Namaz vaxtları kitabı

Günəş batmamışdan qabaq namaz qılmağın icazəli olması

أَخْبَرَنَا عُثْمَانُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ مُعَاذٍ قَالَ : أَنْبَأَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا عِمْرَانُ بْنُ حُدَيْرٍ قَالَ : سَأَلْتُ لاَحِقًا عَنِ الرَّكْعَتَيْنِ قَبْلَ غُرُوبِ الشَّمْسِ فَقَالَ : كَانَ عَبْدُ اللهِ بْنُ الزُّبَيْرِ يُصَلِّيهِمَا ، فَأَرْسَلَ إِلَيْهِ مُعَاوِيَةُ : مَا هَاتَانِ الرَّكْعَتَانِ عِنْدَ غُرُوبِ الشَّمْسِ ؟ فَاضْطَرَّ الْحَدِيثَ إِلَى أُمِّ سَلَمَةَ ، فَقَالَتْ أُمُّ سَلَمَةَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّي رَكْعَتَيْنِ قَبْلَ الْعَصْرِ فَشُغِلَ عَنْهُمَا ، فَرَكَعَهُمَا حِينَ غَابَتِ الشَّمْسُ ، فَلَمْ أَرَهُ يُصَلِّيهِمَا قَبْلُ وَلاَ بَعْدُ.

“Rəvayət edilir ki, İmran ibn Hudeyr ﵀ demişdir: “Mən Ləhiqdən günəş batmamışdan qabaq qılınan iki rükət barəsində soruşdum. O dedi: “Abdullah ibn Zubeyr bunu qılardı. Muaviyə onun yanına adam göndərdi: “Günəş batarkən qılınan bu iki rükət nədir?” O, məcbur olub Ummu Sələmədən soruşdu. Ummu Sələmə dedi: “Həqiqətən, Allah Elçisi ﷺ bu iki rükəti Əsrdən qabaq qılardı. Bir dəfə iş onu məşğul etdi və bu iki rükəti günəş batdığı anda qıldı. Mən nə bundan qabaq, nə də bundan sonra onun bu namazı qıldığını görmədim”.”

İmran ibn Hudeyr
Səhih

İstinad

Nəsəi, 581 (Vaxtlar, 88)

Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı