Bir yerdə daimi yaşayanın iki namazı birləşdirməsi
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْعَزِيزِ بْنِ أَبِي رِزْمَةَ وَاسْمُهُ غَزْوَانُ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنِ الأَعْمَشِ ، عَنْ حَبِيبِ بْنِ أَبِي ثَابِتٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّي بِالْمَدِينَةِ يَجْمَعُ بَيْنَ الصَّلاَتَيْنِ بَيْنَ الظُّهْرِ وَالْعَصْرِ ، وَالْمَغْرِبِ وَالْعِشَاء مِنْ غَيْرِ خَوْفٍ وَلاَ مَطَرٍ . قِيلَ لَهُ : لِمَ ؟ قَالَ : لِئَلاَّ يَكُونَ عَلَى أُمَّتِهِ حَرَجٌ.
“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Mədinədə olanda qorxu və yağış olmadığı halda Zöhrlə Əsr namazını, Məğriblə İşa namazını birləşdirib qıldı. İbn Abbasa deyildi: “Nəyə görə belə etdi?” İbn Abbas dedi: “O, ümməti üçün çətinlik olmasın deyə belə etdi”.”
İstinad
Nəsəi, 602 (Vaxtlar, 109)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı