Namaz kitabı

Camaat namazının fəziləti

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : تَفْضُلُ صَلاَةُ الْجَمْعِ عَلَى صَلاَةِ أَحَدِكُمْ وَحْدَهُ بِخَمْسَةٍ وَعِشْرِينَ جُزْءًا ، وَيَجْتَمِعُ مَلاَئِكَةُ اللَّيْلِ وَالنَّهَارِ فِي صَلاَةِ الْفَجْرِ وَاقْرَؤُوا إِنْ شِئْتُمْ {وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا}.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Birinizin camaatla qıldığı namaz tək qıldığı namazdan iyirmi beş dəfə üstündür. Gecə və gündüz mələkləri Sübh namazında toplanırlar. İstəsəniz, bu ayəni oxuyun: “Sübh çağı Quran oxu (Sübh namazını da qıl)! Çünki sübh çağı oxunan Quranın şahidləri olur” (əl-İsra, 78)”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 486 (Namaz, 39)

Sunən ən-Nəsəi — Namaz kitabı