Namaz kitabı

Gecə və gündüz neçə namaz fərz olunub?

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي سُهَيْلٍ ، عَنْ أَبِيهِ ، أَنَّهُ سَمِعَ طَلْحَةَ بْنَ عُبَيْدِ اللهِ يَقُولُ : جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ أَهْلِ نَجْدٍ ثَائِرَ الرَّأْسِ نَسْمَعُ دَوِيَّ صَوْتِهِ وَلاَ نَفْهَمُ مَا يَقُولُ حَتَّى دَنَا ، فَإِذَا هُوَ يَسْأَلُ عَنِ الإِسْلاَمِ فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَمْسُ صَلَوَاتٍ فِي الْيَوْمِ وَاللَّيْلَةِ . قَالَ : هَلْ عَلَيَّ غَيْرُهُنَّ ؟ قَالَ : لاَ . إِلاَّ أَنْ تَطَّوَّعَ . قَالَ : وَصِيَامُ شَهْرِ رَمَضَانَ . قَالَ : هَلْ عَلَيَّ غَيْرُهُ ؟ قَالَ : لاَ . إِلاَّ أَنْ تَطَّوَّعَ . وَذَكَرَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الزَّكَاةَ . قَالَ : هَلْ عَلَيَّ غَيْرُهَا ؟ قَالَ : لاَ . إِلاَّ أَنْ تَطَّوَّعَ . فَأَدْبَرَ الرَّجُلُ وَهُوَ يَقُولُ : وَاللَّهِ لاَ أَزِيدُ عَلَى هَذَا وَلاَ أَنْقُصُ مِنْهُ . قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَفْلَحَ إِنْ صَدَقَ.

“Rəvayət edilir ki, Talha ibn Ubeydullah ﵁ demişdir: “Allah Elçisinin ﷺ yanına Nəcd əhlindən olan bir kişi gəldi. Onun saçı dağınıq idi. Onun səsi çox xırıltılı olduğuna görə biz onu başa düşmürdük. O, İslam haqqında soruşurdu. Allah Elçisi ﷺ ona dedi: “Gündüz və gecə beş namaz (fərz edilmişdir)”. O dedi: “Mənim üzərimə bundan başqa bir şey buyurulubmu?” Peyğəmbər ﷺ dedi: “Xeyr, nafilə namaz qılmağın istisnadır”. Sonra dedi: “Ramazan ayını oruc tutmaq”. Kişi dedi: “Mənim üzərimə bundan başqa bir şey buyurulubmu?” Peyğəmbər ﷺ dedi: “Xeyr, könüllü olaraq oruc tutmağın istisnadır”. Sonra Allah Elçisi ﷺ ona zəkat haqda dedi. Kişi dedi: “Mənim üzərimə bundan başqa bir şey buyurulubmu?” Peyğəmbər ﷺ dedi: “Xeyr, könüllü olaraq sədəqə verməyin istisnadır”. Kişi dönüb dedi: “Allaha and olsun ki, buna heç nə əlavə etməyəcəm və bundan heç nə əskiltməyəcəm”. Allah Elçisi ﷺ dedi: “Sözünə sadiq olsa, xilas olacaq”.”

Talha ibn Ubeydullah
Səhih

İstinad

Nəsəi, 458 (Namaz, 11)

Sunən ən-Nəsəi — Namaz kitabı