Namaz vaxtları kitabı

Günəş batmamış Əsr namazının iki rükətinə yetişən kimsə

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مُعْتَمِرٌ قَالَ : سَمِعْتُ مَعْمَرًا ، عَنْ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ أَدْرَكَ رَكْعَتَيْنِ مِنْ صَلاَةِ الْعَصْرِ قَبْلَ أَنْ تَغْرُبَ الشَّمْسُ أَوْ رَكْعَةً مِنْ صَلاَةِ الصُّبْحِ قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ فَقَدْ أَدْرَكَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim günəş batmamışdan öncə Əsr namazının iki rükətinə və ya günəş doğmamışdan öncə Sübh namazının bir rükətinə yetişərsə, artıq, namaza çatmış sayılar”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 514 (Vaxtlar, 21)

Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı