Əsr namazından sonra namaz qılmağın icazəli olması
أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَنْبَأَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَسْوَدِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : صَلاَتَانِ مَا تَرَكَهُمَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي بَيْتِي سِرًّا وَلاَ عَلاَنِيَةً : رَكْعَتَانِ قَبْلَ الْفَجْرِ ، وَرَكْعَتَانِ بَعْدَ الْعَصْرِ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ mənim evimdə iki namazı – istər gizli, istərsə də aşkar - heç vaxt tərk etmədi; Sübh namazından qabaq olan iki rükəti və Əsr namazından sonra olan iki rükəti”.”
Aişə
Səhihİstinad
Nəsəi, 577 (Vaxtlar, 84)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı