Namaz vaxtları kitabı

İşa namazının tez qılınması

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ قَالاَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ حَسَنٍ قَالَ : قَدِمَ الْحَجَّاجُ فَسَأَلْنَا جَابِرَ بْنَ عَبْدِ اللهِ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي الظُّهْرَ بِالْهَاجِرَةِ ، وَالْعَصْرَ وَالشَّمْسُ بَيْضَاءُ نَقِيَّةٌ ، وَالْمَغْرِبَ إِذَا وَجَبَتِ الشَّمْسُ ، وَالْعِشَاءَ أَحْيَانًا كَانَ إِذَا رَآهُمْ قَدِ اجْتَمَعُوا عَجَّلَ ، وَإِذَا رَآهُمْ قَدْ أَبْطَئُوا أَخَّرَ.

“Rəvayət edilir ki, Muhəmməd ibn Amr ibn Həsən ﵀ demişdir: “Həccacın dövründə biz Cabir ibn Abdullahdan (namazın vaxtları haqda) soruşduq. O dedi: “Allah Elçisi ﷺ Zöhr namazını günəşin qızmar vaxtında, Əsr namazını günəş ağ və təmiz olduqda, Məğrib namazını günəş batdıqda qılardı. İnsanların toplaşdığını gördükdə İşa namazını tez qılardı. İnsanların hələ toplaşmadığını gördükdə isə namazı gecikdirərdi”.”

Muhəmməd ibn Amr ibn Həsən
Səhih

İstinad

Nəsəi, 527 (Vaxtlar, 34)

Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı