Sübh namazının son vaxtı
أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ وَمُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى قَالاَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ شُعْبَةَ ، عَنْ أَبِي صَدَقَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي الظُّهْرَ إِذَا زَالَتِ الشَّمْسُ ، وَيُصَلِّي الْعَصْرَ بَيْنَ صَلاَتَيْكُمْ هَاتَيْنِ ، وَيُصَلِّي الْمَغْرِبَ إِذَا غَرَبَتِ الشَّمْسُ ، وَيُصَلِّي الْعِشَاء إِذَا غَابَ الشَّفَقُ - ثُمَّ قَالَ عَلَى إِثْرِهِ : - وَيُصَلِّي الصُّبْحَ إِلَى أَنْ يَنْفَسِحَ الْبَصَرُ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ Zöhr namazını günəş zenitdən aşağıya meyl etdikdə qılar, Əsr namazını sizin bu iki namazınızın arasında qılar, Məğrib namazını günəş batdıqda qılardı. İşa namazını şəfəq yox olduqda qılardı”. Bunun ardı ilə dedi: “Sübh namazını uzaq məsafəni görmək mümkün olduqda qılardı”.”
İstinad
Nəsəi, 552 (Vaxtlar, 59)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı