Namaz vaxtları kitabı

İşa namazının ilk vaxtı

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ حُسَيْنِ بْنِ عَلِيِّ بْنِ حُسَيْنٍ قَالَ : أَخْبَرَنِي وَهْبُ بْنُ كَيْسَانَ ، قَالَ : حَدَّثَنَا جَابِرُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : جَاءَ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ زَالَتِ الشَّمْسُ فَقَالَ : قُمْ يَا مُحَمَّدُ فَصَلِّ الظُّهْرَ حِينَ مَالَتِ الشَّمْسُ ، ثُمَّ مَكَثَ حَتَّى إِذَا كَانَ فَيْءُ الرَّجُلِ مِثْلَهُ جَاءَهُ لِلْعَصْرِ فَقَالَ : قُمْ يَا مُحَمَّدُ فَصَلِّ الْعَصْرَ ، ثُمَّ مَكَثَ حَتَّى إِذَا غَابَتِ الشَّمْسُ جَاءَهُ فَقَالَ : قُمْ فَصَلِّ الْمَغْرِبَ ، فَقَامَ فَصَلاَّهَا حِينَ غَابَتِ الشَّمْسُ سَوَاءً ، ثُمَّ مَكَثَ حَتَّى إِذَا ذَهَبَ الشَّفَقُ جَاءَهُ فَقَالَ : قُمْ فَصَلِّ الْعِشَاءَ فَقَامَ فَصَلاَّهَا ، ثُمَّ جَاءَهُ حِينَ سَطَعَ الْفَجْرُ فِي الصُّبْحِ فَقَالَ : قُمْ يَا مُحَمَّدُ فَصَلِّ ، فَقَامَ فَصَلَّى الصُّبْحَ ، ثُمَّ جَاءَهُ مِنَ الْغَدِ حِينَ كَانَ فَيْءُ الرَّجُلِ مِثْلَهُ فَقَالَ : قُمْ يَا مُحَمَّدُ فَصَلِّ ، فَصَلَّى الظُّهْرَ ، ثُمَّ جَاءَهُ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ حِينَ كَانَ فَيْءُ الرَّجُلِ مِثْلَيْهِ فَقَالَ : قُمْ يَا مُحَمَّدُ فَصَلِّ ، فَصَلَّى الْعَصْرَ ، ثُمَّ جَاءَهُ لِلْمَغْرِبِ حِينَ غَابَتِ الشَّمْسُ وَقْتًا وَاحِدًا لَمْ يَزُلْ عَنْهُ فَقَالَ : قُمْ فَصَلِّ فَصَلَّى الْمَغْرِبَ ، ثُمَّ جَاءَهُ لِلْعِشَاءِ حِينَ ذَهَبَ ثُلُثُ اللَّيْلِ الأَوَّلُ فَقَالَ : قُمْ فَصَلِّ ، فَصَلَّى الْعِشَاءَ ، ثُمَّ جَاءَهُ لِلصُّبْحِ حِينَ أَسْفَرَ جِدًّا فَقَالَ : قُمْ فَصَلِّ ، فَصَلَّى الصُّبْحَ ، فَقَالَ : مَا بَيْنَ هَذَيْنِ وَقْتٌ كُلُّهُ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Cəbrail ﵇ Peyğəmbərin ﷺ yanına günəş zenitdə olarkən gəlib dedi: “Ey Muhəmməd, günəş (zenitdən aşağıya doğru) azacıq meyl etdikdə qalx və Zöhr namazını qıl!” Sonra bir qədər keçdi və günəş bir kəsin kölgəsi özü boyda olduqda Cəbrail gəlib dedi: “Ey Muhəmməd, qalx və Əsr namazını qıl!” Sonra bir qədər keçdi və günəş batdıqda Cəbrail gəlib dedi: “Qalx və Məğrib namazını qıl!” Peyğəmbər ﷺ qalxdı və günəş batdıqda Məğrib namazını qıldı. Sonra şəfəq itdikdə Cəbrail gəlib dedi: “Qalx və İşa namazını qıl!” Peyğəmbər ﷺ qalxdı və İşa namazını qıldı. Sonra dan yeri söküldükdə gəldi və dedi: “Qalx, ey Muhəmməd! Namaz qıl!” Peyğəmbər ﷺ qalxıb Sübh namazını qıldı. Sonra səhərisi gün bir kəsin kölgəsi özü boyda olduqda Cəbrail gəlib dedi: “Qalx, ey Muhəmməd! Namaz qıl!” Peyğəmbər ﷺ qalxıb Zöhr namazını qıldı. Sonra Cəbrail ﵇ bir kəsin kölgəsi özündən iki dəfə uzun olanda, gəldi və dedi: “Qalx, ey Muhəmməd! Namaz qıl!” Peyğəmbər ﷺ qalxıb Əsr namazını qıldı. Sonra (dünənki) eyni vaxtda günəş batdıqda gəldi və dedi: “Qalx və namaz qıl!” Peyğəmbər ﷺ qalxıb Məğrib namazını qıldı. Sonra gecənin üçdə biri keçdikdə İşa namazı üçün gəldi və dedi: “Qalx və namaz qıl!” Peyğəmbər ﷺ qalxıb İşa namazını qıldı. Sonra hava aydınlaşdığı vaxt Sübh namazı üçün gəldi və dedi: “Qalx və namaz qıl!” Peyğəmbər ﷺ qalxıb Sübh namazını qıldı. O dedi: “Bütün namazlar bu iki vaxt arasındadır”.”

Cabir ibn Abdullah
Səhih

İstinad

Nəsəi, 526 (Vaxtlar, 33)

Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı