Əsr namazını qorumaq (vaxtında qılmaq)
أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنِ الْقَعْقَاعِ بْنِ حَكِيمٍ ، عَنْ أَبِي يُونُسَ مَوْلَى عَائِشَةَ زَوْجِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَمَرَتْنِي عَائِشَةُ أَنْ أَكْتُبَ لَهَا مُصْحَفًا فَقَالَتْ : إِذَا بَلَغْتَ هَذِهِ الآيَةَ فَآذِنِّي {حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلاَةِ الْوُسْطَى} فَلَمَّا بَلَغْتُهَا آذَنْتُهَا فَأَمْلَتْ عَلَيَّ حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلاَةِ الْوُسْطَى وَصَلاَةِ الْعَصْرِ وَقُومُوا لِلَّهِ قَانِتِينَ ثُمَّ قَالَتْ : سَمِعْتُهَا مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.
“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişənin ﵂ azad etdiyi kölə Əbu Yunus demişdir: “Aişə mənə Quranı köçürtməyi əmr etdi və dedi: “Namazları və (günortadan sonrakı) orta namazı qoruyun“ (əl-Bəqərə, 238) bu ayəyə çatdıqda məni çağırarsan”. Mən də bu ayəyə çatıb onu çağırdıqda o, mənə dedi: “Namazları və (günortadan sonrakı) orta namazı – Əsr namazını qoruyun və Allah qarşısında mütiliklə durun”. Sonra dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm”.”
İstinad
Nəsəi, 472 (Namaz, 25)
Sunən ən-Nəsəi — Namaz kitabı