Namazın vaxtını keçirən nə etməlidir?
أَخْبَرَنَا أَبُو عَاصِمٍ خُشَيْشُ بْنُ أَصْرَمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ حَسَّانَ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرٍ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِي سَفَرٍ لَهُ : مَنْ يَكْلَؤُنَا اللَّيْلَةَ لاَ نَرْقُدَ عَنْ صَلاَةِ الصُّبْحِ ؟ قَالَ بِلاَلٌ : أَنَا . فَاسْتَقْبَلَ مَطْلَعَ الشَّمْسِ ، فَضُرِبَ عَلَى آذَانِهِمْ حَتَّى أَيْقَظَهُمْ حَرُّ الشَّمْسِ فَقَامُوا فَقَالَ : تَوَضَّئُوا . ثُمَّ أَذَّنَ بِلاَلٌ فَصَلَّى رَكْعَتَيْنِ وَصَلَّوْا رَكْعَتَيِ الْفَجْرِ ، ثُمَّ صَلَّوْا الْفَجْرَ
“Nafi ibn Cubeyr atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ səfərdə olarkən belə dedi: “Kim Sübh namazına oyatmaq üçün bizim keşiyimizi çəkər?” Bilal dedi: “Mən”. O, günəş çıxan tərəfə çevrilmişdi. Günəşin istiliyi onlara dəydikdə oyandılar. Onlar qalxıb dəstəmaz aldılar. Sonra Bilal azan verdi. Sübh namazının iki rükət sünnəsini qıldılar. Sonra Sübh namazını qıldılar.”
İstinad
Nəsəi, 624 (Vaxtlar, 131)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı