Daimi yaşayış yerində yaşayanın qıldığı Əsr namazının rükətlərinin sayı
أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، أَخْبَرَنَا مَنْصُورُ بْنُ زَاذَانَ ، عَنِ الْوَلِيدِ بْنِ مُسْلِمٍ ، عَنْ أَبِي الصِّدِّيقِ النَّاجِيِّ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ : كُنَّا نَحْزُرُ قِيَامَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الظُّهْرِ وَالْعَصْرِ ، فَحَزَرْنَا قِيَامَهُ فِي الظُّهْرِ قَدْرَ ثَلاَثِينَ آيَةً قَدْرَ سُورَةِ السَّجْدَةِ فِي الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ ، وَفِي الأُخْرَيَيْنِ عَلَى النِّصْفِ مِنْ ذَلِكَ ، وَحَزَرْنَا قِيَامَهُ فِي الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ مِنَ الْعَصْرِ عَلَى قَدْرِ الأُخْرَيَيْنِ مِنَ الظُّهْرِ ، وَحَزَرْنَا قِيَامَهُ فِي الرَّكْعَتَيْنِ الأُخْرَيَيْنِ مِنَ الْعَصْرِ عَلَى النِّصْفِ مِنْ ذَلِكَ.
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ Zöhr və Əsr namazlarında qiyamda nə qədər ayə oxuduğunu təxmin edirdik. Zöhr namazının qiyamının ilk iki rükətində otuz ayə - əs-Səcdə surəsi qədər, axırıncı iki rükətində isə bunun yarısı qədər ayə oxuduğunu təxmin edirdik. Əsr namazının ilk iki rükətinin qiyamında Zöhr namazının axır iki rükətindəki qədər, Əsr namazının axırıncı iki rükətində isə bunun yarısı qədər ayə oxuduğunu təxmin edirdik”.”
İstinad
Nəsəi, 475 (Namaz, 28)
Sunən ən-Nəsəi — Namaz kitabı