Namazları birləşdirməyin qaydası
أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عُقْبَةَ وَمُحَمَّدُ بْنُ أَبِي حَرْمَلَةَ ، عَنْ كُرَيْبٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ وَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَرْدَفَهُ مِنْ عَرَفَةَ ، فَلَمَّا أَتَى الشِّعْبَ نَزَلَ فَبَالَ ، وَلَمْ يَقُلْ أَهْرَاقَ الْمَاءَ قَالَ : فَصَبَبْتُ عَلَيْهِ مِنْ إِدَاوَةٍ ، فَتَوَضَّأَ وُضُوءًا خَفِيفًا فَقُلْتُ لَهُ : الصَّلاَةَ . فَقَالَ : الصَّلاَةُ أَمَامَكَ . فَلَمَّا أَتَى الْمُزْدَلِفَةَ صَلَّى الْمَغْرِبَ ، ثُمَّ نَزَعُوا رِحَالَهُمْ ، ثُمَّ صَلَّى الْعِشَاء
“Usamə ibn Zeyd ﵁ rəvayət edir ki, Peyğəmbərlə ﷺ eyni miniyin tərkində Arafadan dağlıq bir yola gəldikdə miniyindən düşüb kiçik subaşına çıxdı. Usamə ibn Zeyd Peyğəmbərin ﷺ subaşına çıxmasını danışmadı: “Əlinə su tökdüm və yüngül bir dəstəmaz aldı. Sonra mən ondan soruşdum: “Namazı qılırıqmı?” O dedi: “Xeyr, namaz qarşıda qılınacaq”. Müzdəlifəyə gəldikdə Məğrib namazını qıldı. Miniklərdən yükləri düşürtdükdən sonra da İşa namazını qıldı”.”
İstinad
Nəsəi, 609 (Vaxtlar, 116)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı