمَرَهُ فَأَقَامَ فَصَلَّى بِالنَّاسِ ، ثُمَّ حَدَّثَنَا بِمَا هُوَ كَائِنٌ حَتَّى تَقُومَ السَّاعَةُ.

“Bureydə ibn Əbu Məryəm atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Biz gecə vaxtı Allah Elçisi ﷺ ilə birlikdə səfərdə idik. Sübh çağına yaxın vaxtda Allah Elçisi ﷺ istirahət üçün səfərini saxladı, miniyindən düşdü və yatdı. Onunla birlikdə olan insanlar da yatdılar. Günəşin istisi bizi oyatdı, artıq, günəş doğmuşdu. Allah Elçisi ﷺ müəzzinə əmr etdi, o da azan verdi. Sonra Sübhdən qabaq olan iki rükəti qıldı. Sonra əmr etdi ki, iqamə verilsin. O, yanında olan insanlarla namaz qıldı. Sonra bizə Qiyamət gününə qədər olacaq şeylər haqda danışdı”.”

Bureydə ibn Əbu Məryəm atasından
SəhihNəsəi, 621 (Vaxtlar, 128)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ هِشَامٍ الدَّسْتُوَائِيِّ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرِ بْنِ مُطْعِمٍ ، عَنْ أَبِي عُبَيْدَةَ بْنِ عَبْدِ اللهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَحُبِسْنَا عَنْ صَلاَةِ الظُّهْرِ وَالْعَصْرِ وَالْمَغْرِبِ وَالْعِشَاء ، فَاشْتَدَّ ذَلِكَ عَلَيَّ فَقُلْتُ فِي نَفْسِي : نَحْنُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَفِي سَبِيلِ اللهِ ، فَأَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِلاَلاً ، فَأَقَامَ فَصَلَّى بِنَا الظُّهْرَ ، ثُمَّ أَقَامَ فَصَلَّى بِنَا الْعَصْرَ ، ثُمَّ أَقَامَ فَصَلَّى بِنَا الْمَغْرِبَ ، ثُمَّ أَقَامَ فَصَلَّى بِنَا الْعِشَاء ، ثُمَّ طَافَ عَلَيْنَا فَقَالَ : مَا عَلَى الأَرْضِ عِصَابَةٌ يَذْكُرُونَ اللَّهَ عَزَّ وَجَلَّ غَيْرُكُمْ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə idik. Zöhr, Əsr, Məğrib və İşa namazlarını (ağır döyüş olduğuna görə vaxtında) qıla bilmədik. Bu, mənə ağır gəldi və öz-özümə dedim: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Allahın yolundayıq (cihaddayıq)”. Allah Elçisi ﷺ Bilala iqamə verməyi əmr etdi və bizimlə Zöhr namazını qıldı. Sonra iqamə verildi və bizimlə Əsr namazını qıldı. Sonra iqamə verildi və bizimlə Məğrib namazını qıldı. Sonra da iqamə verildi və bizimlə İşa namazını qıldı. Sonra bizə tərəf çevrilib dedi: “(Bu an) yer üzündə sizdən başqa Allahı yad edən bir toplum yoxdur”.”

Abdullah ibn Məsud
ZəifNəsəi, 622 (Vaxtlar, 129)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ يَزِيدَ بْنِ كَيْسَانَ قَالَ : حَدَّثَنِي أَبُو حَازِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : عَرَّسْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمْ نَسْتَيْقِظْ حَتَّى طَلَعَتِ الشَّمْسُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لِيَأْخُذْ كُلُّ رَجُلٍ بِرَأْسِ رَاحِلَتِهِ ؛ فَإِنَّ هَذَا مَنْزِلٌ حَضَرَنَا فِيهِ الشَّيْطَانُ . قَالَ : فَفَعَلْنَا ، فَدَعَا بِالْمَاءِ فَتَوَضَّأَ ، ثُمَّ صَلَّى سَجْدَتَيْنِ ، ثُمَّ أُقِيمَتِ الصَّلاَةُ فَصَلَّى الْغَدَاةَ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə səfərdə olanda yatmışdıq. Günəş çıxmışdı və bizi onun istisi oyatdı. Allah Elçisi ﷺ dedi: “Sizdən hər biriniz miniyinin başından tutsun. Həqiqətən, burda şeytan məskunlaşıb”. Biz onun dediyi kimi etdik. O, bir qab su istədi və dəstəmaz aldı. Sonra iki rükət namaz qıldı. Sonra iqamə verildi və Sübh namazını qıldı”.”

Əbu Hureyra
SəhihNəsəi, 623 (Vaxtlar, 130)

أَخْبَرَنَا أَبُو عَاصِمٍ خُشَيْشُ بْنُ أَصْرَمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ حَسَّانَ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرٍ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِي سَفَرٍ لَهُ : مَنْ يَكْلَؤُنَا اللَّيْلَةَ لاَ نَرْقُدَ عَنْ صَلاَةِ الصُّبْحِ ؟ قَالَ بِلاَلٌ : أَنَا . فَاسْتَقْبَلَ مَطْلَعَ الشَّمْسِ ، فَضُرِبَ عَلَى آذَانِهِمْ حَتَّى أَيْقَظَهُمْ حَرُّ الشَّمْسِ فَقَامُوا فَقَالَ : تَوَضَّئُوا . ثُمَّ أَذَّنَ بِلاَلٌ فَصَلَّى رَكْعَتَيْنِ وَصَلَّوْا رَكْعَتَيِ الْفَجْرِ ، ثُمَّ صَلَّوْا الْفَجْرَ

“Nafi ibn Cubeyr atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ səfərdə olarkən belə dedi: “Kim Sübh namazına oyatmaq üçün bizim keşiyimizi çəkər?” Bilal dedi: “Mən”. O, günəş çıxan tərəfə çevrilmişdi. Günəşin istiliyi onlara dəydikdə oyandılar. Onlar qalxıb dəstəmaz aldılar. Sonra Bilal azan verdi. Sübh namazının iki rükət sünnəsini qıldılar. Sonra Sübh namazını qıldılar.”

Nafi ibn Cubeyr atasından
SəhihNəsəi, 624 (Vaxtlar, 131)

أَخْبَرَنَا أَبُو عَاصِمٍ ، قَالَ : حَدَّثَنَا حَبَّانُ بْنُ هِلاَلٍ ، حَدَّثَنَا حَبِيبٌ ، عَنْ عَمْرِو بْنِ هَرِمٍ ، عَنْ جَابِرِ بْنِ زَيْدٍ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : أَدْلَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ عَرَّسَ فَلَمْ يَسْتَيْقِظْ حَتَّى طَلَعَتِ الشَّمْسُ أَوْ بَعْضُهَا ، فَلَمْ يُصَلِّ حَتَّى ارْتَفَعَتِ الشَّمْسُ فَصَلَّى وَهِيَ صَلاَةُ الْوُسْطَى.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ gecə vaxtı səfərdə idi. Sonra günəş çıxana kimi - səhərə qədər yatıb qaldı. Günəş bir qədər yüksələndən sonra (Sübh) namazını qıldı. O, orta namazdır”.”

İbn Abbas
ZəifNəsəi, 625 (Vaxtlar, 132)