Zöhr namazının axır vaxtı
أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : أَنْبَأَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : هَذَا جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ جَاءَكُمْ يُعَلِّمُكُمْ دِينَكُمْ ، فَصَلَّى الصُّبْحَ حِينَ طَلَعَ الْفَجْرُ ، وَصَلَّى الظُّهْرَ حِينَ زَاغَتِ الشَّمْسُ ، ثُمَّ صَلَّى الْعَصْرَ حِينَ رَأَى الظِّلَّ مِثْلَهُ ، ثُمَّ صَلَّى الْمَغْرِبَ حِينَ غَرَبَتِ الشَّمْسُ وَحَلَّ فِطْرُ الصَّائِمِ ، ثُمَّ صَلَّى الْعِشَاءَ حِينَ ذَهَبَ شَفَقُ اللَّيْلِ , ثُمَّ جَاءَهُ الْغَدَ فَصَلَّى بِهِ الصُّبْحَ حِينَ أَسْفَرَ قَلِيلاً ، ثُمَّ صَلَّى بِهِ الظُّهْرَ حِينَ كَانَ الظِّلُّ مِثْلَهُ ، ثُمَّ صَلَّى الْعَصْرَ حِينَ كَانَ الظِّلُّ مِثْلَيْهِ ، ثُمَّ صَلَّى الْمَغْرِبَ بِوَقْتٍ وَاحِدٍ حِينَ غَرَبَتِ الشَّمْسُ وَحَلَّ فِطْرُ الصَّائِمِ ، ثُمَّ صَلَّى الْعِشَاءَ حِينَ ذَهَبَ سَاعَةٌ مِنَ اللَّيْلِ ، ثُمَّ قَالَ : الصَّلاَةُ مَا بَيْنَ صَلاَتِكَ أَمْسِ وَصَلاَتِكَ الْيَوْمَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bu, Cəbrail ﵇ idi, sizin yanınıza dininizi öyrətməyə gəlmişdi. O, fəcr doğana yaxın Sübh namazını qıldı. Günəş zenitdən aşağı düşdükdə Zöhr namazını qıldı. Sonra kölgə insanın misli qədər olduqda Əsr namazını qıldı. Sonra günəş batdıqda və oruc tutan iftar etdikdə Məğrib namazını qıldı. Sonra gecənin şəfəqi getdikdə İşa namazını qıldı. Səhərisi gün gəlib havanın sarımtıl olan vaxtında, hava işıqlaşanda Sübh namazını qıldı. Sonra kölgə insanın özü boyda olduqda Zöhr namazını qıldı. Sonra kölgə insanın iki misli qədər olduqda Əsr namazını qıldı. Sonra günəş batanda - eyni vaxtda və oruc tutanın iftar etdiyi vaxtda Məğrib namazını qıldı. Sonra gecənin bir saatı keçdikdə İşa namazını qıldı və dedi: “Namaz vaxtı sənin dünən və bu gün qıldığın namazların arasındadır”.”
İstinad
Nəsəi, 502 (Vaxtlar, 9)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı