Arafada Zöhr və Əsr namazlarını birləşdirmək
أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ هَارُونَ ، قَالَ : حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، أَنَّ جَابِرَ بْنَ عَبْدِ اللهِ قَالَ : سَارَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى أَتَى عَرَفَةَ ، فَوَجَدَ الْقُبَّةَ قَدْ ضُرِبَتْ لَهُ بِنَمِرَةَ فَنَزَلَ بِهَا ، حَتَّى إِذَا زَاغَتِ الشَّمْسُ أَمَرَ بِالْقَصْوَاءِ فَرُحِلَتْ لَهُ ، حَتَّى إِذَا انْتَهَى إِلَى بَطْنِ الْوَادِي خَطَبَ النَّاسَ ، ثُمَّ أَذَّنَ بِلاَلٌ ، ثُمَّ أَقَامَ فَصَلَّى الظُّهْرَ ، ثُمَّ أَقَامَ فَصَلَّى الْعَصْرَ ، وَلَمْ يُصَلِّ بَيْنَهُمَا شَيْئًا.
“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ səfərə çıxaraq Arafaya çatdı. Onun üçün Nəmrə adlı yerdə bir çadır quruldu və ora daxil oldu. Günəş zenitdən keçdikdə əmr etdi ki, Qasvə adlı dəvəsini hazırlasınlar. Allah Elçisi ﷺ ona mindi və vadinin ortasında xütbə verdi. Sonra Bilal azan verdi. Sonra iqamə verdi və Peyğəmbər ﷺ Zöhr namazını qıldı. Sonra (Bilal) iqamə verdi və Peyğəmbər ﷺ Əsr namazını qıldı. Onların arasında isə başqa heç bir namaz qılmadı”.”
İstinad
Nəsəi, 604 (Vaxtlar, 111)
Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı