Namaz vaxtları kitabı

Əsr namazını tezləşdirmək

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ مَالِكٍ قَالَ : حَدَّثَنِي الزُّهْرِيُّ وَإِسْحَاقُ بْنُ عَبْدِ اللهِ ، عَنْ أَنَسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّي الْعَصْرَ ، ثُمَّ يَذْهَبُ الذَّاهِبُ إِلَى قُبَاءٍ فَقَالَ أَحَدُهُمَا : فَيَأْتِيهِمْ وَهُمْ يُصَلُّونَ . وَقَالَ الآخَرُ : وَالشَّمْسُ مُرْتَفِعَةٌ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ Əsr namazını elə bir vaxt qılardı ki, Əsr namazından sonra Qubəyə getmək istəyən oraya gedib gələrdi”. Hədisin ravilərindən birinin sözünə görə: “Onlar hələ namazda olanda gedib gələrdi”. Başqa ravi isə belə demişdir: “Günəş hələ yüksəklikdə olarkən gedib gələrdi”.”

Ənəs
Səhih

İstinad

Nəsəi, 506 (Vaxtlar, 13)

Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı