Namaz vaxtları kitabı

Müsafirin Zöhr namazı ilə Əsr namazını birləşdirməsi

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ بَزِيعٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا كَثِيرُ بْنُ قَارَوَنْدَا قَالَ : سَأَلْتُ سَالِمَ بْنَ عَبْدِ اللهِ عَنْ صَلاَةِ أَبِيهِ فِي السَّفَرِ ، وَسَأَلْنَاهُ هَلْ كَانَ يَجْمَعُ بَيْنَ شَيْءٍ مِنْ صَلاَتِهِ فِي سَفَرِهِ ؟ فَذَكَرَ أَنَّ صَفِيَّةَ بِنْتَ أَبِي عُبَيْدٍ كَانَتْ تَحْتَهُ ، فَكَتَبَتْ إِلَيْهِ وَهُوَ فِي زَرَّاعَةٍ لَهُ : أَنِّي فِي آخِرِ يَوْمٍ مِنْ أَيَّامِ الدُّنْيَا ، وَأَوَّلِ يَوْمٍ مِنَ الآخِرَةِ ، فَرَكِبَ فَأَسْرَعَ السَّيْرَ إِلَيْهَا حَتَّى إِذَا حَانَتْ صَلاَةُ الظُّهْرِ قَالَ لَهُ الْمُؤَذِّنُ : الصَّلاَةَ يَا أَبَا عَبْدِ الرَّحْمَنِ . فَلَمْ يَلْتَفِتْ حَتَّى إِذَا كَانَ بَيْنَ الصَّلاَتَيْنِ نَزَلَ فَقَالَ : أَقِمْ . فَإِذَا سَلَّمْتُ فَأَقِمْ فَصَلَّى ، ثُمَّ رَكِبَ حَتَّى إِذَا غَابَتِ الشَّمْسُ قَالَ لَهُ الْمُؤَذِّنُ : الصَّلاَةَ . فَقَالَ : كَفِعْلِكَ فِي صَلاَةِ الظُّهْرِ وَالْعَصْرِ ، ثُمَّ سَارَ حَتَّى إِذَا اشْتَبَكَتِ النُّجُومُ نَزَلَ ، ثُمَّ قَالَ لِلْمُؤَذِّنِ : أَقِمْ . فَإِذَا سَلَّمْتُ فَأَقِمْ فَصَلَّى ، ثُمَّ انْصَرَفَ فَالْتَفَتَ إِلَيْنَا فَقَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا حَضَرَ أَحَدَكُمُ الأَمْرُ الَّذِي يَخَافُ فَوْتَهُ فَلْيُصَلِّ هَذِهِ الصَّلاَةَ.

“Rəvayət edilir ki, Kəsir ibn Qaravəndə ﵀ demişdir: “Səlim ibn Abdullahdan atasının (Abdullah ibn Ömərin) səfərdə qıldığı namaz haqda soruşduq: “O, səfərdə namazları birləşdirərdimi?” Xatırlatdı ki, Səfiyyə bint Əbu Ubeyd İbn Ömərin zövcəsi idi. O, öz tarlasında işləyərkən İbn Ömərə ölümünün yaxınlaşmasına aid bir məktub yazmışdı: “Dünya günlərimin axırında, Axirət günlərimin isə əvvəlindəyəm”. İbn Ömər miniyinə minib səfər edərkən Zöhrün vaxtı gəldikdə müəzzin ona dedi: “Ey Əbu Abdur-Rahmən, namaz!” O, buna iki namazın (Zöhr və Əsr) arasındakı vaxta qədər fikir vermədi. Sonra isə miniyindən enərək dedi: “İqaməni ver! Mən salam verdikdə (Əsr namazının) iqaməsini ver və namaz qıl”. Sonra miniyinə minib gün batana qədər yoluna davam etdi. Müəzzin ona dedi: “Namaz”. O: “Zöhrdə və Əsrdə etdiyin kimi et!”- deyib, ulduzlar görünənə qədər yoluna davam etdi. Sonra müəzzinə dedi: “İqamə ver! Mən salam verdikdə yenidən iqamə ver”. Sonra getdi və bizə tərəf dönüb dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri bir əməli etməyi çatdıra bilməyəcəyindən qorxarsa, qoy, namazı belə qılsın”.”

Kəsir ibn Qaravəndə
Həsən

İstinad

Nəsəi, 588 (Vaxtlar, 95)

Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı