Əsr namazının son vaxtı
أَخْبَرَنَا يُوسُفُ بْنُ وَاضِحٍ ، قَالَ : حَدَّثَنَا قُدَامَةُ ، يَعْنِي ابْنَ شِهَابٍ ، عَنْ بُرْدٍ ، عَنْ عَطَاءِ بْنِ أَبِي رَبَاحٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ جِبْرِيلَ أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَلِّمُهُ مَوَاقِيتَ الصَّلاَةِ ، فَتَقَدَّمَ جِبْرِيلُ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَلْفَهُ ، وَالنَّاسُ خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَصَلَّى الظُّهْرَ حِينَ زَالَتِ الشَّمْسُ ، وَأَتَاهُ حِينَ كَانَ الظِّلُّ مِثْلَ شَخْصِهِ فَصَنَعَ كَمَا صَنَعَ ، فَتَقَدَّمَ جِبْرِيلُ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَلْفَهُ ، وَالنَّاسُ خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى الْعَصْرَ ، ثُمَّ أَتَاهُ حِينَ وَجَبَتِ الشَّمْسُ فَتَقَدَّمَ جِبْرِيلُ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَلْفَهُ ، وَالنَّاسُ خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى الْمَغْرِبَ ، ثُمَّ أَتَاهُ حِينَ غَابَ الشَّفَقُ فَتَقَدَّمَ جِبْرِيلُ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَلْفَهُ ، وَالنَّاسُ خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى الْعِشَاءَ ، ثُمَّ أَتَاهُ حِينَ انْشَقَّ الْفَجْرُ فَتَقَدَّمَ جِبْرِيلُ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَلْفَهُ ، وَالنَّاسُ خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى الْغَدَاةَ ، ثُمَّ أَتَاهُ الْيَوْمَ الثَّانِيَ حِينَ كَانَ ظِلُّ الرَّجُلِ مِثْلَ شَخْصِهِ فَصَنَعَ مِثْلَ مَا صَنَعَ بِالأَمْسِ فَصَلَّى الظُّهْرَ ، ثُمَّ أَتَاهُ حِينَ كَانَ ظِلُّ الرَّجُلِ مِثْلَ شَخْصَيْهِ فَصَنَعَ كَمَا صَنَعَ بِالأَمْسِ فَصَلَّى الْعَصْرَ ، ثُمَّ أَتَاهُ حِينَ وَجَبَتِ الشَّمْسُ فَصَنَعَ كَمَا صَنَعَ بِالأَمْسِ فَصَلَّى الْمَغْرِبَ ، فَنِمْنَا ثُمَّ قُمْنَا ، ثُمَّ نِمْنَا ثُمَّ قُمْنَا ، فَأَتَاهُ فَصَنَعَ كَمَا صَنَعَ بِالأَمْسِ فَصَلَّى الْعِشَاءَ ، ثُمَّ أَتَاهُ حِينَ امْتَدَّ الْفَجْرُ وَأَصْبَحَ وَالنُّجُومُ بَادِيَةٌ مُشْتَبِكَةٌ فَصَنَعَ كَمَا صَنَعَ بِالأَمْسِ فَصَلَّى الْغَدَاةَ ، ثُمَّ قَالَ : مَا بَيْنَ هَاتَيْنِ الصَّلاَتَيْنِ وَقْتٌ.
“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Cəbrail namaz vaxtlarını öyrətmək üçün Peyğəmbərin ﷺ yanına gəldi. Cəbrail öndə, onun arxasında Allah Elçisi ﷺ, insanlar da Allah Elçisinin ﷺ arxasında durub günəş zenitdən aşağı meyl etdikdə Zöhr namazını qıldılar. Günəş bir kişinin kölgəsi özü boyda olduqda Cəbrail gəlib əvvəl etdiyi kimi etdi. Cəbrail öndə, Allah Elçisi ﷺ onun arxasında, insanlar da Allah Elçisinin ﷺ arxasında Əsr namazını qıldılar. Sonra günəş batdıqda Cəbrail gəldi. Cəbrail öndə, Allah Elçisi ﷺ onun arxasında, insanlar da Allah Elçisinin ﷺ arxasında Məğrib namazını qıldılar. Sonra şəfəq itdikdə Cəbrail gəlib öndə, Allah Elçisi ﷺ onun arxasında, insanlar da Allah Elçisinin ﷺ arxasında İşa namazını qıldılar. Sonra o, dan yeri parçalandıqda gəlib öndə durdu. Allah Elçisi ﷺ onun arxasında, insanlar da Allah Elçisinin ﷺ arxasında durub Sübh namazını qıldılar. Sonra ikinci gün bir kişinin kölgəsi özü boyda olduqda gəlib axşam etdiklərini etdi və Zöhr namazını qıldı. Sonra bir kişinin kölgəsi özünün iki misli qədər olduqda gəlib dünən etdiklərini təkrar edərək Əsr namazını qıldı. Sonra günəş batdıqda dünən etdiklərini edib Məğrib namazını qıldı. Sonra yatıb durduq, sonra yenə yatıb durduq. Sonra gələrək dünən etdiklərini etdi və İşa namazını qıldı. Sonra dan yeri sökülürdü və səhər açılırdı. Ulduzlar isə hələ də görsənirdi. Dünən etdiyi kimi etdi və Sübh namazını qıldı, sonra isə dedi: “Namazların vaxtları bu iki vaxt arasındadır”.”
İstinad
Nəsəi, 513 (Vaxtlar, 20)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı