Namaz vaxtları kitabı

Müsafirin Məğriblə İşa namazlarını birləşdirməsinin vaxtı

أَخْبَرَنَا مَحْمُودُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، قَالَ : حَدَّثَنَا ابْنُ جَابِرٍ قَالَ : حَدَّثَنِي نَافِعٌ قَالَ : خَرَجْتُ مَعَ عَبْدِ اللهِ بْنِ عُمَرَ فِي سَفَرٍ يُرِيدُ أَرْضًا ، فَأَتَاهُ آتٍ فَقَالَ : إِنَّ صَفِيَّةَ بِنْتَ أَبِي عُبَيْدٍ لِمَا بِهَا ، فَانْظُرْ أَنْ تُدْرِكَهَا ، فَخَرَجَ مُسْرِعًا وَمَعَهُ رَجُلٌ مِنْ قُرَيْشٍ يُسَايِرُهُ ، وَغَابَتِ الشَّمْسُ فَلَمْ يُصَلِّ الصَّلاَةَ ، وَكَانَ عَهْدِي بِهِ وَهُوَ يُحَافِظُ عَلَى الصَّلاَةِ ، فَلَمَّا أَبْطَأَ قُلْتُ : الصَّلاَةَ يَرْحَمُكَ اللَّهُ فَالْتَفَتَ إِلَيَّ وَمَضَى ، حَتَّى إِذَا كَانَ فِي آخِرِ الشَّفَقِ نَزَلَ فَصَلَّى الْمَغْرِبَ ، ثُمَّ أَقَامَ الْعِشَاء وَقَدْ تَوَارَى الشَّفَقُ فَصَلَّى بِنَا ، ثُمَّ أَقْبَلَ عَلَيْنَا فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا عَجِلَ بِهِ السَّيْرُ صَنَعَ هَكَذَا.

“Rəvayət edilir ki, Nafi ﵀ demişdir: “Mən Abdullah ibn Ömərlə birlikdə səfərə çıxdım. Ona verilən torpağa tərəf gedirdi. Bir nəfər onun yanına gəlib dedi: “Səfiyyə bint Əbu Ubeyd xəstələnib, bax gör ona tez çata bilərsənmi?!” O da tələsik (Səfiyyənin yanına getmək üçün) çıxdı. Onunla birlikdə Qureyşdən olan bir kişi var idi. Günəş batdı, lakin o, namazı qılmadı. Onun yanında olan kişi namazlarını vaxtında qılardı. Qızartı tamamilə itdikdə mən ona dedim: “Allah sənə rəhm etsin, bəs namaz!?” O, mənə tərəf döndü, sonra səfərinə davam etdi. Şəfəqin axır (itən) vaxtı idi. Miniyindən düşüb Məğrib namazını qıldı, sonra iqamə verib İşa namazını qıldı. Bizimlə namaz qıldıqda, artıq, şəfəq tam yox olmuşdu. Sonra bizə tərəf dönüb belə dedi: “Həqiqətən, Allah Elçisi ﷺ səfərdə tələsdikdə belə edərdi”.”

Nafi
Səhih

İstinad

Nəsəi, 595 (Vaxtlar, 102)

Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı