Azan kitabı

Azanın başlanması

خْبرنا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ وَإِبْرَاهِيمُ بْنُ الْحَسَنِ قَالاَ : حَدَّثَنَا حَجَّاجٌ قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ ، أَخْبَرَنِي نَافِعٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ أَنَّهُ كَانَ يَقُولُ : كَانَ الْمُسْلِمُونَ حِينَ قَدِمُوا الْمَدِينَةَ يَجْتَمِعُونَ فَيَتَحَيَّنُونَ الصَّلاَةَ وَلَيْسَ يُنَادِي بِهَا أَحَدٌ ، فَتَكَلَّمُوا يَوْمًا فِي ذَلِكَ فَقَالَ بَعْضُهُمْ : اتَّخِذُوا نَاقُوسًا مِثْلَ نَاقُوسِ النَّصَارَى وَقَالَ بَعْضُهُمْ : بَلْ قَرْنًا مِثْلَ قَرْنِ الْيَهُودِ فَقَالَ : عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ : أَوَلاَ تَبْعَثُونَ رَجُلاً يُنادِي بِالصَّلاَةِ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا بِلاَلُ قُمْ فَنَادِ بِالصَّلاَةِ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Müsəlmanlar Mədinəyə gəldikdə yığışdılar və namazı gözləməyə başladılar. Onlardan namaza nida edən bir kəs yox idi. Bir gün bu haqda danışdılar. Bəziləri dedi: xristianların zınqırovu kimi bir şey götürək; digərləri dedi: əksinə, namaza yəhudilərin çağırdıqları kimi - buynuz kimi bir şeylə çağıraq. Ömər ﵁ dedi: “Məgər namaza çağırmaq üçün bir kişi göndərə bilmərikmi?” Allah Elçisi ﷺ dedi: “Ey Bilal, qalx! (İnsanları) namaza çağır!””

Abdullah ibn Ömər
Səhih

İstinad

Nəsəi, 626 (Azan, 1)

Sunən ən-Nəsəi — Azan kitabı