Namaz kitabı

Beş namazı qorumaq (namazlarda davamiyyətli olmaq)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنِ ابْنِ مُحَيْرِيزٍ ، أَنَّ رَجُلاً مِنْ بَنِي كِنَانَةَ يُدْعَى الْمُخْدَجِيَّ : سَمِعَ رَجُلاً بِالشَّامِ يُكْنَى أَبَا مُحَمَّدٍ يَقُولُ الْوِتْرُ وَاجِبٌ . قَالَ الْمُخْدَجِيُّ : فَرُحْتُ إِلَى عُبَادَةَ بْنِ الصَّامِتِ فَاعْتَرَضْتُ لَهُ وَهُوَ رَائِحٌ إِلَى الْمَسْجِدِ فَأَخْبَرْتُهُ بِالَّذِي قَالَ أَبُو مُحَمَّدٍ : فَقَالَ عُبَادَةُ : كَذَبَ أَبُو مُحَمَّدٍ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : خَمْسُ صَلَوَاتٍ كَتَبَهُنَّ اللَّهُ عَلَى الْعِبَادِ مَنْ جَاءَ بِهِنَّ لَمْ يُضَيِّعْ مِنْهُنَّ شَيْئًا اسْتِخْفَافًا بِحَقِّهِنَّ كَانَ لَهُ عِنْدَ اللهِ عَهْدٌ أَنْ يُدْخِلَهُ الْجَنَّةَ ، وَمَنْ لَمْ يَأْتِ بِهِنَّ فَلَيْسَ لَهُ عِنْدَ اللهِ عَهْدٌ إِنْ شَاءَ عَذَّبَهُ ، وَإِنْ شَاءَ أَدْخَلَهُ الْجَنَّةَ.

“İbn Muheyriz ﵀ Bəni Kinanə tayfasından olan əl-Muxdəci adı ilə çağırılan bir kişidən rəvayət edir ki, Şamdan olan Əbu Muhəmməd kunyəli bir kişinin: “Vitr namazı vacibdir”- dediyini eşitdi. əl-Muxdəci dedi: “Mən Ubadə ibn əs-Samitin yanına getdim. O da məscidə gedirdi. Əbu Muhəmmədin dediyini ona xəbər verdim. Ubadə dedi: “Əbu Muhəmməd yalan söyləyir. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allah qullarına beş namazı fərz etmişdir. Kim onları qılsa, onları zay etməsə və onların haqlarını əskiltməsə, onun üçün Allah qatında Cənnətə daxil olması üçün bir əhd olar. Kim də onlarsız gələrsə, Allah qatında onun üçün heç bir əhd yoxdur. İstəsə, əzab verər, istəsə, Cənnətə daxil edər”.”

İbn Muheyriz
Səhih

İstinad

Nəsəi, 461 (Namaz, 14)

Sunən ən-Nəsəi — Namaz kitabı