Namaz vaxtları kitabı

Məğrib namazını gecikdirmək

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ خَيْرِ بْنِ نُعَيْمٍ الْحَضْرَمِيِّ ، عَنْ ابْنِ هُبَيْرَةَ ، عَنْ أَبِي تَمِيمٍ الْجَيْشَانِيِّ ، عَنْ أَبِي بَصْرَةَ الْغِفَارِيِّ قَالَ : صَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعَصْرَ بِالْمُخَمَّصِ قَالَ : إِنَّ هَذِهِ الصَّلاَةَ عُرِضَتْ عَلَى مَنْ كَانَ قَبْلَكُمْ فَضَيَّعُوهَا ، وَمَنْ حَافَظَ عَلَيْهَا كَانَ لَهُ أَجْرُهُ مَرَّتَيْنِ ، وَلاَ صَلاَةَ بَعْدَهَا حَتَّى يَطْلُعَ الشَّاهِدُ ، وَالشَّاهِدُ : النَّجْمُ.

“Rəvayət edilir ki, Əbu Bəsra əl-Ğifari ﵁ demişdir: “Biz Muxamməs deyilən yerdə Allah Elçisi ﷺ ilə birlikdə Əsr namazını qıldıq. O dedi: “Bu namaz sizdən əvvəlki (ümmətlərə) verildi, lakin onlar onu zay etdilər. Kim onu qoruyarsa (vaxtında qılarsa), onun mükafatı ikiqat olar. Bundan sonra şahid çıxmayana qədər namaz yoxdur. Şahid isə ulduzdur”.”

Əbu Bəsra əl-Ğifari
Səhih

İstinad

Nəsəi, 521 (Vaxtlar, 28)

Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı