İşa namazının son vaxtı
أَخْبَرَنَا عِمْرَانُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، قَالَ : حَدَّثَنَا دَاوُدُ ، عَنْ أَبِي نَضْرَةَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ : صَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْمَغْرِبِ ، ثُمَّ لَمْ يَخْرُجْ إِلَيْنَا حَتَّى ذَهَبَ شَطْرُ اللَّيْلِ ، فَخَرَجَ فَصَلَّى بِهِمْ ، ثُمَّ قَالَ : إِنَّ النَّاسَ قَدْ صَلَّوْا وَنَامُوا ، وَأَنْتُمْ لَمْ تَزَالُوا فِي صَلاَةٍ مَا انْتَظَرْتُمُ الصَّلاَةَ ، وَلَوْلاَ ضَعْفُ الضَّعِيفِ وَسَقَمُ السَّقِيمِ لأَمَرْتُ بِهَذِهِ الصَّلاَةِ أَنْ تُؤَخَّرَ إِلَى شَطْرِ اللَّيْلِ.
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ bizimlə birlikdə Məğrib namazını qıldı. Sonra gecənin yarısı olana qədər bizim yanımıza gəlmədi. O, evindən çıxaraq bizimlə namaz qıldı və dedi: “Həqiqətən, insanlar namazlarını qılıb yatıblar. Siz isə namazı gözlədiyiniz müddətcə namazda olmuş kimi sayılırsınız. Əgər zəiflər və xəstələr olmasaydı, bu namazı (İşanı) gecənin yarısına qədər uzatmağı əmr edərdim”.”
İstinad
Nəsəi, 538 (Vaxtlar, 45)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı