İşa namazını gecikdirməyin müstəhəb olması
أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ عَوْفٍ ، عَنْ سَيَّارِ بْنِ سَلاَمَةَ قَالَ : دَخَلْتُ أَنَا وَأَبِي عَلَى أَبِي بَرْزَةَ الأَسْلَمِيِّ فَقَالَ لَهُ أَبِي : أَخْبِرْنَا كَيْفَ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي الْمَكْتُوبَةَ ؟ قَالَ : كَانَ يُصَلِّي الْهَجِيرَ الَّتِي تَدْعُونَهَا الأُولَى حِينَ تَدْحَضُ الشَّمْسُ ، وَكَانَ يُصَلِّي الْعَصْرَ ، ثُمَّ يَرْجِعُ أَحَدُنَا إِلَى رَحْلِهِ فِي أَقْصَى الْمَدِينَةِ وَالشَّمْسُ حَيَّةٌ - قَالَ : وَنَسِيتُ مَا قَالَ فِي الْمَغْرِبِ - قَالَ : وَكَانَ يَسْتَحِبُّ أَنْ تُؤَخَّرَ صَلاَةُ الْعِشَاء الَّتِي تَدْعُونَهَا الْعَتَمَةَ . قَالَ : وَكَانَ يَكْرَهُ النَّوْمَ قَبْلَهَا وَالْحَدِيثَ بَعْدَهَا ، وَكَانَ يَنْفَتِلُ مِنْ صَلاَةِ الْغَدَاةِ حِينَ يَعْرِفُ الرَّجُلُ جَلِيسَهُ ، وَكَانَ يَقْرَأُ بِالسِّتِّينَ إِلَى الْمِائَةِ.
“Rəvayət edilir ki, Səyyar ibn Sələmə ﵀ demişdir: “Mən Əbu Bərzə əl-Əsləminin yanına gəldim, atam ona dedi: “Mənə Allah Elçisinin ﷺ fərz namazlarını necə qıldığı haqda xəbər ver”. O dedi: “Allah Elçisi ﷺ günəşin qızmar vaxtı birinci adlandırdığınız namazı günəş parçalandığı vaxt qılardı. Əsr namazını qıldıqda bizdən birimiz miniklə şəhərin uzaq yerindən qayıdar, günəş isə hələ bütöv (isti) olardı”. Məğrib namazı haqda deyilənləri unutdum. “O, sizin Atəmə adlandırdığınız İşa namazını gecikdirməyi sevərdi. Ondan qabaq yatmağı və ondan sonra danışmağı xoşlamazdı. Sübh namazını – bizdən birimiz namazdan ayrıldıqda hava bir adamın yanında oturan digər adamı tanıyacağı şəkildə ağardığı vaxt qılardı. Namazda altmış-yüz ayə oxuyardı”.”
İstinad
Nəsəi, 530 (Vaxtlar, 37)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı