Namaz vaxtları kitabı

Sübh namazından sonra namaz qılmağın qadağan olması

أَخْبَرَنَا أَحْمَدُ بْنُ مَنِيعٍ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ قَالَ : أَنْبَأَنَا مَنْصُورٌ ، عَنْ قَتَادَةَ ، قَالَ : حَدَّثَنَا أَبُو الْعَالِيَةِ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : سَمِعْتُ غَيْرَ وَاحِدٍ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْهُمْ عُمَرُ - وَكَانَ مِنْ أَحَبِّهِمْ إِلَيَّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى عَنِ الصَّلاَةِ بَعْدَ الْفَجْرِ حَتَّى تَطْلُعَ الشَّمْسُ ، وَعَنِ الصَّلاَةِ بَعْدَ الْعَصْرِ حَتَّى تَغْرُبَ الشَّمْسُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bunu Peyğəmbərin ﷺ bir çox səhabəsindən eşitdim, onlardan ən çox sevdiyim Ömər idi. Həqiqətən, Allah Elçisi ﷺ Sübh namazından sonra günəş çıxana qədər və Əsr namazından sonra günəş batana qədər namaz qılmağı qadağan etdi”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 562 (Vaxtlar, 69)

Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı