İşa namazını gecikdirməyin müstəhəb olması
أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ ، وَيُوسُفُ بْنُ سَعِيدٍ ، وَاللَّفْظُ لَهُ قَالاَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ قَالَ : قُلْتُ لِعَطَاءٍ : أَيُّ حِينٍ أَحَبُّ إِلَيْكَ : أَنْ أُصَلِّيَ الْعَتَمَةَ إِمَامًا أَوْ خِلْوًا ؟ قَالَ : سَمِعْتُ ابْنَ عَبَّاسٍ يَقُولُ : أَعْتَمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ بِالْعَتَمَةِ حَتَّى رَقَدَ النَّاسُ وَاسْتَيْقَظُوا وَرَقَدُوا وَاسْتَيْقَظُوا ، فَقَامَ عُمَرُ فَقَالَ : الصَّلاَةَ الصَّلاَةَ - قَالَ عَطَاءٌ - : قَالَ ابْنُ عَبَّاسٍ : خَرَجَ نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَأَنِّي أَنْظُرُ إِلَيْهِ الآنَ يَقْطُرُ رَأْسُهُ مَاءً ، وَاضِعًا يَدَهُ عَلَى شِقِّ رَأْسِهِ . قَالَ : - وَأَشَارَ فَاسْتَثْبَتُّ عَطَاءً كَيْفَ وَضَعَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَهُ عَلَى رَأْسِهِ - فَأَوْمَأَ إِلَيَّ كَمَا أَشَارَ ابْنُ عَبَّاسٍ فَبَدَّدَ لِي عَطَاءٌ بَيْنَ أَصَابِعِهِ بِشَيْءٍ مِنْ تَبْدِيدٍ ، ثُمَّ وَضَعَهَا فَانْتَهَى أَطْرَافُ أَصَابِعِهِ إِلَى مُقَدَّمِ الرَّأْسِ ، ثُمَّ ضَمَّهَا يَمُرُّ بِهَا كَذَلِكَ عَلَى الرَّأْسِ حَتَّى مَسَّتْ إِبْهَامَاهُ طَرَفَ الأُذُنِ مِمَّا يَلِي الْوَجْهَ ، ثُمَّ عَلَى الصُّدْغِ وَنَاحِيَةِ الْجَبِينِ لاَ يُقَصِّرُ وَلاَ يَبْطُشُ شَيْئًا إِلاَّ كَذَلِكَ ، ثُمَّ قَالَ : لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِي لأَمَرْتُهُمْ أَنْ لاَ يُصَلُّوهَا إِلاَّ هَكَذَا.
“Rəvayət edilir ki, İbn Cureyc ﵀ demişdir: “Mən Ətaya dedim: “Hansı namaz sənə daha sevimlidir – İşa namazını imamla birlikdə qılmaq, yoxsa xəlvətdə?” O dedi: “Mən İbn Abbasın belə buyurduğunu eşitdim: “Bir gecə Allah Elçisi ﷺ İşa namazını insanların mürgüləyib oyanmalarınadək gecikdirdi. Ömər qalxıb dedi: “Namaz, namaz!” Allahın Peyğəmbəri ﷺ çıxdı – sanki mən indi də ona baxıram – onun başından su damcılayırdı”. İbn Abbas işarə edərək əlini başının ortasına qoydu”. Əta deyir ki, mən Peyğəmbərin ﷺ əlini başına nə şəkildə qoymasını soruşdum. İbn Abbas da barmaqları aralı şəkildə, barmaq uclarını başının ön tərəfinə toxundurdu və arxaya tərəf çəkdi, baş barmağı da qulağına və üzünə toxundu. Sonra əlini gicgah və alnına qoydu. O, heç nə əskiltmədən bunu bizə göstərdi. Sonra dedi: “Əgər ümmətimə çətinlik olmasaydı, mən onlara namazı bu vaxt qılmağı əmr edərdim”.”
İstinad
Nəsəi, 531 (Vaxtlar, 38)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı