Müsafirin Məğriblə İşa namazlarını birləşdirməsinin vaxtı
أَخْبَرَنِي عَمْرُو بْنُ سَوَّادِ بْنِ الأَسْوَدِ بْنِ عَمْرٍو قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : حَدَّثَنَا جَابِرُ بْنُ إِسْمَاعِيلَ ، عَنْ عُقَيْلٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ أَنَسٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَنَّهُ كَانَ إِذَا عَجِلَ بِهِ السَّيْرُ يُؤَخِّرُ الظُّهْرَ إِلَى وَقْتِ الْعَصْرِ فَيَجْمَعُ بَيْنَهُمَا ، وَيُؤَخِّرُ الْمَغْرِبَ حَتَّى يَجْمَعَ بَيْنَهَا وَبَيْنَ الْعِشَاء حَتَّى يَغِيبَ الشَّفَقُ.
“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ səfərdə tələsdikdə Zöhr namazını gecikdirib Əsrin vaxtında Əsr namazı ilə birləşdirərdi. Məğrib namazını gecikdirib şəfəq yox olan vaxtda İşa namazı ilə birləşdirərdi.”
İstinad
Nəsəi, 594 (Vaxtlar, 101)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı