Namaz kitabı

Səfərdə Zöhr namazı

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَمُحَمَّدُ بْنُ بَشَّارٍ قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ بْنِ عُتَيْبَةَ قَالَ : سَمِعْتُ أَبَا جُحَيْفَةَ قَالَ : خَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْهَاجِرَةِ - قَالَ ابْنُ الْمُثَنَّى إِلَى الْبَطْحَاءِ - فَتَوَضَّأَ وَصَلَّى الظُّهْرَ رَكْعَتَيْنِ وَالْعَصْرَ رَكْعَتَيْنِ وَبَيْنَ يَدَيْهِ عَنَزَةٌ.

“Rəvayət edilir ki, Əbu Cuheyfə ﵁ demişdir: “Allah Elçisi ﷺ günorta vaxtı çıxdı. İbn Musənnə dedi ki, Bəthə adlı yerə gələn kimi dəstəmaz alıb Zöhr və Əsr namazlarını iki rükət qıldı. Bu əsnada öz əsasını qarşısına sütrə kimi qoymuşdu”.”

Əbu Cuheyfə
Səhih

İstinad

Nəsəi, 470 (Namaz, 23)

Sunən ən-Nəsəi — Namaz kitabı