Beş namazı qılmaq üçün beyət etmək
أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، حَدَّثَنَا أَبُو مُسْهِرٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ عَبْدِ الْعَزِيزِ ، عَنْ رَبِيعَةَ بْنِ يَزِيدَ ، عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ ، عَنْ أَبِي مُسْلِمٍ الْخَوْلاَنِيِّ قَالَ : أَخْبَرَنِي الْحَبِيبُ الأَمِينُ عَوْفُ بْنُ مَالِكٍ الأَشْجَعِيُّ ، قَالَ : كُنَّا عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : أَلاَ تُبَايِعُونَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ - فَرَدَّدَهَا ثَلاَثَ مَرَّاتٍ - فَقَدَّمْنَا أَيْدِيَنَا فَبَايَعْنَاهُ فَقُلْنَا : يَا رَسُولَ اللهِ ، قَدْ بَايَعْنَاكَ فَعَلاَمَ ؟ قَالَ : عَلَى أَنْ تَعْبُدُوا اللَّهَ وَلاَ تُشْرِكُوا بِهِ شَيْئًا ، وَالصَّلَوَاتِ الْخَمْسِ ، وَأَسَرَّ كَلِمَةً خَفِيَّةً أَنْ لاَ تَسْأَلُوا النَّاسَ شَيْئًا.
“Rəvayət edilir ki, sevimli və əmin adam olan Auf ibn Malik əl-Əşcəi ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ yanında idik. O dedi: “Siz Allah Elçisinə ﷺ beyət etmirsinizmi?”- bunu üç dəfə təkrar etdi. Biz əllərimizi ona yaxınlaşdırdıq və ona beyət etdik, sonra isə dedik: “Ey Allahın Elçisi, biz nəyin üzərinə sənə beyət etdik?” O dedi: “Siz Allaha ibadət edib Ona heç bir şeyi şərik qoşmayacağınıza və beş vaxt namaz qılacağınıza beyət etdiniz”. Həmçinin gizli bir kəlam da dedi: “İnsanlardan heç bir şey istəməyəcəksiniz”.”
İstinad
Nəsəi, 460 (Namaz, 13)
Sunən ən-Nəsəi — Namaz kitabı