Namaz vaxtları kitabı

Əsr namazından sonra namaz qılmağın icazəli olması

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي حَرْمَلَةَ ، عَنْ أَبِي سَلَمَةَ ، أَنَّهُ سَأَلَ عَائِشَةَ عَنِ السَّجْدَتَيْنِ اللَّتَيْنِ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّيهِمَا بَعْدَ الْعَصْرِ . فَقَالَتْ : إِنَّهُ كَانَ يُصَلِّيهِمَا قَبْلَ الْعَصْرِ ، ثُمَّ إِنَّهُ شُغِلَ عَنْهُمَا أَوْ نَسِيَهُمَا فَصَلاَّهُمَا بَعْدَ الْعَصْرِ ، وَكَانَ إِذَا صَلَّى صَلاَةً أَثْبَتَهَا.

“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ Aişədən Allah Elçisinin ﷺ Əsr namazından sonra qıldığı iki rükət namaz haqda soruşdu. Aişə dedi: “Allah Elçisi ﷺ onu Əsr namazından qabaq qılardı. Onu bir iş məşğul etdikdə və ya qılmağı unutduqda bunu Əsr namazından sonra qılardı. O, bir namazı qıldıqda bunu davamiyyətli edərdi”.”

Əbu Sələmə
Səhih

İstinad

Nəsəi, 578 (Vaxtlar, 85)

Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı