Namaz vaxtları kitabı

Günəş zenitdə olarkən namaz qılmağın qadağan olması

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ وَهُوَ ابْنُ حَبِيبٍ ، عَنْ مُوسَى بْنِ عَلِيٍّ ، عَنْ أَبِيهِ قَالَ : سَمِعْتُ عُقْبَةَ بْنَ عَامِرٍ يَقُولُ : ثَلاَثُ سَاعَاتٍ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَنْهَانَا أَنْ نُصَلِّيَ فِيهِنَّ أَوْ نَقْبُرَ فِيهِنَّ مَوْتَانَا : حِينَ تَطْلُعُ الشَّمْسُ بَازِغَةً حَتَّى تَرْتَفِعَ ، وَحِينَ يَقُومُ قَائِمُ الظَّهِيرَةِ حَتَّى تَمِيلَ ، وَحِينَ تَضَيَّفُ لِلْغُرُوبِ حَتَّى تَغْرُبَ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Üç vaxt var ki, Allah Elçisi ﷺ bu vaxtlarda namaz qılmağımızı və ölülərimizi dəfn etməyimizi qadağan etmişdir; günəş doğduqdan yüksələnə qədər, günəş ən yüksəkdə olduqdan aşağı meyl edənə qədər və günəş batmağa meyl edəndən tam batana qədər”.”

Uqbə ibn Amir
Səhih

İstinad

Nəsəi, 565 (Vaxtlar, 72)

Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı