Namaz vaxtları kitabı

Müsafirin Məğriblə İşa namazlarını birləşdirməsinin vaxtı

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ الرَّحِيمِ ، قَالَ : حَدَّثَنَا ابْنُ شُمَيْلٍ ، قَالَ : حَدَّثَنَا كَثِيرُ بْنُ قَارَوَنْدَا قَالَ : سَأَلْنَا سَالِمَ بْنَ عَبْدِ اللهِ عَنِ الصَّلاَة فِي السَّفَرِ فَقُلْنَا : أَكَانَ عَبْدُ اللهِ يَجْمَعُ بَيْنَ شَيْءٍ مِنَ الصَّلَوَاتِ فِي السَّفَرِ ؟ فَقَالَ : لاَ . إِلاَّ بِجَمْعٍ ، ثُمَّ أَتَيْتُهُ فَقَالَ : كَانَتْ عِنْدَهُ صَفِيَّةُ فَأَرْسَلَتْ إِلَيْهِ : أَنِّي فِي آخِرِ يَوْمٍ مِنَ الدُّنْيَا وَأَوَّلِ يَوْمٍ مِنَ الآخِرَةِ ، فَرَكِبَ وَأَنَا مَعَهُ فَأَسْرَعَ السَّيْرَ حَتَّى حَانَتِ الصَّلاَةُ ، فَقَالَ لَهُ الْمُؤَذِّنُ : الصَّلاَةَ يَا أَبَا عَبْدِ الرَّحْمَنِ فَسَارَ حَتَّى إِذَا كَانَ بَيْنَ الصَّلاَتَيْنِ نَزَلَ فَقَالَ لِلْمُؤَذِّنِ : أَقِمْ . فَإِذَا سَلَّمْتُ مِنَ الظُّهْرِ فَأَقِمْ مَكَانَكَ ، فَأَقَامَ فَصَلَّى الظُّهْرَ رَكْعَتَيْنِ ثُمَّ سَلَّمَ ، ثُمَّ أَقَامَ مَكَانَهُ فَصَلَّى الْعَصْرَ رَكْعَتَيْنِ ، ثُمَّ رَكِبَ فَأَسْرَعَ السَّيْرَ حَتَّى غَابَتِ الشَّمْسُ فَقَالَ لَهُ الْمُؤَذِّنُ : الصَّلاَةَ يَا أَبَا عَبْدِ الرَّحْمَنِ فَقَالَ : كَفِعْلِكَ الأَوَّلِ فَسَارَ حَتَّى إِذَا اشْتَبَكَتِ النُّجُومُ نَزَلَ فَقَالَ : أَقِمْ ، فَإِذَا سَلَّمْتُ فَأَقِمْ فَصَلَّى الْمَغْرِبَ ثَلاَثًا ، ثُمَّ أَقَامَ مَكَانَهُ فَصَلَّى الْعِشَاء الآخِرَةَ ثُمَّ سَلَّمَ وَاحِدَةً تِلْقَاءَ وَجْهِهِ ، ثُمَّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا حَضَرَ أَحَدَكُمْ أَمْرٌ يَخْشَى فَوْتَهُ فَلْيُصَلِّ هَذِهِ الصَّلاَةَ.

“Rəvayət edilir ki, Kəsir ibn Qaravəndə ﵀ demişdir: “Biz Səlim ibn Abdullahdan səfərdə qılınan namaz haqda soruşduq: “Abdullah (ibn Ömər) səfər vaxtı namazları birləşdirərdimi?” O dedi: “Xeyr, yalnız (Müzdəlifədə) birləşdirərdi”. Sonra onun yanına gəldim. Səfiyyə atama məktub göndərdi: “Dünya günlərimin axırında, Axirət günlərimin isə əvvəlindəyəm”. O, miniyinə minib səfər edərkən Zöhrün vaxtı gəldikdə müəzzin ona dedi: “Namaz, ey Əbu Abdur-Rahmən!” O, buna iki namazın (Zöhr və Əsr) arasındakı vaxta qədər fikir vermədi. Sonra isə miniyindən endi və dedi: “İqaməni ver! Mən salam verdikdə (Əsr namazının) iqaməsini ver və namaz qıl”. Sonra miniyinə minib günəş batana qədər yoluna davam etdi. Müəzzin ona dedi: “Namaz”. O: “Zöhrdə və Əsrdə etdiyin kimi et!”- deyib, ulduzlar görünənə qədər yoluna davam etdi. Sonra müəzzinə dedi: “İqamə ver! Mən salam verdikdə yenidən (İşa namazı üçün) iqamə ver”. Sonra getdi və bizə tərəf dönüb dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən birinizi başını qatacaq bir iş məşğul etdikdə, qoy namazı belə qılsın”.”

Kəsir ibn Qaravəndə
Həsən

İstinad

Nəsəi, 597 (Vaxtlar, 104)

Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı