Məğrib namazının son vaxtı
أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ اللهِ ، وَأَحْمَدُ بْنُ سُلَيْمَانَ وَاللَّفْظُ لَهُ قَالاَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، عَنْ بَدْرِ بْنِ عُثْمَانَ قَالَ إِمْلاَءً عَلَيَّ : حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي مُوسَى ، عَنْ أَبِيهِ قَالَ : أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَائِلٌ يَسْأَلُهُ عَنْ مَوَاقِيتِ الصَّلاَةِ فَلَمْ يَرُدَّ عَلَيْهِ شَيْئًا ، فَأَمَرَ بِلاَلاً فَأَقَامَ بِالْفَجْرِ حِينَ انْشَقَّ ، ثُمَّ أَمَرَهُ فَأَقَامَ بِالظُّهْرِ حِينَ زَالَتِ الشَّمْسُ وَالْقَائِلُ يَقُولُ : انْتَصَفَ النَّهَارُ وَهُوَ أَعْلَمُ ، ثُمَّ أَمَرَهُ فَأَقَامَ بِالْعَصْرِ وَالشَّمْسُ مُرْتَفِعَةٌ ، ثُمَّ أَمَرَهُ فَأَقَامَ بِالْمَغْرِبِ حِينَ غَرَبَتِ الشَّمْسُ ، ثُمَّ أَمَرَهُ فَأَقَامَ بِالْعِشَاءِ حِينَ غَابَ الشَّفَقُ ، ثُمَّ أَخَّرَ الْفَجْرَ مِنَ الْغَدِ حِينَ انْصَرَفَ وَالْقَائِلُ يَقُولُ : طَلَعَتِ الشَّمْسُ ، ثُمَّ أَخَّرَ الظُّهْرَ إِلَى قَرِيبٍ مِنْ وَقْتِ الْعَصْرِ بِالأَمْسِ ، ثُمَّ أَخَّرَ الْعَصْرَ حَتَّى انْصَرَفَ وَالْقَائِلُ يَقُولُ : احْمَرَّتِ الشَّمْسُ ، ثُمَّ أَخَّرَ الْمَغْرِبَ حَتَّى كَانَ عِنْدَ سُقُوطِ الشَّفَقِ ، ثُمَّ أَخَّرَ الْعِشَاءَ إِلَى ثُلُثِ اللَّيْلِ ، ثُمَّ قَالَ : الْوَقْتُ فِيمَا بَيْنَ هَذَيْنِ.
“Əbu Bəkr ibn Əbu Musa atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib namazın vaxtları haqqında soruşdu. Peyğəmbər ﷺ ona heç bir cavab vermədi və Sübh vaxtı şəfəq söküləndə (Sübh girdikdə) Bilala iqamə verməsini əmr etdi. Sonra günəş zeniti keçdikdə Zöhr namazı üçün ona iqamə verməsini əmr etdi. Soruşan dedi: “Gündüzün yarısı idi, Peyğəmbər ﷺ bunu daha yaxşı bilirdi”. Sonra günəş hündürdə olduqda Əsr namazına iqamə verməsini əmr etdi. Sonra günəş batdıqda Məğrib namazı üçün iqamə verməsini əmr etdi. Sonra şəfəq itdikdə İşa namazı üçün iqamə verməsini əmr etdi. Sonra Sübh namazını o qədər gecikdirdi ki, sual verən “artıq günəş çıxdı” deyərdi. Sonra Zöhr namazını Əsrin vaxtına yaxın vaxtadək gecikdirdi. Sonra Əsr namazını gecikdirdi. Hətta sual verən deyərdi ki, artıq günəş qızardı. Sonra Məğrib namazını şəfəqin itməsinə yaxın vaxtadək gecikdirdi. Sonra İşa namazını gecənin üçdə bir hissəsinə qədər gecikdirdi və dedi: “Namaz vaxtları bu iki vaxt arasındadır”.”
İstinad
Nəsəi, 523 (Vaxtlar, 30)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı