Namaz vaxtları kitabı

Əsr namazını tezləşdirmək

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ أَبِي بَكْرِ بْنِ عُثْمَانَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ قَالَ : سَمِعْتُ أَبَا أُمَامَةَ بْنَ سَهْلٍ يَقُولُ : صَلَّيْنَا مَعَ عُمَرَ بْنِ عَبْدِ الْعَزِيزِ الظُّهْرَ ، ثُمَّ خَرَجْنَا حَتَّى دَخَلْنَا عَلَى أَنَسِ بْنِ مَالِكٍ فَوَجَدْنَاهُ يُصَلِّي الْعَصْرَ قُلْتُ : يَا عَمِّ ، مَا هَذِهِ الصَّلاَةُ الَّتِي صَلَّيْتَ ؟ قَالَ : الْعَصْرَ ، وَهَذِهِ صَلاَةُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الَّتِي كُنَّا نُصَلِّي.

“Rəvayət edilir ki, Əbu Umamə ibn Səhl ﵀ demişdir: ”Ömər ibn Abdul-Əziz ilə birlikdə Zöhr namazını qıldıq. Sonra çıxıb Ənəs ibn Malikin yanına gəldik və onun Əsr namazını qıldığını gördük. Mən dedim: “Ey əmi, bu qıldığın hansı namazdır?” O dedi: “Əsr namazıdır. Bu, Allah Elçisi ﷺ ilə birlikdə qıldığımız namaz idi”.”

Əbu Umamə ibn Səhl
Səhih

İstinad

Nəsəi, 509 (Vaxtlar, 16)

Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı