Müsafirin Məğriblə İşa namazlarını birləşdirməsinin vaxtı
أَخْبَرَنِي إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنِ ابْنِ أَبِي نَجِيحٍ ، عَنْ إِسْمَاعِيلَ بْنِ عَبْدِ الرَّحْمَنِ شَيْخٍ مِنْ قُرَيْشٍ قَالَ : صَحِبْتُ ابْنَ عُمَرَ إِلَى الْحِمَى ، فَلَمَّا غَرَبَتِ الشَّمْسُ هِبْتُ أَنْ أَقُولَ لَهُ الصَّلاَةَ فَسَارَ حَتَّى ذَهَبَ بَيَاضُ الأُفُقِ وَفَحْمَةُ الْعِشَاء ، ثُمَّ نَزَلَ فَصَلَّى الْمَغْرِبَ ثَلاَثَ رَكَعَاتٍ ، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ عَلَى إِثْرِهَا . ثُمَّ قَالَ : هَكَذَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَفْعَلُ.
“Rəvayət edilir ki, Qureyş ağsaqqallarından olan İsmail ibn Abdur-Rahmən ﵀ demişdir: “Mən Himə adlı yerə səfər edərkən İbn Ömərlə yoldaş oldum. Günəş batdıqda mən ona namazı xatırlatmaq istədim, lakin o, üfüqdəki ağartı itənə qədər yoluna davam etdi. Sonra miniyindən düşüb İşanın vaxtında Məğrib namazını üç rükət qıldı. Sonra onun ardı ilə iki rükət (İşa namazını) qıldı. Sonra da dedi: “Mən Allah Elçisinin ﷺ belə etdiyini görmüşəm”.”
İstinad
Nəsəi, 591 (Vaxtlar, 98)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı