Namaz vaxtları kitabı

Sübh namazının ilk vaxtı

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ أَنَسٍ : أَنَّ رَجُلاً أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَأَلَهُ عَنْ وَقْتِ صَلاَةِ الْغَدَاةِ ، فَلَمَّا أَصْبَحْنَا مِنَ الْغَدِ أَمَرَ حِينَ انْشَقَّ الْفَجْرُ أَنْ تُقَامَ الصَّلاَةُ فَصَلَّى بِنَا ، فَلَمَّا كَانَ مِنَ الْغَدِ أَسْفَرَ ، ثُمَّ أَمَرَ فَأُقِيمَتِ الصَّلاَةُ فَصَلَّى بِنَا ، ثُمَّ قَالَ : أَيْنَ السَّائِلُ عَنْ وَقْتِ الصَّلاَةِ ؟ مَا بَيْنَ هَذَيْنِ وَقْتٌ.

“Ənəs ﵁ rəvayət edir ki, bir kişi gəlib Peyğəmbərdən ﷺ Sübh namazının vaxtı haqda soruşdu. Biz səhərisi günü dan yeri söküləndə Peyğəmbər ﷺ bizə namaz qılmağımızı əmr etdi və bizimlə namaz qıldı. Səhərisi gün isə hava açıldıqda bizə namaz qılmağımızı əmr etdi və bizimlə namaz qıldı. Sonra dedi: “Namazın vaxtı haqqında soruşan adam hardadır? (Sübh namazının) vaxtı bu iki gün (qılınan namazların) arasında olan vaxtdır”.”

Ənəs
Səhih

İstinad

Nəsəi, 544 (Vaxtlar, 51)

Sunən ən-Nəsəi — Namaz vaxtları kitabı