Namazın vaxtını keçirən nə etməlidir?
أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ بُرَيْدِ بْنِ أَبِي مَرْيَمَ ، عَنْ أَبِيهِ قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ فَأَسْرَيْنَا لَيْلَةً ، فَلَمَّا كَانَ فِي وَجْهِ الصُّبْحِ ، نَزَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَنَامَ وَنَامَ النَّاسُ ، فَلَمْ يَسْتَيْقِظْ إِلاَّ بِالشَّمْسِ قَدْ طَلَعَتْ عَلَيْنَا ، فَأَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمُؤَذِّنَ ، فَأَذَّنَ ، ثُمَّ صَلَّى الرَّكْعَتَيْنِ قَبْلَ الْفَجْرِ ، ثُمَّ أَمَرَهُ فَأَقَامَ فَصَلَّى بِالنَّاسِ ، ثُمَّ حَدَّثَنَا بِمَا هُوَ كَائِنٌ حَتَّى تَقُومَ السَّاعَةُ.
“Bureydə ibn Əbu Məryəm atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Biz gecə vaxtı Allah Elçisi ﷺ ilə birlikdə səfərdə idik. Sübh çağına yaxın vaxtda Allah Elçisi ﷺ istirahət üçün səfərini saxladı, miniyindən düşdü və yatdı. Onunla birlikdə olan insanlar da yatdılar. Günəşin istisi bizi oyatdı, artıq, günəş doğmuşdu. Allah Elçisi ﷺ müəzzinə əmr etdi, o da azan verdi. Sonra Sübhdən qabaq olan iki rükəti qıldı. Sonra əmr etdi ki, iqamə verilsin. O, yanında olan insanlarla namaz qıldı. Sonra bizə Qiyamət gününə qədər olacaq şeylər haqda danışdı”.”
İstinad
Nəsəi, 621 (Vaxtlar, 128)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı