Namaz vaxtları kitabı

Məğrib namazının son vaxtı

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ قَالَ : سَمِعْتُ أَبَا أَيُّوبَ الأَزْدِيَّ يُحَدِّثُ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ : شُعْبَةُ : كَانَ قَتَادَةُ - يَرْفَعُهُ أَحْيَانًا ، وَأَحْيَانًا لاَ يَرْفَعُهُ - قَالَ : وَقْتُ صَلاَةِ الظُّهْرِ مَا لَمْ يَحْضرِ الْعَصْرُ ، وَوَقْتُ صَلاَةِ الْعَصْرِ مَا لَمْ تَصْفَرَّ الشَّمْسُ ، وَوَقْتُ الْمَغْرِبِ مَا لَمْ يَسْقُطْ ثَوْرُ الشَّفَقِ ، وَوَقْتُ الْعِشَاءِ مَا لَمْ يَنْتَصِفِ اللَّيْلُ ، وَوَقْتُ الصُّبْحِ مَا لَمْ تَطْلُعِ الشَّمْسُ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Şöbə dedi: “Qatədə bunu hərdən Peyğəmbərə ﷺ nisbət edərək, hərdən də nisbət etməyərək deyərdi: “Zöhr namazının vaxtı Əsr gələnə qədərdir. Əsr namazının vaxtı günəş saralmamışa qədərdir. Məğrib namazının vaxtı şəfəq tam itməmişə qədərdir. İşa namazının vaxtı gecənin yarısına qədərdir. Sübh namazının vaxtı günəş doğmamışa qədərdir”.”

Abdullah ibn Amr
Səhih

İstinad

Nəsəi, 522 (Vaxtlar, 29)

Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı