Səfərdə olarkən Sübh namazını tezləşdirmək
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ خَيْبَرَ صَلاَةَ الصُّبْحِ بِغَلَسٍ وَهُوَ قَرِيبٌ مِنْهُمْ ، فَأَغَارَ عَلَيْهِمْ ، وَقَالَ : اللَّهُ أَكْبَرُ خَرِبَتْ خَيْبَرُ مَرَّتَيْنِ ، إِنَّا إِذَا نَزَلْنَا بِسَاحَةِ قَوْمٍ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ.
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ Xeybər günü Sübh namazını səhərin qaranlığında qıldı və hücuma çıxaraq iki dəfə dedi: “Allah ən Böyükdür! Xeybər dağıldı”. Sonra buyurdu: “Həqiqətən, biz (fasiq) qövmün yurduna daxil olduqda qorxudulanların sabahı necə də pis olar!””
İstinad
Nəsəi, 547 (Vaxtlar, 54)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı